Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər.
Axırıncı reys | |
---|---|
Janr |
qısametrajlı macəra |
Rejissor | Fuad Şabanov |
Ssenari müəllifləri |
Oleq Kazansev Fuad Şabanov |
Baş rollarda |
Ötkəm İsgəndərov Fikrət Məmmədov İnqa Qarayeva İlqar Məmmədov Rada Sokolova Alina Sokol Valeri Hüseynov İlya Pres Nofəl Əfəndiyev Azər Əliyev |
Operator | Rövşən Quliyev |
Bəstəkarlar |
Eldar Rzaquluzadə Rauf Ələkbərov |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 24 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1989 |
Rəng | rəngli |
Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır.[1]
Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.[1]
Tağı həmin gün axırıncı reysini başa vurmağa hazırlaşır. Əvvəlcə sevgilisi ilə danışıb ona evlənməyi təklif eləyir.[1]
Paralel olaraq axşam dənizkənarında gəzən sevgililər göstərilir. Onlar yola çıxanda qarşılarını dörd-beş nəfərdən ibarət quldur dəstəsi kəsir. Gənc cütlüyü əhatəyə alan dəstə oğlanı vəhşicəsinə döyməyə başlayır.[1]
Bu zaman kimsəsiz yolda Tağının avtobusu şütüyür. O, hadisəni görüb avtobusun qapılarını açaraq qızı xilas etməyə çalışır. Qapılar açılır, qız cəld içəri daxil olur. Ancaq dəstənin üzvləri qapıların bağlanmasına imkan vermir. Onlar hamısı bir göz qırpımında avtobusa girir.[1]
Dəstənin başçısı (Fikrət Məmmədov) sürücüyə hədə-qorxu gəlir, ondan avtobusu birbaşa Bakıdan kənara sürməyi tələb eləyir. Əks halda onu öldürəcəyini deyir. Dostlarından birinə isə sürücüyə nəzarət etməyi tapşırır.[1]
Vəhşiləşmiş dəstə oğlanı yenidən döyməyə başlayır və o, huşsuz vəziyyətdə avtobusun döşəməsinə sərilir. Sonra dəstə başçısı qızı zorlayır.[1]
Zorakılığa dözməyən avtobus sürücüsü etiraz edəndə dəstə başçısı bıçaqla onun üzündə çapıq açır və avtobusu başqa səmtə yönəldəcəyi təqdirdə yenə ölümlə hədələyir.[1]
Sonra qızın qarşısında şərt qoyur, yalnız onunla könüllü intim münasibət istəməyəcəksə, bütün dəstə üzvləri onu zorlayacaq.[1]
Heydən düşsə də qız yenə müqavimət göstərməyə çalışanda huşunu itirmiş sevgilisi ayılır. Və sürücü qəfil əyləci basaraq qapıları açır. Sevgililər avtobusdan düşməyə macal tapır. Dəstənin yalnız bir üzvü onların arxasınca düşə bilir. Digərləri də çıxmaq istəyəndə sürücü qapıları bağlayaraq yüksək sürətlə avtobusu sürməyə başlayır....[1]
Finalda Tağı bilərəkdən avtobusu qəzaya uğradır. Hərçənd, biz qəza prosesinin necə baş verdiyini görmürük, yəqin ki, buna ehtiyac da qalmır. Sadəcə, fokus avtobus sürücüsünə tuşlanır və tamaşaçı donmuş görüntünün fonunda qəzaya uğrayan avtobusun çırpılmasının, şüşələrin çiliklənməsinin səsini eşidir.[1]
“Axırıncı reys” real hadisələr əsasında ekranlaşdırılıb.[1]
Ssenari müəllifi: Oleq Kazansev, Fuad Şabanov
Rejissor: Fuad Şabanov
Operator: Rövşən Quliyev
Bəstəkar: Eldar Rzaquluzadə
Rauf Ələkbərov
Ötkəm İsgəndərov — Tağı
Fikrət Məmmədov — avara
İnqa Qarayeva
İlqar Məmmədov
Rada Sokolova
Alina Sokol
Valeri Hüseynov
İlya Pres
Nofəl Əfəndiyev
Azər Əliyev
Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı