Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor,[1] Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı.
Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2]
ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır.[3]
- 777 №-li iş (film, 1992)
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik
- Axırıncı reys (film, 1989)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov)
- Batterflyayın qayıtması (Kiyev)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bircəciyim (film, 1986)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc)
- Borc (film, 2014)
- Boşboğaz (film, 1978) (Rusiya)
- Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli)
- Dəvətnamə (film, 1989)
- Doğma sahillər (film, 1989) - rol: əsgər
- Dronqo (serial, 2002)
- Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd
- Firəngiz (film, 1975)
- Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov)
- Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
- İtkin pay (2007) (İran)[4]
- Kleopatra
- Qara gölün cəngavərləri (film, 1984)
- Laçın dəhlizi (film, 1993)
- Ovsunçu (film, 2002)
- Özgə ömür (film, 1987)
- Park (film, 1983)
- Prima (film, 1994)
- Səhnədə Lurixdir (Estoniya)
- Sifarişçi (film, 2000)
- Şahid qız (film, 1990)
- Tələ (film, 1990)
- Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib
- Tənha narın nağılı (film, 1984)
- Tütək səsi (film, 1975)
- Üzeyir ömrü (film, 1981)
- Yük (film, 1995)
- Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)
- Məryəm (serial)
- Ağanatiq (film, 2017)
- İmtahan (teleserial, 2017) — Zakir
- Xilas (2018)
- ↑ Əhmədova, T. Milli və bəşəri dəyərlərə müasir sənətkar münasibəti: Ötkəm İskəndərovun yaradıcılığında humanist dünyagörüş məsələsi: [Əməkdar artistin kino yaradıcılığı haqqında] //525-ci qəzet.- 2015.- 15 iyul.- S.6; 16 iyul.- S.4; 17 iyul.- S.22.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ Ülviyyə Həsənqızı. ""Universitetdən uzaqlaşıb, teatra qayıtmışam" - Ötkəm İsgəndərov" (az.). Primetime.az. 24.02.2017. 2017-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- ↑ "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.
- "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.