Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.[1]