Avtomatika və telemexanika qurğuları

Avtomatik fəaliyyət göstərən qurğu və sistemləri öyrənən elm və texnika sahəsi avtomatika adlanır. Əgər obyektlərin idarəsi və onların iş fəaliyyətinə nəzarət müəyyən məsafədən yerinə yetirilirsə, bu halda telemexaniki qurğular adlanan xüsusi vasitələrdən istifadə edilir. Telemexanika – rabitə kanalının səmərəli istifadəsində siqnalları xüsusi qayda ilə çevirməklə, obyektlərin müəyyən məsafədən idarəsi və nəzarəti üçün nəzəri və texniki vasitələri öyrənən elm və texnika sahəsidir

Dəmir yolunda istifadə oluunan avtomatik və telemexanik qurğular

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dəmir yolu müasir avtomatik, telemexaniki idarəetmə sistem və qurğuları ilə təchiz edilmişdir. Bu nəqliyyatda böyük bir təsərrüfat sahələri idarə olunur. Buraya müxtəlif istehsal sahələrinin, təsərrüfatlarının, su nəqliyyatı məntəqələrinin, vaqon və lokomotiv təmiri müəssisələrinin, hərəkət tərkibinin və s. mikroprosessorlu avtomatik idarəetmə sistemləri daxildir. Bu gün dəmir yolu kompüter texnikası, teleidarə, telenəzarət, teleölçmə sistemləri, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri ilə təmin olunmuşdur. Dəmiryol avtomatlaşdırılmış idarəetmə sistemi bir neçə altisistemləri özündə birləşdirir ki, buraya da çeşidləyici stansiya, daşımanın operativ idarə olunması, elektrik təchizatı və s. aiddir. Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika qurğuları haqqında ümumi məlumat veriləcəkdir. Bu qurğulara avtomatik bloklama, avtomatik lokomotiv işarəvermə, qatarların hərəkətinə nəzarət edən dispetser məntəqəsinin quruluşu, yolçəpərləyicinin avtomatik işarəvericisi və çəpərləyicisi, yarımavtomat bloklama, yolvericilərin və siqnalların elektrik mərkəzləşməsi, dispetser mərkəzləşməsi, çeşidləmə təpəciyinin mexanikləşdirici və avtomatlaşdırıcı qurğuları və s. aiddir. Stansiyada qatatarların hərəkətində və manevr işlərində tez-tez dəyişikliklər aparıldığından, qısa müddətdə lazımi əmr və məlumatları lokomotiv briqadalarına və digər dəmiryol işçilərinə göndərmək üçün xüsusi işarəvermə kompleksindən istifadə olunur. İşarəvermə hərəkətin təhlükəsizliyinə, qatarların hətəkətinə və manevr işlərinin düzgün icra olunmasına xidmət edir. İşarəvermə - görünən və ya eşidilən olub müəyyən əmrin və ya xəbərdarlığın verilməsinə xidmət edir. Lakin onun əsas vəzifəsi əmr verməkdən ibarətdir ki, dəmir yolunun bütün işçiləri onun göstərişinə reaksiya verməlidir. İşarəverici məfhumuna işarəverən cihaz və onun göstərişi aiddir. Nəqliyyatda işarəvericilər gözlə görülən və eşidilən işarəvericilər kimi təsnif olunurlar. Gözlə görülən işarəvericilər işığın rəngi, bayraq, disk, şit şəklində; işarələrin rəngi və qarşılıqlı vəziyyəti, işıq işarələrinin yanma rejimləri və yerini dəyişən işarə şitlərinin forması şəklində aşkarlanır. Görünən işarənin müsbət cəhəti ondan ibarətdir ki, o eşidilən işarəvermələrə nisbətən daha uzaq məsafədən eşidilə bilər. Səs işarəvermələri müxtəlif müddətli tək və ya bir neçə səs yaradan cihazlardan ibarət olur. Səs işarəverməsi üçün gündüz və gecənin əhəmiyyəti yoxdur. O, lokomotif, vaqon-motor qatar fitləri, əl fiti, sirena və s. vasitəsilə verilir. Səs işarəverməsinin fonu elə seçilir ki, yaşayış məntəqəsində çox böyük səs-küy yaratmasın. Bu növ işarənin verilmısində hökmən insan iştirak edir. Zamana görə görünən işarəvericilər gündüz (şitin və ya diskin rənginə görə, yanma rejiminə görə, işarəverici cihazda eyni vaxta kompleks işıqlanmaya görə), axşam (müəyyən rəngdə işıqlanmaya görə), bütün gün ərzində (rənginə, yanma rejiminə görə və kompleks işıqlanmaya görə) işıqlanan olurlar. Görünən işarələr, işarəvericilərin, bayraqların, fanarların, şit və disklərin köməyi ilə verilir. Bu cihazların vəzifəsi, işarələrin göstərişləri və qoyulma yeri işarəvermə üzrə respublika dəmir yolunda tətbiq olunan instruksiyaya uyğun müəyyən edilir. Qatarların hərəkətinin tənzimində avtomatik bloklamanın rolu böyükdür. belə bloklamada qatarın daxil olmasında giriş işarəvericiləri avtomatik bağlanır və ALS qarşıdakı blok-sahənin boş olması haqqında məlumat verir. Müasir dövrdə sürətin artması tələbi ALS-dən hərəkətin əsas tənzim vasitəsi kimi istifadə olunmasını lazımlı edir.[1]

