Aya-kaka döyüşü

Aya-kaka döyüşü — 24 avqust 1919-cu ildə Aya-Kaka dərəsində, Ayalakab kəndinin yaxınlığında Dargin üsyançılarının Polkovnik Lavrovun başçılıq etdiyi Denikinçilər dəstəsi ilə döyüşü.

Aya-Kaka döyüşü
Tarix 24-25 avqust 1919
Yeri Aya-kaka dərəsi (Dağıstan)
Nəticəsi Denikin könüllü ordusunun məğlubiyyəti
Münaqişə tərəfləri

Könüllü ordu

Üsyançılar (Darginlər)

Komandan(lar)

Polkovnik Lavrov †

Rabadan Nurov
Həmid Nurov

Tərəflərin qüvvəsi

200 əsgər, 6 müxtəlif çaplı silah və 37 pulemyot.

1300 nəfər

İtkilər

1150 ölü[1].

150 ölü[2].

Döyüş öncəsi vəziyyət[redaktə | mənbəni redaktə et]

Yatırılan Dağıstandakı iyul qiyamından sonra, Denikinçilər yerli əhalini soymağa başlayır. xalq bundan bərk qəzəblənir və əlverişli bir an gözləyir. Denikiçilər insanlardan bütün silahlarını yerə qoymasını tələb edir, lakin insanlar köhnə və yararsız silahlardan əl çəkmir. İnsanlar silahların gizlədilməsi üçün son tarixdən məharətlə istifadə edir. Bunu anlayan denikinçilər, müddətin bitməsini gözləmədən axtarışa başlayır. Ancaq bu erkən axtarış heç bir nəticə vermir. Denikinçilər zinət əşyalarını, gümüş sikkələri və gümüş əşyaları götürür. Bütün bunlar dağlıları silahlı müqavimətə sövq edir[3].

Ağ Kazaklar cəmiyyətə hər cür vergi tətbiq edir, üstəlik vergilərin ödənilməsi üçün 2–3 saat müddət verir. Muxtarın vaxtı yoxdusa, cəzalandırılır. Denikin ordusu Mekeqi kəndində dayanır, dəstələri üçün yemək istənilir. İçki alınır və mal-qara kəsdirilir. Mekeqinlilərin narazılığı hər keçən gün artır. Denikinin himayəçisi Xəlilov Denikin ordusu üçün əsgər tələb etməsi vəziyyəti daha da kəskinləşdirir. Mekeqi kəndindən 30 nəfər tələb edilir. Könüllülərisə olmur. Püşk atmaq qərarına gəlinir, amma yenə də imtina edilir və partizan həyatı yaşamaq üçün dağlara çəkilirlər. Denikinçilər təhdidlə dolu məktub göndərməyə başlayırlar. Bu təhdidlərin dağlılara heç bir təsiri olmur və onlar da insanları orduya aparılmasından imtina edirlər. Bundan sonra Ağ Qvardiyaçılar cəza dəstəsi göndərmək qərarına gəlir[4].

Döyüş[redaktə | mənbəni redaktə et]

23 avqustda Deşlaqar istiqamətində kəşfiyyata göndərilən bir qrup atlı polkovnik Lavrovun başçılıq etdiyi Ağ Qvardiya dəstəsinin Mekeqi kəndinə doğru hərəkət etdiyini bildirir. Mekeqinlilər müqavimətə fəal hazırlaşmağa başlayır. Döyüşün ilk günündə altı yüz döyüşçüsü olan , Deqvin Mekeqililərə köməyə gəlir. Yuxarı və Aşağı Mulebka dəstələri Deqvinlərlə birləşir. Xocal-Maxin dəstəsi də Şamx-Dubur istiqamətindən yaxınlaşaraq düşmənin arxasına keçir. Akuşinlər ilk gün Denikinçiləri əsəbiləşdirən pulemyotçu Basarla Abdulla ilə birlikdə gəlirlər. 24 avqust 1919-cu ildə, Mekeqi yaxınlığında Aya-kaka dərəsində döyüş baş verir. Uraxi və Vanaşimaxi kəndlərindən olan üsyançılar, polkovnik Lavrov dəstəsinin arxasındakı yüksəkliyi ələ keçirərək arabalarına atəş açırlar. Döyüş 24 avqustan 25 avqusta qədər, iki gün davam edir. Döyüşün ikinci günündə Sudaxar, Mugi, Akuşa, Ubeki, Kuppa, Levaşi, Kutiş, Çuni və Əli-Hacı Akuşinskinin muridlərindən olan milislər üsyançıların köməyinə gəlir. Denikinin dəstəsi mühasirəyə alınır. Onların geri çəkilmək üçün etdiyi bütün cəhdlər uğursuz olur. Bu döyüşdə Denikinin könüllü ordusunun demək olar ki, bütün dəstəsi məhv edilir. Bu döyüş Dağıstanda vətəndaş müharibəsi gedişatında dönüş nöqtəsi olur[5]. Bir çox kazak yalnız qaçaraq canlarını qurtarmağa çalışır. Dargin milisləri atla onları yaxalayaraq qılıncla başlarını kəsirlər. Kazaklar Deşlaqara qədər qovulur. Ağ Qvardiya dəstəsindən yalnız 50-yə yaxın şəxs xilas ola bilir. Bu döyüşdə Denikin ordusunun baş komandanı polkovnik Lavrov da öldürülür[6].

Təsirləri[redaktə | mənbəni redaktə et]

Aya-kakadakı döyüş üsyançıların qələbəsi ilə başa çatır. Demək olar ki, silahsız döyüşə girən üsyançılar, düşmənin atdığı tüfəng, pulemyot və hətta topları əldə edir. Dargin milisləri bir müddət sonra Deşlaqarı da azad edirlər.

Aya-kaka döyüşü Rusiyanın cənubunda Vətəndaş müharibəsi zamanı partizan hərəkatı tarixində ən böyük döyüşlərdən biri olur. Bu qələbə bütün üsyançı qüvvələrin səfərbər edilməsində mühüm rol oynayır və Denikin ordusu ilə sonrakı döyüşlərin gedişatında iz buraxır[7].

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Aya-kaka dərəsindəki döyüşdə şəhid olan dağlıların xatirəsinə bir abidə ucaldılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  2. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  3. Arsen Abdusalamov. "И вся долина превратилась в обнаженный кинжал. Аякакинское сражение". Село Мекеги (rus). 2017-01-04. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  4. "Народы Дагестана :: Статья "О незабываемом подвиге горцев"". www.narodidagestana.ru. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  5. "Они защищали честь и свободу Дагестана". Dagpravda.ru. 2019-08-23. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  6. Арсланбеков Б.М. Мекеги исторический очерк. — С. 157.
  7. "Деникинщина.Сражение в ущелье Ая-Кака. - 24 Апреля 2015 - Блог - Мои Первомайцы". dargon17.ucoz.ru. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.