Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri.
Aydın Ağdaşlı | |
---|---|
Ağdaşlı Aydın Məmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri |
|
Həyat yoldaşları | Şöhrə Ağdaşlı (1972–1979), Firuzə Atari (1981-indi) |
Uşaqları | Tara, Təkin (Firuzə Atari ilə evliliyindən) |
Atası | Məmməd Ağdaşlı |
Anası | Nahidə Ağdaşlı |
Təhsili | |
Fəaliyyəti | rəssam, qrafik dizayner, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi.
İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı. 1977-ci ildə Tehranda Rza Abbasi Muzeyinin qurulmasında köməkçi oldu və 1979-cu ilə qədər də muzeydə başçılıq etdi.[1] İran İnqilabı sonrasında rəsmi vəzifələri əlindən alınıb və Xomeyni rejiminin təhdidi altında yaşamağa başlamışdır. 1989-cu ilə qədər xaricə çıxışına qadağan gətirilmişdir.[2]