Stansiyaların avtomatika və telemexaniki sistemləri

[redaktə | mənbəni redaktə et]

Dəmiryolu stansiyalarının qatarburaxma qabiliyyətinin intensivləşdirilməsində və onların təhlükəsiz hərəkətlərinin təminində əsas vasitə elektrik mərkəzləşməsinin telemexaniki vasitələridir. Bu vasitələr hesabına stansiyaların qatarburaxma qabiliyyəti 1,5-2 dəfə artırıla bilər, yolçevirici postlardakı növbətçilər ştatı azaldıla bilər və digər növbətçi personalın hər 100 mərkəzləşdirilmiş yolçeviriciyə 35 nəfər azldıla bilər. elektrik mərkəzləşməyə sərf olunan xərc adətən 4-5 ilə ödənilir.[2]

Stansiyalarda yolçevirici və siqnalların idarə edilməsi ilk vaxtlar mexanikimərkəzləşdirmə yolu ilə aparılmışdı. Belə sistemlərdə yolçevirici və işarəvericilər mexaniki yolla xüsusi rısaq və elastik polad intiqal vasitəsi ilə aparılırdı. Bu quruluşlar yolçevirici və semaforlara bərkidilirdi. Siqnal verən şəxsdən yolçeviricinin hərəkəti üçün böyük mexaniki güc tələb edilirdi və nəticədə postların mərkəzləşmədə tədir radiusunu məhdud idi, idarəetmədəki aparatlar böyük həcmli, marşrutların hazırlanmasına 5-10 dəqiqə vaxt tələb olunurdu. Bu sistem çox mürəkkəb olmaqla qatarburaxma qabiliyyətinin artırılmasına və hərəkətin təhlükəsizliyinə imkan vermirdi.[3] 30-cu illərdən başlayaraq elektrik mərkəzləşdirilməsindən istifadə edilməyə başladı. İlk sistemdə siqnal rolunu işarəvericilər oynmaqla mexaniki elektriki mərkəzləşmə üsulu tətbiq edilmişdir. Burada rels dövrəsi olmadığından qatar olan yolda siqnalın açıq olma ehtimalı qüvvədə qalırdı ki, bu da hərəkətin təhlükəsizliyini təmin etmirdi. İlk təkmilləşdirilmiş mexaniki elektriki mərkəzləşmə sistemi 1930-32 – ci ildə Rusiyada tətbiq olunmuşdur (Şimal yolunun Moskva – minik və Losinoostrovskaya hissəsində, həmçinin Moskva Kazan yolunda). Burada yalnız İV siqnalizaziyasından, həmçinin tam izolə edilmiş yol və yolçeviricilərdən istifadə edilmişdir. Bu sistemin elementlərini alman firmaları hazırlamışdı. 1933-34-cü illərdə elektrik açar mərkəzləşdirilməsi işləndi və ilk dəfə Xarkov stansiyasında tətbiq edildi. Bütün layihəetmə işləri “Qiprotranssiqnalovoz” (QTSV) institutunda aparılmışdır. QTSV ilk rele tipli, 25 yol çeviricili, kiçik stansiyalar üçün layihə etddiyi elektrik mərkəzləşmə sistemi istehsalata tətbiq olundu. Bu sistemdə yolçeviricilərin və siqnalların idarəsi I sinif relelər vasitəsilə həyata keçirilirdi.

Əvvəllər sistemin etibarlığını yoxlamaq üçün rele mərkəzləşdirilməsi yalnız aralıq stansiayalarında qurulurdu. 1946-cı ildən isə aralıq və sahə stansiyalarında rele mərkəzləşməsi tətbiq olunmağa başladı. Sahə stansiyalarında yolçeviricilərin ayrılıqlı idarə edilməsinə və açıq stativ montajlı rele mərkəzləşməsindən istifadə edilməsinə başlanıldı. Buna sonralar unifikasiyalanmış mərkəzləşmə deyildi. Mərkəzləşmənin cəldliyini artırmaq üçün sahə stansiyalarında yeni sistem - marşrut rele mərkəzləşməsi (MRM) işləndi. Həmin sistem 1949-cu ildə Moskva-Kursk stansiyaları arasında fəaliyyətə başladı. 1960-cı ildən sonra kiçik qabaritli ştepsel relelərindən (NMŞ) rele mərkəzləşməsində geniş istifadə olunmağa başlandı. İlk rele bloku hazırlandı və Leninqrad – Moskva dəmir yolunda istifadə olundu (BMRÜ).

  1. Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
  2. Avtomatik qatar idarəsi
  3. Avtomatik idarəetmə
  4. Avtomatik idarəetmə sistemləri
  5. Elektromaqnit icra mexanizmləri
  1. Əfəndizadə A.Ə.Avtomatik idarəetmə nəzəriyyəsi.Bakı,Maarif 1981-350s.
  2. Məmmədov F.İ Avtomatik idarəetmə nəzəriyyəsi və texnoloji komplekslərin avtomatlaşdırılması.Sumqayıt 2010-240s
  3. Rafiq Əliyev. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 s.