Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Çayın uzunluğu 25 km, hövzəsinin sahəsi 691 km² təkil edir. Suyundan suvarmada istifadə olunur. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır.
Ax-Ox çay | |
---|---|
azərb. Ax-Ox çay | |
Ölkə | Azərbaycan |
Rayon | |
Mənbəyi | Qovdağ |
• Yüksəkliyi | 2000 m |
Mənsəbi | Göyçay çayı |
Su sistemi | Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
|
Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir[1].