Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər.
Ayaqyalın məhəbbət | |
---|---|
Janr | komediya |
Rejissor | Boris Svetlov |
Baş rollarda |
A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin |
Operator | Qriqori Lemberq |
İstehsalçı | "Filma" Səhmdar Cəmiyyəti |
İlk baxış tarixi | 15 iyun 1916 |
Filmin digər adı | Bakıda hadisə |
Filmin növü | qısametrajlı bədii film |
Ölkə | Rusiya imperiyası |
Dil | səssiz |
Texniki məlumatlar | 2 hissə |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir.[1]