Ay müqaviləsi

Dövlətlərin Ay və digər göy cisimləri üzərindəki fəaliyyətlərini tənzimləyən Saziş, yaxud digər adı ilə Ay Sazişi, Ay Müqaviləsi və ya Ay Konvensiyası, bütün səma cisimlərindəki (göy cisimlərinin orbitində olanlar da daxil olmaqla) yurisdiksiyanı beynəlxalq ictimaiyyətin səlahiyyətinə verən beynəlxalq bir konvensiyadır. Bu obyektlər üzərindəki bütün fəaliyyətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquqa uyğun olmalıdır.

Ay müqaviləsi
Dövlətlərin Ay və digər göy cisimləri üzərindəki fəaliyyətlərini tənzimləyən Saziş
İmzalanma tarixi 18 dekabr 1979
İmzalanma yeri Nyu-York
ABŞ
Qüvvəyə minməsi 11 iyul 1984
Dilləri ingilis dili, fransız dili, rus dili, ispan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Müqaviləni ratifikasiya edən və imzalayan dövlətlər
  Tərəflər
  İmzalayanlar
  Tərəf olmayanlar

Praktik olaraq insanlı kosmik uçuş proqramı olan və ya bununla bağlı planları olan ölkələr tərəfindən təsdiqlənmədiyi üçün uğursuz bir konvensiyadır.