4-cü Ordu Korpusu — Bakı korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir.[4] Hal-hazırda korpusa general-mayor Münasib Babayev rəhbərlik edir.
4-cü Ordu Korpusu | |
---|---|
Növü | Motoatıcı |
Yaranma tarixi | 1992 |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Quru Qoşunları |
Qərargah | Bakı |
Ləqəbi | Bakı korpusu |
Komandanlıq | |
Komandir | Münasib Babayev |
Məşhur komandirləri |
Korpus üç motoatıcı briqadadan ibarətdir. Digər hərbi korpuslardan fərqli olaraq, korpusun rolu əsasən strateji ehtiyat kimi xidmət etməkdir. Nəticə baxımından Quru Qoşunlarında olan ən kiçik korpusdur. 3-cü Ordu Korpusu kimi 1-ci Ordu Korpusu sıralarını doldurmaq üçün istifadə edilir.[5] 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan ehtiyatda olanlar səfərbər edilərək 4-cü korpusdan cəbhə xətti boyunca altı əlavə motoatıcı briqadası düzəldilir.[6][7] Azadlıq meydanında keçirilən 2020-ci il Bakı Qələbə Paradında korpus polkovnik İlham Məmmədovun rəhbərlik etdiyi bir parad kontingenti ilə təmsil olunmuşdur.[8]