Ayaz Həsənov

Ayaz Binyət oğlu Həsənov (1 aprel 1972, Şamaxı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi (2017–2021).

Ayaz Həsənov
20 iyun 2017 – 23 iyul 2021
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1972(1972-04-01) (52 yaş)
Doğum yeri
Hərbi xidmət
Xidmət illəri 1989—hal-hazırda
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rəhbərlik edib
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-leytenant

Təltifləri "Zəfər" ordeni — 2020 "Azərbaycan Bayrağı" ordeni — 2007 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 "Vətən uğrunda" medalı — 2008 "İgidliyə görə" medalı — 2008 "Hərbi xidmətlərə görə" medalı — 2003 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həsənov Ayaz Binyət oğlu 1 aprel 1972-ci ildə Şamaxı rayonunda anadan olub. 1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə fərqlənmə ilə, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını fərqlənmə ilə bitirib.

Müxtəlif vaxtlarda Hava desant hazırlığı, Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirmişdir. Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak edib

Ailəlidir. 2 övladı var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1993-cü ildən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi vəzifələrində xidmət edib.

2003-cü il iyunun 24-də Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

2007-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

2012-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və "general-mayor" ali hərbi rütbəsi verilib.

2013-cü il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunub.

2017-ci il iyunun 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2018-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parada komandanlıq edib.

2020-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Həsənov "Zəfər" ordeni ilə təltif edilib.