Vena

Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur.

Vena
İnsanın veoz sistemi
İnsanın veoz sistemi
Vena damarının sexmatik görünüşü
Vena damarının sexmatik görünüşü
Latınca venae
Sistem Venoz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaqqaraciyər venalarının) divarlarından əzələ qatı olmur.

Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.

Vena qapaqcığı

[redaktə | mənbəni redaktə et]

Vena qapaqcığı – lat. valvula venosa cib şəklində olub intima qişasından əmələ gəlir. Bunlar yelkənə bənzəyərək, çıxıq kənarları damarın divarlarına bitişir və basıq, azad kənarları damar boşluğuna doğru baxır. Vena qapaqcıqları, qan ürəyə doğru axarkən, damarların divarlarına söykənir; əgər qanın ürəyə doğru axmasına qabaqda bir maneə göstərilərsə, onda qanın təzyiqindən qapaqcıqlar damarın divarından uzaqlaşır, qan qapaqcıqların ciblərinə dolaraq. onların kənarlarını bir-birinə yaxınlaşdırır və beləliklə qapaqcıqlar örtülərək, qanın geriyə axmasına mane olur.

Qapaqcığın vena divarına bağlandığı yeri bir az genişlik təşkil etdiyi üçün venoz cib – lat. sinus venosus adlanır. Hər bir qapaqcıq iki yelkəndən təşkil olur; ancaq kiçik venalarda bir yelkənli qapaqcığa da təsadüf olunur. Çox vaxt qapaqcıqlar bir damarın digər damarlara açılan yerində yerləşir, ona görə bucaq qapaqcığı – lat. valvula angularis adlanır. Böyüklərdə hər bir qapaqcıq arasında olan məsafə təxminən 5,5–7 mm-ə bərabərdir. Ətraflar lokomotor vəzifə gördükləri üçün əzələlərin yığılmasından damarlara artıq dərəcədə təzyiq olunur. Bunlardan başqa gövdə divarlarının damarlarında da qapaqcıqlar vardır.

Ətrafların ən kiçik vena damarlarında, yuxarıaşağı boş venalarda, kəllə və onurğa venalarında, qapı venasının köklərində, qaraciyər, ağciyər, böyrəkuşaqlıq, yumurtalıq venalarında, sümüklərdəki venalarda və göbək venasında qapaqcıqlar yoxdur. Embrional dövrdə qapaqcıqların miqdarı çox olur, lakin sonra getdikcə onların bir qismi reduksiya olunur, məsələn, embrional dövrdə qapı venasının köklərində qapaqcıqlar olur.

Bədən venaları

[redaktə | mənbəni redaktə et]

Bədəndə olan hər bir böyük arteriya tək bə orta, kiçik arteriyalar isə cüt müşayiət edən venalar – lat. venae comitantes ilə təqib olunur. İkili venalara yuxarı və aşağı ətraflarda və gövdə divarlarında təsadüf olunur. Başda və boyunda cüt venalar yalnız bəzi yerlərdə olur. Boşluqlarda olan venalar (xaya venalarından başqa) tək olur. Boşluqdan kənar cüt halda başlanan venalar (məsələn, cinsiyyət venaları, sağrı venaları) boşluğa daxil olarkən birləşib tək vena təşkil edir. Arteriyaları muşayiət edən dərin venalardan başqa vücudun dərialtı piy təbəqəsində artıq miqdarda dəri venaları – lat. venae cutaneae (venae subcutanae – BNA) təsadüf olunur. Bunların özlərinə uyğun arteriyaları yoxdur.

Beləliklə, bədəndə venaların miqdarca çox olduğunu görürük.

Venaların miqdarı ilə bərabər həcmləri də böyükdür; ümumiyyətlə, bədəndə olan venaların həcmi arteriyaların həcmindən iki dəfə artıqdır. Bir tərəfdən venaların miqdarının çoxluğu, digər tərəfdən həcminin böyük olması venalarla axan qanın sürətini kompensasiya edir və bir üzvə və ya nahiyəyə arteriya vasitəsilə gələn qanın həmin müddətdə o üzvdən və ya nahiyədən geriyə axmasına səbəb olur. Venalarda təzyiqin mənfi olmasına baxmayaraq, qan müəyyən səbəblər nəticəsində düzgün bir surətdə dövran edir; buraya döş qəfəsinin, ürək kisəsinin və ürəyin sorucu qüvvəsi aiddir.

