Avstriyada antinüvə hərəkatı

Avstriyada antinüvə hərəkatınüvə energetikasının inkişafına mane olmağa çalışan ictimai hərəkat.

Avstriyada ilk AES 1972-ci ildə paytaxt Venadan 30 km uzaqlıqda yerləşən Tsventendorf an der Donau kommunasında tikilməyə başlanmışdı. Tsventendorf AES-na 700 MVT gücündə olan qaynayan su reaktoru qoşulmuşdu, bu stansiya ilkin plana görə Avstriya elektrik enerjisinin istehsalının 10% -ni generasiya etməli idi.[1]

Bir çox ictimai qrupları bu texniki yeniliyə qarşı çıxış etmişdilər, onların içində mühafizəkarlar, solçu və ekolji utopistlər yer almışdılar. Onlar "IÖAG - Initiative österreichischer Atomkraftwerksgegne" (transliterasiya: IOeAG) platformasını təşkil etdilər və "Wie ist das mit den Atomkraftwerken wirklich?" (Azərb. atom elektrik stansiyaları ilə əsl vəziyyət necədi?) adlı kitabça buraxdılar. Sonra onlar ianələr hesabına maliyyələşdirilən qəzet tirajına başladılar.

Lakin 1978-ci ilin iyun ayında Avstriyanın Sosial-demokrat partiyasından kansleri Bronu Krayskiy atom enerjisi inkişafı məsələsi üzrə referendumun keçirilməsi barədə elan verdi, səsvermə həmin il noyabrın 5-də keçirildi. Referendum AES-in tikintisinin əleyhdarlarının cüzi üstünlük təşkil etdiyini göstərdi. Səs hüququna malik olan vətəndaşların, demək olar ki üçdə iki hissəsi (3,26 mln. nəfər) seçkidə iştirak etdilər. 49,5% nüvə energetikasının leyhinə, 50,5% əleyhinə səs vermişdi.

Su elektrik stansiyaları şəbəkəsinin şirkəti-sahibi Verbundkonzern elektrik enerjisinin qiymətinin aşağı salınmasından ehtiyat edərək, referenduma bir neçə ay qalmış reklam kampaniyasına start vermişdi. Qəzetlərdə dünyanın müxtəlif ölkələrində AES-də qəzaların tarixi barədə xəbərlər yayılmağa başlanmışdı.

Tsventendorf AES-nın tikilməsinə baxmayaraq, orada heç vaxt atom enerjisi elektrik enerjisinə çevrilməmişdi.[1][2]

  1. 1 2 "Austria's no to nuclear power" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-24.
  2.  Austria‘s Anti-Nuclear Crusade Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine