Ayşən Qruda (22 avqust 1944[1], Yeşilköy[d] – 23 yanvar 2019[2], İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı.
Ayşən Qruda | |
---|---|
türk. Ayşen Gruda | |
Ayşən Qruda (2017) | |
Doğum adı | Ayşen Erman |
Doğum tarixi | 22 avqust 1944[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 yanvar 2019[2] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Fəaliyyəti | komediyaçı, aktrisa |
Fəaliyyət illəri | 1963-cü ildən |
IMDb | ID0344346 |
Vikianbarda əlaqəli mediafayllar |
23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü.
Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir.
Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.
Ayşən Qruda, Tevfik Bilgenin teatrında peşəkar fəaliyyət göstərməyə başladı. İlk rolu 1962-ci ildə "Konqres əylənir" adlı vedevildə kiçik bir qulluqçu oldu. 1977-ci ildə, 16 illik teatr həyatından sonra, bir televiziya əyləncə proqramında yayımlanan bir skitdə "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra hər kəs tərəfindən tanındı.
Ayşen Erman, Ankara Meydan Səhnəsində teatr aktyoru Yılmaz Qruda ilə tanış olub evləndi. Qızları Elvan dünyaya gələndə Ayşen Qruda bir müddət teatra ara verdi. Uzunmüddətli evlilikdən sonra Ayşən Qruda, Yılmaz Qruda ilə boşandıqdan sonra soyadını istifadə etməyə davam etdi.[3]
Ayşən Qruda daha sonra yaxın dostu Adile Naşit ilə birlikdə Ertem Eğilmez filmlərinin əsas heyətində yer aldı.
Ayşən Qruda "Mum söndü", "Dəvəquşu Kabare", "Hababam Sinfi Muzikalı", "7 Kocalı Hürmüz" kimi bir çox layihələrdə yer aldı. Teatrdan əlavə bir çox televiziya proqramında skeç və seriallarda rol aldı. Sinemada "Tosun Paşa", "Süd Qardaşlar", "Şabanoğlu Şaban", "Hababam Sinfi", "Xoşbəxt Günlər" kimi bir çox klassik Türkiyə kinosu nümunələrində oynadı. 2014-cü ildə ssenari müəllifi və rejissoru Cem Yılmaz olan "Tezliklə" filmində Cem Yılmaz, Ozan Güvən, Zəfər Algöz, Özkan Uğur, Çağlar Çorumlu, Şirincan Çakıroğlu və Tülin Özen ilə birlikdə rol canlandırdı.[4]
Müjdat Gәzәnin 2003-cü ildə yayımlanan "Deyəsən mən sənətçiyəm" adlı bioqrafik kitabında 'Q. A' kod adıyla verdiyi keçmiş sevgilərindən birinin Ayşen Qruda olduğu iddia edildi. Gəzən və Qruda, 2016-cı ildə ortaq bir reportajda bir zamanlar sevgi münasibətində olduqlarını və 1963-cü ildə nişanlandıqların açıqladılar. Müjdat Gəzən hərbi xidmətdə olarkən Ayşən Qruda, Yılmaz Qruda ilə evlənəcəyini məktubla Gəzənə bildirir və cütlük ayrılmağa qərar verir. Ayşən Qruda, 1965-ci ildə teatr aktyoru Yılmaz Qruda ilə evlənir və bu evlilikten Elvan Qruda adında bir qızı olur. 11 illik evlilikləri 1976-cı ildə boşanma ilə sona çatır.
İstanbulda bir xəstəxanada pankreas xərçəngi (Mədəaltı vəzin xərçəngi) müalicəsi görən Türk Sinemasının "Pomidor Gözəli" ləqəbli aktrisası Ayşen Qruda, 23 yanvar 2019-cu ildə, 74 yaşında, bu xəstəlik səbəbiylə tənəffüs çatışmazlığı səbəbiylə vəfat edir. Cənazəsi 25 yanvar 2019-cu il tarixində İstanbul Zincirlikuyu Məscidindəki cənazə namazından sonra Zincirlikuyu Qəbiristanlığında dəfn edildi.