Avtura Cümə Məscidi

Bamat Giray Hacı Mitayev adına Avtura cümə məscidi (çeç. Эвтара Бамат-Гири-Хьаьж цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Şali rayonunun Avtura kəndindəki əsas məscid. Avtura kəndinin mərkəzi hissəsində yerləşir. Məsciddə eyni vaxtda 5000-ə qədər insan ibadət edə bilər.

Bamat Giray Hacı Mitayev adına Avtura cümə məscidi
çeç. Эвтара Бамат-Гири-Хьаьж цIарах дина маьждиг
Məscidin uzaqdan görünüşü
Məscidin uzaqdan görünüşü
Xəritə
43°09′49″ şm. e. 46°00′09″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Çeçenistan
Status fəaliyyət göstərir
Şəhər Avtura kəndi, Şali rayonu
Rayon Şali rayonu
Yerləşir Bamat Giray Hacı Mitayev küçəsi
Tikilmə tarixi 2014
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 22 metr
Sahəsi 1822 kv.m.
Minarələri 4
Günbəzləri 1 əsas 4 əlavə
Material monolit-beton, ağ mərmər
Vəziyyəti fəaliyyət göstərir

1883-cü ilə qədər Avtura kəndində 13 məscid, o cümlədən, əsas Cümə məscidi və 12 məhəllə məscidi fəaliyyət göstərirdi.[1]

Bamat Giray Hacı Mitayev (1838–1914) — çeçen təbliğatçısı, xalq arasında — çeçen virdlərindən birinin banisi, Çeçenistanda Qadiriyyə hərəkatının təşəbbüskarı Kunta Hacı Kişiyevin müridi.[2] Bamat Giray Hacı Mitayev XX əsrin əvvəllərində Çeçenistanın görkəmli siyasi xadimi Əli Mitayevin atasıdır.

2014-cü ilin oktyabrında Avtura kəndində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun iştirakı ilə mərkəzi məscidin tikintisi üçün bönüvrə qoyulması mərasimi baş tutdu.[3] Məhəmməd peyğəmbərin doğum günündə tikinti işlərinə başlanıldı. 22 dekabr 2015-ci ildə məscidin təntənəli açılışı olmuşdur.[4]

Avrura kəndində XIX əsrdə olan köhnə məscid

Avtura cümə məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığını və Bizans üslubunu birləşdirir. Memarlıq İstanbuldakı Sultan Əhməd məscidinə əsaslanır. Məscidin özünün sahəsi 1822 kvadratmetrdir. O, iki mərtəbəli binadır. Dini binanın günbəzlə birlikdə hündürlüyü 22 metrdir. 4 minarənin hündürlüyü 45 metrdir. Məscidin kənarlarında olan hər minarənin iki eyvanı var. Məscid 5000 nəfər üçün nəzərdə tutulub. Onun qarşısında cığırları olan böyük park salınıb, kompleksin ümumi sahəsi yaşıl qazonlarla birlikdə 2,5 hektardır.[2]

Cümə məscidi dəmir-betondan tikilmiş, xarici və daxili divarları möhkəm daş olan travertinlə işlənmiş monolit tikilidir. Məscidin daxilində ərəb xəttatlığı sənətindən istifadə olunub. Məscidin günbəzləri və divarları Qurani-Kərimdən ayələrlə rənglənmiş, sənətkarlar tərəfindən məscidin memarlıq üslubunun ümumi ornamentinə məharətlə toxunmuşdur.

Məscidin divarındakı dua hissəsi — ağ mərmərdən hazırlanmış mehrab, namaz zamanı möminlərə istiqaməti göstərən Məkkəyə doğru baxır. Məscidin xalçası ənənəvi çeçen rəng çalarlarını milli ornamentlərlə birləşdirir. Şeyx Bamat Giray Hacı məscidinin oval sərdabələri minlərlə kaşı ilə bəzədilib. Hər bir naxış icrasında unikaldır və icranın mürəkkəbliyinə baxmayaraq, tamamilə simmetrikdir. Mərkəzi günbəzin altında "Svarovski" daşları ilə bəzədilmiş 6 metrlik qızılla örtülmüş çilçıraq yerləşir.

Şeyx Bamat Giray Hacı Mitayevin Ziyarətgahı məscidin yerləşdiyi küçənin kənarında yerləşir.[5]

  1. Н. П. ИнфоРост. "Список населенных мест Терской области : По сведениям к 1 янв. 1883 г.. - Владикавказ, 1885". elib.shpl.ru. 2017-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  2. 1 2 "Шейх Баматгирей-Хаджи Митаев (1овда) | По заветам шейхов | Коммуникационное агентство «Партнёр плюс»". right-partner.ru. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  3. Джабраи Юкаев. "В с. Автуры состоялось открытие мечети им. Бамат-Гирей-Хаджи Митаева". ИА Чечня Сегодня (rus). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  4. Элихан Давлетбаев. Мечеть открыла двери // Вести Республики (Газета). № № 244-245 (2679). — 2015. — 12 декабрь.
  5. "В с.Автуры открыта мечеть имени Бамат-Гирей-Хаджи Митаева | Информационное агентство "Грозный-Информ"". www.grozny-inform.ru (rus). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]