Bu məqaləni vikiləşdirmək lazımdır. |
Axund Cavad Nardarani — din alimi
Axund Cavad Nardarani | |
---|---|
Doğum tarixi | 1845 və ya 1846 |
Doğum yeri | |
Vəfat tarixi | 1950 |
Vəfat yeri |
Axund Cavad Talıbzadə Molla Talıb oğlu Nardaran kəndində 1845–46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb.[1]
Atası Molla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri olub. İlk təhsilini doğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yollanır. Bir müddət orada təhsil alan Axund Cavad ağa elmin mərkəzi olan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır.
Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sonralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər orada yaşayıb dini fəaliyyət göstərmişdir.
Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xomeyninin (r) ustadı olmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn olunub.
Bu qəbiristanlıq Axund Cavadın atası Molla Talıb Nardaraninin şəxsi mülkü olub. Öz vəsiyyətinə əsasən həmin yeri Həzrət Əlinin (ə) ziyarətgahına vəqf etmişdir. Nəcəfül-Əşrəf şəhərini ziyarət edənlərin dediyinə görə onlar öz gözləri ilə həmin qəbiristanlığı görüblər.
Hətta qəbiristanlığın qapısının üstündə belə bir cümlə yazılıbmış: "Bu yer Axund Cavad Nardaraniyə məxsus olmuşdur." Hal-hazırda həmin qəbiristanlıqda bu ailədən olan bir neçə şəxsin məzarı mövcuddur. Həmçinin bir neçə müctəhid də burada dəfn olunub.