Venalarda qanın hərəkəti

[redaktə | mənbəni redaktə et]
Venalarda qanın hərəkətində qapaqcıqların rolu

İnsan nəfəs aldıqda döş qəfəsi genəlir və plevra boşluğu təzyiqi azalır; bunun nəticəsində ürəyin sağ qulaqcığı genəlir, qan yuxarıaşağı boş venalardan ürəyə doğru sorulur. Nəfəs aldıqda diafraqma aşağı doğru yastılaşaraq, bir tərəfdən qarın boşluğu təzyiqini çoxaldır və bunun nəticəsində aşağı boş venanı sıxır və digər tərəfdən, süngərdən su axan kimi, qaraciyəri basaraq orada olan qanı ürəyə vurur. Beləliklə tənəffüs hərəkətinin venalardakı qanın dövranında artıq dərəcədə əhəmiyyəti vardır. Bununla düzgün nəfəs almanın qan dövranı və qazlar mübadiləsi üçün nə qədər əhəmiyyəti olduğunu görürük.

Venalardakı qanın ürəyə doğru axmasına ürəyin sistolası nəticəsində urək kisəsi təzyiqinin azalması da (mənfi olması) səbəb olur. Venoz sistemdə qanın dövranına bir də sklet əzələlərinin fəaliyyəti, bəzi venaların fassiyaları ilə olan rabitəsi və yuxarıda göstərilən vena qapaqcıqları kömək edir. İnsan işləyən və hərəkət edən zaman, əzələlər müəyyən dərəcədə venalara təzyiq edərək orada olan qanı mərkəzə doğru sıxırlar. Bəzi venalar (məsələn vidaci, körpücükaltı, qoltuq, bud və dizaltı venalar) ətraf üzvlərlə, vətərlərlə, fassiyalarla və sümüklərlə rabitədə olaraq, hərəkət zamanı gah genəlir, gah daralırlar, nəticədə qanı mühitdən soraraq mərkəzə doğru ötürürlər. Qan, damarın mühiti hissəsindən mərkəzi hissəsinə sorulduqda orada olan qapaqcıqlarqanın geriyə qayıtmasına mane olur. Beləliklə. qan normal bir halda mərkəzə doğru axır.

Venaların fassiyalarla olan rabitəsinin xüsusilə cərrahlıqda artıq əhəmiyyəti vardır. Fassiyalar venaların xarici qişasilə rabitədə olduqları üçün gərginləşərkən damarın divarlarını dartırlar; odur ki, döş qəfəsinə yaxın nahiyələrdə (məsələn boyunda) operasiya olunanda venalar kəsilərsə, ağızları açıq qalır; xəstə bu anda nəfəs alarkən xaricdən hava venalara daxil olur və ümumi dövrana qarışaraq müəyən üzvdəki damarların yolunu tıxac kimi tutur; nəticədə qaz emboliyası əmələ gəlir. Bu növ hadisələr bəzən xəstə üçün təhlükəli olur.

Embrional dövrdə ağciyərlər sıxılmış bir halda olduğu üçün (embrion nəfəs almadığı üçün) döş qəfəsinin sorucu qüvvəsinin əhəmiyyəti yoxdur. Venoz sistemdə təzyiq az olduğu üçün yüngül bir xarici təzyiq qanın dövranına maneəçilik göstərir; odur ki, burada arterial sistemə nisbətən artıq miqdarda və səthdə yerləşmiş anastomoz və kollateral şaxələrə təsadüf olunur, nəticədə venoz torlar – lat. rete venosum əmələ gəlir, məsələn ayaqaltı venoz tor – lat. rete venosum plantare.

Həcmlərini tez-tez dəyişən üzvlərin ətrafında venaların və anastomoz şaxələrin miqdarı çoxalır; bunlar müxtəlif səthlər üzrə yerləşərək venoz kələflər – lat. plexus venosus əmələ gətirirlər. Bunlara misal olaraq, kiçik çanaqda sidiklik, düz bağırsaq, uşaqlıquşaqlıq yolu ətrafındakı venoz kələfləri göstərə bilərik. Bu kələflər qanın cərəyanına imkan yaradırlar.

Venaların bir nıvünü venoz ciblər – lat. sinus venosus təşkil edir. Bunlar beynin sərt qişa səfhələrinin arasında əmələ gələrək (lat. sinus durae matris) daxildən endotel ilə örtülü olurlar və özləri də venaları əvəz edirlər. Bu ciblərin divarları sərt birləşdirici toxumadan təşkil olunduğu üçün mənfəzləri heç yumulmur; odur ki, venoz qanın beyindən həmişə sərbəst surətdə xaricə (ürəyə doğru) axmasına imkan yaradır.

  • Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]