Ayaq göbələyi

Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir.

Ayaq göbələyi
XBT-10 B35.3
XBT-10-KM B35.3
XBT-9 110.4
XBT-9-KM 110.4[1][2]
DiseasesDB 13122
MedlinePlus 000875
MeSH D014008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.

Xəstəliyin əlamətləri

[redaktə | mənbəni redaktə et]
  • Dözülməz dərəcədə qaşınma.
  • Ayağın formasında hiss olunan dəyişikliklər.
  • Ayaqda səpkilər və onların sulanması.

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.

Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar. Ən təsirli və çox istifadə olunan mazlar isə aşağıdakılardır:

  • Itraconazole (İtrakanazol)
  • Fluconazole (Difloks)
  • Terbinafine (Lamisil)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.