Axıştır mağarası

Axıştır mağarası.

Haqqında[redaktə | mənbəni redaktə et]

Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur. Əldə olunan fauna qalıqlarının 90%-dən çoxunu mağara ayılarının sümükləri təşkil edir. Düşərgənin daş məmulatlarının əksəriyyəti çaxmaq daşından hazırlanmış alətlərdən ibarətdir/

Mənbə[redaktə | mənbəni redaktə et]

  • İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010

.