Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır. Könüllü ordunun özəyini, sonradan diviziyaya çevrilən və adla tanınan dörd alay təşkil edir (Kornilov, Alekseyev, Markov, Drozdov). İyunun sonunda Könüllü ordu (8-9 min) 2-ci Kuban yürüşünü başlayır. Kuban kazaklarının ona qoşulması nəticəsində 1918-ci ilin sentyabrında 30-35 minə çatan Könüllü ordu, 1918-ci ilin sonunda demək olar ki bütün Şimali Qafqazı tutur və Qafqaz könüllü ordusu adlanmağa başlayır. 1918-ci ilin payızından Antanta Könüllü orduya hərtərəfli köməyini gücləndirir və onun dəstəyi ilə bolşeviklərə qarşı vuruşan qüvvələr Denikinin başçılığı altında Cənubi Rusiyanın Silahlı Qüvvələri kimi birləşir. 1919-cu ilin yanvarında iki hissəyə bölünür: (əsasən kubanlı kazaklardan ibarət)və Çariçin istiqamətində hərəkət edən qüvvələr P.N.Vrangelin komandanlığı altında Qafqaz ordusunda birləşmişdilər, Donbasda - general May-Mayevskinin komandanlığı altında isə bilavasitə Könüllü ordunun özü. Mayın sonuna doğru Könüllü ordu Donbası, iyunun 25-də isə Xarkovu tutdu. Denikin qoşunlarının Moskva üzərinə 3 iyul 1919-cu ildə başlanan yürüşündə 40 minlik Könüllü ordu Kursk-Oryol istiqamətində əsas zərbəni endirirdi. Oryolu tutaraq Tula və Moskva üçün təhlükə törətdi. Lakin Sovet respublikasının Cənub cəbhəsinin əks-hucumu nəticəsində Könüllü ordunun əsas hissələri böyük itkilər verdilər. Onun döyüş bacarığı azaldı, zabit heyəti xüsusi ilə itkiyə məruz qalmışdı. Könüllü ordu Kursk, Xarkov, Donbas, Rostovu tərk etməli oldu, onun qalıqları Şimali Qafqaza çəkildilər. Burada 1920-ci ilin əvvəlində general A.P.Kutepovun başçılığı altında Könüllü korpus (5 min) kimi yenidən təşkil olundu. Sovet qoşunlarının Qafqaz cəbhəsinin zərbələri altında, korpus 1920-ci il martın sonunda Novorossiyskdən Krıma evakuasiya oldu və orada general Vrangelin ordusunun tərkibinə qatıldı.
Könüllü ordu | |
---|---|
Ölkə | |
Daxildir | Ağ ordu |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |