A. Əlibalayev 1975-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorudur. Orta təhsillidir. A. Əlibalayev 31 ildir ki, fasiləsiz olaraq işləyir. Bu illər ərzində müxtəlif səpgili 200ğ yaxın obraz yaratmışdır. Yüksək templi səsə və plastikaya malikdir. Oynadığı rollardan bəziləri: G. Xudayev "Arvadımın əri" – Kazbek, Şekspir "Kral Lir" – Kent, S. Rəhman "Aşnalar" – Qənbər, Anar "Adamın adamı" -Mərd Mazarov, İ. Coşqun "Komsomol poeması" -S. Vurğun, Hidayət "Məni qınamayın" -Salahov və sairə. Kollektivlə birlikdə Kubada, Moskvada, Qazanda, Yoşkar-Olada, Daşkənddə qastrol səfərlərində iştirak etmişdir.
Aydın Əlibalayev | |
---|---|
Doğum tarixi | 1950 |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Dəfələrlə pul mükafatı almış və fəxri-fərmanlarla təltif olunmuşdur. Salahov roluna görə A. Əlibalayev 2001-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Aktyor və ya aktrisa ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |