Axın, axın vəziyyəti, axın təcrübəsi (ing. flow, lat. influunt ) — insanın gördüyü işdə tamamilə iştirak etməsi, aktiv konsentrasiyası, fəaliyyət prosesinə tam cəlb olunması ilə xarakterizə olunan psixi vəziyyət. Axın konsepsiyası 1975-ci ildə Mixay Çiksentmixayi tərəfindən təklif edilmişdir[1] və o, həm də axın vəziyyətinə daxil olmaq üçün praktiki tövsiyələri ehtiva edir. Axın vəziyyəti unikal vəziyyət deyil. Axın vəziyyətində olmaq hər hansı bir xüsusi sahə və ya proseslə məhdudlaşmır. Bu, konkret şəxsin iştirak etdiyi bütün fəaliyyət sahələrinə şamil edilir.
Abraham Maslou axın vəziyyətlərini zirvə təcrübələri adlandırmışdır.[2]
Çiksentmixaynin fikrincə, axın vəziyyətinin təcrübəsinə kömək edən bir neçə fəaliyyət xüsusiyyətlərinin siyahısı var:
- Aydın məqsədlər (fərqli gözləntilər və qaydalar).
- Konsentrasiya və diqqət mərkəzi - diqqətin məhdud bir sahəsinə yüksək dərəcədə konsentrasiya (fəaliyyətlə məşğul olan bir şəxs ona diqqət yetirmək və özünü ona dərindən qərq etmək qabiliyyətinə malikdir).
- Özünüdərk duyğusunun refleksiyasının itməsi, hərəkətlə şüurun birləşməsidir.
- Zamanın təhrif olunmuş qavrayışı, zaman hissinin itirilməsi.
- Birbaşa və dərhal əks əlaqə (fəaliyyətdəki uğur və uğursuzluqlar aydındır ki, davranış lazım olduqda dəyişdirilə bilər).
- Subyektin qabiliyyət səviyyəsi ilə tapşırığın mürəkkəbliyi arasında tarazlıq (fəaliyyət subyekt üçün çox asan və ya çətin deyil).
- Vəziyyət və ya fəaliyyət üzərində tam nəzarət hissi.
- Fəaliyyətin özü bir mükafat kimi qəbul edilir, buna görə də hansısa səy göstərmədən həyata keçirilir.
- Чикесентмихайи Михай (2013) Эволюция личности. Москва. Альпина нон-фикшн. ISBN 978-5-91671-129-5
- Csikszentmihalyi, Mihaly (1990). Flow: The Psychology of Optimal Experience. New York: Harper and Row. ISBN 0-06-092043-2
- Csikszentmihalyi, Mihaly (1996). Creativity : Flow and the Psychology of Discovery and Invention. New York: Harper Perennial. ISBN 0-06-092820-4
- Csikszentmihalyi, Mihaly (1998). Finding Flow: The Psychology of Engagement With Everyday Life. Basic Books. ISBN 0-465-02411-4 (a popular exposition emphasizing technique)
- Gardner, Howard, Csikszentmihalyi, Mihaly, and Damon, William (2002). Good Work: When Excellence and Ethics Meet. New York, Basic Books.
- Geirland, John (1996). «Go With The Flow». Wired magazine, September, Issue 4.09.
- Ю. Б. Дормашев, В. Я. Романов. Переживание потока. В кн.: Психология мотивации и эмоций /Под ред. Ю. Б. Гиппенрейтер, М. В. Фаликман. — М.: АСТ:Астрель, 2009. — 704с. — (Хрестоматия по психологии). — 383—387 с. ISBN 978-5-17-058328-7 (ООО «Издательство АСТ») ISBN 978-5-271-23290-9 (ООО «Издательство Астрель»)
- ↑ Csikszentmihalyi M. Beyond boredom and anxiety. San Francisco, 1975.
- ↑ Абрахам Г. Маслоу. Пиковые переживания. В кн.: Психология мотивации и эмоций /Под ред. Ю. Б. Гиппенрейтер, М. В. Фаликман. — М.: АСТ:Астрель, 2009. — 704с. — (Хрестоматия по психологии). — 374—382 с. ISBN 978-5-17-058328-7 (ООО «Издательство АСТ») ISBN 978-5-271-23290-9 (ООО «Издательство Астрель»)