Yaddaş (film, 2010)

Yaddaş — rejissor Vahid Mustafayevin filmi.

Yaddaş
Janr döyüş
müharibə
dram
Rejissor Vahid Mustafayev
Ssenari müəllifi Vahid Mustafayev (Vahid Naxış kimi)
Baş rollarda Şövqi Hüseynov
Pərviz Məmmədrzayev
Anar Heybətov
İlqar Musayev
Operator Yuri Varnovski
Rəssam Şahin Həsənli
İstehsalçı Bakıfilm
İlk baxış tarixi 13 oktyabr 2010[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 108 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2010[2]
Rəng rəngli
Çəkiliş yeri Bakı

Birinci Qarabağ müharibəsinin başlanğıcı… Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür…

19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür…

Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır.

Filmin həm də 5 seriyadan ibarət teleserial variantı mövcuddur.[3][4][5]

Film "Xatirələri yaşadan ən yaxşı film" nominasiyası üzrə qalib olub.[6]

Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı.

Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur.

Kinorejissor Eldar Quliyev filmlə bağlı müsahibəsində qeyd edir:[7]

" Vahid Mustafayevə bu mövzu üzərində işlədiyinə görə təşəkkürümü bildirirəm. O, bizim hisslərimizi, fikirlərimizi gələcək nəsillərə çatdırmaq istəyir. Filmin finalı mənə çox təsir etdi. Qəhrəman sonra balaca uşaqlarla görüşür. O, həyatını onlara qurban verib. Ona görə də uşaqlar onun içərisindən keçirlər. Bu çox gözəl finaldır. Burada bir poetik səhifə var. Filmin nə ilə qurtaracağını çox gözləyirdim. Belə sonluğa çox sevindim.
"

2017-ci ildə Balans Studiyası tərəfindən Vahid Mustafayevin BakıFilm Kinostudiyası ANS TV ilə birlikdə çəkdiyi Yaddaş Bədii Filmini yenidən yaradıb. Filmin süjet xəttində bir sıra dəyişikliklər edilib, ölçüsü Balans Studiyasının DVS Texnologiyası vasitəsi Full HD (1920x1080) formatına çevrilib, Tam şəkildə Rəng Korreksiyası və Ayarlamaları işlənilib və səs Dolbi Digital 5.1 formatında hazırlanıb.[8][9]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi)
Quruluşçu rejissor: Vahid Mustafayev
Quruluşçu operatorlar: Yuri Varnovski, Əli Sultanov, Hikmət Əsgərov
Quruluşçu rəssam: Şahin Həsənli
Bəstəkar: Yaşar Baxış
Səs rejissoru: Uğur Səfərov
Montaj edən: Elşad Rəhimov
İcraçı prodüser: Elman Əsədullayev (Elman Höccətoğlu kimi)
Baş redaktor: Mailə Muradxanlı
Baş prodüser: Vaqif Əsədullayev
Məsləhətçi: Mirşahin Ağayev
Redaktor: Kamran Qasımov
Səhnələrə məsul: Adil Azay, Rövşən Ağayev, Anar Almazov
Operator yardımçıları: Pərvin Cavadov, Anton Varnovski
Tərtibatçılar: İbrahim Əminov, Natiq Şəkərəliyev
Arabaçılar: Qabil Yəhyayev, Etibar Həbibov, Ramiz Nağıyev, Muxtar Hüseynov
Kran ustası: Emin Yəhyayev
İşıqçılar: Şəmsi Qədirov, Rövşən Vahabov, Rəhman Əhmədov
Elektrik: Rauf Məmmədov
Bummen: Əli Bayramov
Xüsusi effektlər: Əlibala Məmmədov
Rəng tənzimləyicisi: Mahir Rəhimov
Kompüter qrafikası: İqrar Əşrəfzadə, [[Kamil Kərimov
Arşınmalçı: Səfurə Manafova
Sürməçi: İlqar Cəfərov
Mətn düzümü: Abbas Qəhrəmanov, Aydın Əliyev, Gülnarə Zülalova
Radio-diktorlar: Sabir Ələsgərov, Mətanət Əlverdiyeva
İstehsalat əlaqələndiricisi: Asif Qəhrəmanov
İnzibatçı: Elvin Nəbiyev
Texnik: Nicat Nərimanov
Ərzaq təminatı: Fərahim Məmmədov
Sürücülər: Firuz Zeynalov, Həzi Abuzərov, Vidadi Zeynalov, Rəşid Əliyev
Ofis əməkdaşları: Afizə Babayeva, Lalə Mahmudova, Gözəl Şirinova
Şövqi Hüseynov – Azər
Pərviz Məmmədrzayev – Həsən
Anar Heybətov – Hüseyn
İlqar Musayev – Əli
Rada Nəsibova – Arzu
Yuri Baliyev – mayor
Məhərrəm Musayev – taksi sürücüsü
Nəcibə Hüseynova – Nərgiz xala
Aydın Əlibalayev – Zeynal kişi
Məsumə Babayeva – Fatma xala
Xanlar Həşimzadə – Müslüm
Samir Alməmmədov – Dumbulu
Nemət Ağabalayev – Natı
Xəyal Abbaszadə – yeniyetmə oğlan
Nicat Abbaszadə – Veysəl
Sovqat Səmədova – qoca qadın
Çingiz Novruzəliyev – qoca kişi
Ulduz Şükürova – yeniyetmə qız
Lalə Məmmədova – körpə uşaqlı ana
Xəyalə Əliyeva – tibb bacısı
Rəşadə Məmmədova – tibb bacısı
Turanə Məmmədova – tibb bacısı
Əhməd Salahov – baş həkim
Natəvan Ələkbərova – qeydiyyat şöbəsindəki qız
Məzahir Cəlilov – bərbər
Yaroslav Trifonov – serjant Qraçov
Anton Varnovski – rus zabiti
Aleksandr Saprıgin – rus zabiti
Rəşadət Sadıqov – Surik
Akif Yusifov – Samvel
Asif Qəhrəmanov – Aşot
Habil Dadaşov – erməni yaraqlısı
Oqtay Əhmədov – saqqallı erməni (Oktay Əhmədov kimi)
Abdulla Şamilov
Afaq Abdullayev
Azər Məmmədov
Cabir Süleymanov
Eldar Yəhyayev
Eldar Bədəlov
Elvin Nəbiyev
Elxan Yusifov
Fərrux Nəcəfov
Fərhad Məmmədov
Fətəli Nəcəfov
Fikrət Əliheydərov
Heydər Səlimov
Hakim Həsənov
Xəzər Əhmədov
İbrahim Abdullayev
İdrak Nəcəfov
İsmayıl Bayramov
Mahir Laçınov
Mahrux Məcidova
Mahirə Xəlilova
Mahirə Əfəndiyeva
Məhəbbət Abbasova
Musa Əliyev
Murad Bəkirov
Mühiddin Məhyəddinov
Nadir Əhmədov
Nəriman Feyzullayev
Orxan Şükürov
Pirəli Əkbərov
Sadıq Məmmədov
Saleh Məmmədov
Samir Babayev
Samir Rəsulov
Səfər Süleymanov
Suriyyə Əkbərova
Tariyel Abdullayev
Təbriz Əliheydərov
Toğrul İdrisov
Turan İsmayılzadə
Vasif Aydınlı
Vasif Sədiyev
Zaur Adıgözəlov

