Ayətxan Ziyad

İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü.

Ayetxan Ziyad
Ayətxan Ziyatxan oğlu İsgəndərov
Doğum adı Ayətxan İsgəndərov
Doğum tarixi (73 yaş)
Doğum yeri Hacıqabul, Azərbaycan SSR,
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959–69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan "İşıq" qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur.[1]

Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır.

Tələbəlik illərində (1969–1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976–1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər "Ədalət" qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür. Qanlı 20 Yanvar hadisələrinə həsr etdiyi, lakin səslənməsinə qadağa qoyulan "Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!" radio verilişinin mətni "Şahidlər" kitabına daxil edilmişdir. Bütövlükdə isə Qarabağ müharibəsi mövzusunda qələmə aldığı radio verilişlərinin müəyyən qisminin (bir hissəsi "Karvanqıran ulduzların gecələdiyi ünvan" adı ilə "Gənc müəllim" qəzetində dərc edilib) "Əzəli Azərbaycan torpaqlarına işğalçılıq və qarət qəsdləri" kitabında çapı gözlənilir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qələmə aldığı əsərlər əsasən Azərbaycan Dövlət Radiosunda (1970–1994-cü illərdə) səslənmiş, "Çinar pöhrələri. I cild" (1979-cu il), "Yeraltı səltənət", "Ölməzlik", "Şahidlər" almanaxlarında, "Azərbaycan", "Əbədi Şirvan", "Kommunist Azerbaydjana", "Dirçəliş – XXI əsr", "Maarif işçisi", "Təhsil", "Azərbaycan məktəbi" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Ədalət", "Respublika", "Azərbaycan", "Xalq qəzeti", "Panorama", "Həftə içi", "Paritet" və respublikanın bir çox digər qəzet, jurnal və toplularında nəşr edilmişdir.

Ədəbi-bədii əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Sənsiz, yaxud Arifsizlikdə ötən ömür" (Bakı-2001, 400 səh.);
  • "Qazyanlı Mirhəbi ağa (ADPU-2010, 132 səh.);
  • "Qazyanlı Mirhəbi ağa" (təkrar nəşr, ULU-2010, 149 səh.).
  • "Hər hökmü zaman verir", kiçik povestlər (Bakı-2010, 100 səh.).
  • "Məndən sonra…" ULU-2010, 616 səh.);
  • "ADPU-da qalan izim" (Bakı-2014, 400 səh.);
  • "Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi (hekayə, povest, kino-ssenari, poeziya)". Türkiyə, Ankara, "İKSAD" publications, Oktyabr, 2019, 460 səh.

Monoqrafiya və dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  • "Şamaxının Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət" (Bakı-2014, 70x100 1/32, 536 səh.);
  • "Dədə Qorqud" ünvanında sözüm" (kitaba müəllifin mart 2015–2017-ci illərdə qələmə aldığı elmi məqalə və resenziyalarından müəyyən qismi daxil edilmişdir). Bakı-ADPU-2018;
  • "Heydər Əliyev: xalqının, dövlətinin qürur ünvanı". Bakı-"Ulu"-2019;
  • Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… dövlətinin hamisi". Dərs vəsaiti. Bakı — 2019. 102 səh.
  • Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… dövlətinin hamisi". Dərs vəsaiti. Türkiyə. LAP LAMBERT Akademik Publishing — 2019. 92 səh.
  • Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı. 1980-ci il;
  • "Ədalət" qəzetinin xüsusi mükafatı. Hərbi mövzuda yazdığı məqalələrə görə. 1994-cü il;
  • "İlin alimi — İlin ziyalısı" diplomu. "Əsrin ziyalıları" Xeyriyyə İctimai Birliyi. 2012-ci il;
  • "İlhamlı Azərbaycan". "Qafqaz-Media" İB-nin diplomu. 2019-cu il
  1. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011

2. Müasir Azərbaycan yazıçıları. Soraq kitabçası. Nurlar nəşriyyat-poliqrafiya Mərkəzi. Bakı-2004