Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli — Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru.[1]
Aybəniz Əliyeva |
---|
|
Doğum tarixi |
6 iyun 1947(1947-06-06) (77 yaş) |
Doğum yeri |
|
Elm sahəsi |
filologiya |
Elmi dərəcəsi |
filologyia elmləri doktoru |
İş yeri |
AMEA |
Təhsili |
Azərbaycan Dövlət Universiteti Kitabxanaçılıq fakültəsini |
Aybəniz Əliyeva-Kəngərli 1946-cı il iyun ayının 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Filologiya elmləri doktorudur. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Beynəlxalq Elmi Araşdırılmalar Jurnalının redaksiya heyətinin üzvüdür. Rus dilini bilir."
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində işləmişdir.
Ailəlidir, 2 qız övladı var.
- 1968–2002-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində çalışıb.
- 1992-ci ildə "Azərbaycan nağıllarında qadın obrazı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
- 1996–2014-cü illərdə"Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası" nın üzvü olub.
- 2002–2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışıb.
- 2003–2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının "Elmi əsərləri" məcmuəsinin baş redaktoru olub.
- 2003-cü ildən V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasının nəşri olan"Milli Elmlər Akademiyaları kitabxanaları: fəaliyyət problemləri, inkişaf meylləri" elmi-nəzəri məcmuənin beynəlxalq redaksiya heyətinin üzvüdür.
- 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- 2009–2014-cü illərdə Azərbaycanda "Kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiya" üzrə Problem Şurasının sədri olub.
- 2009-cu ildən "Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal"ının redaksiya heyətinin üzvüdür (BDU).
- 2009-cu ildən "Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri jurnalı"n redaksiya heyətinin üzvüdür (BDU).
- 2009–2013-cü illərdə "Beynəlxalq Elmi Araşdırılmalar Jurnalı"nın redaksiya heyətinin üzvü olub.
- 2010-cu ildə "Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri" adlı doktorluq dissertasiyasını müdafiə edib.
- Bəşəriyyət qadınla yüksələcək. Bakı, Elm,2001,146 s.
- Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar. Bakı, Elm,2007,394 s.
- Azərbaycan folkloru və kitab mədəniyyəti: monoqrafiya. Bakı, Elm,2008, 339 s.
- Heydər Əliyev və Azərbaycan elmi: biblioqrafik göstərici. 2010.
- Azərbaycan folkloru: biblioqrafik göstərici. Bakı, Elm,2010.
- Milli-mənəvi dəyərlərimiz: yaradanlar və yaşadanlar. Bakı, Proqres,2012,581 s.
- Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyinin elmi biblioqrafik göstəricisi. 2 cilddə. I cild, Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2013, 632 s.
- Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyinin elmi biblioqrafik göstəricisi. 2 cilddə. II cild, Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2013,752 s.
- Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında xidmətlərinə görə Azərbaycan MEA-nın Fəxri fərmanı (2006, 2010)
- D. S. Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən "Milli Kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə" diplom (2011)
- KİV-in Həmkarlar Birliyinin "Xalqın nüfuzlu ziyalısı" diplomu ilə təltif olunub (2012)