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
ANS Şirkətlər Qrupu
ANS Müstəqil Yayım və Media Şirkəti
ANS ÇM Müstəqil Yayım Şirkəti
"All Star" şirkəti
VMF şirkəti
"ANS-Kommers" şirkəti
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Xüsusi Dövlət Mühafizə Xidməti
Bakı Şəhər İcra Hakimiyyəti
Şəki rayon İcra Hakimiyyəti

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Aidə Əliyeva
İlqar Taniyev
Azay Kərimov
İlham Əliyev
Azər İbrahimov
İsrafil İsrafilov
Azər Muxtarov
Kamal Bayramov
Cavanşir Tağıyev
Kəmaləddin Heydərov
Eyvaz İdrisov
Qadir Məmmədov
Elyar Muradov
Mikayıl Həsənov
Ədalət Hacıyev
Misir Mərdanov
Ələkbər Əsgərov
Murad Cabbarlı
Fazil Cəfərov
Mübariz Həmidov
Fəxri Mustafayev
Nadir Əzməmmədov
Gülnarə İbadova
Oqtay Şirəliyev
Habil Əbdülkərimov
Ramil Usubov
Hacıbala Abutalıbov
Sevda Həsənova
Hikmət Həsənov
Şahin Əzizov
Xamis Muradov
Tərlan Bədirov
İqbal Qarayev
Vaqif Axundov
Zakir Həsənov
  1. Lalə Yusifqızı. ""Yaddaş" filminə ictimai baxış keçirilib" (az.). lent.az. 2010-10-14. İstifadə tarixi: 2018-08-27.[ölü keçid]
  2. "Haqqımızda". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  3. "Yaddaş" filmi ANS TV-də yayımlanacaqdır
  4. Filmin teleserial formatının treyleri
  5. ""Yaddaş" filmi ANS TV-də…". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  6. Mükafatların təqdim olunma mərasimi keçirilib: "Xatirələri yaşadan ən yaxşı film nominasiyası" üzrə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissoru olduğu "Yaddaş" filmi qalib olub //Azad Azərbaycan.- 2008.- 11 may.- S. 8. [https://web.archive.org/web/20220904162905/http://anl.az/down/medeniyyet2008/may/medeniyyet2008_may_510.htm Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine anl.az]
  7. Bədəlov, N. "Bizim kino" [Vahid Mustafayevin "Yaddaş" filmi haqqında] //ANS TV.- 2016.- 14 may.
  8. YADDAŞ TANITIM FHD
  9. "YADDASH" REMEYK 2017 TRAILER FHD
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  • "Yaddaş" ekranlarımızda: [Vahid Mustafayevin eyni adlı filminin ekrana çıxması ilə əlaqədar] //İqtisadiyyat.- 2011.- 26 yanvar.- 3 fevral.- S. 8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]