Aydın Balayev

Aydın Hüseynağa oğlu Balayev (19 noyabr 1956, Bakı7 dekabr 2021) — Azərbaycanlı tarixçi, etnoloq, tarix elmləri doktoru, professor.

Aydın Balayev
Doğum tarixi 19 noyabr 1956(1956-11-19)
Doğum yeri
Vəfat tarixi 7 dekabr 2021(2021-12-07) (65 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Aydın Balayevin məzarı

Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlamışdır. 1988-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq işini müdafiə etmişdir.[1]

Vəfatına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin baş elmi işçisi olub.[1].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aydın Balayevin Azərbaycan etnoqrafiya elminin inkişafında müstəsna rolu olmuşdur. Tədqiqat işlərinin nəticələri tərtib etdiyi elmi hesabatlarda, 100-ə yaxın elmi əsərdə, bir neçə monoqrafiyada öz əksini tapmışdır.[1].

  1. 1917–1918-ci illərdə Azərbaycan İstiqlal Hərəkatı (Bakı, 1998)
  2. XIX–XX əsrlərdə etnolinqvistik proseslər (Bakı, 2005)
  3. Fevral inqilabı və Milli nailiyyətlər (2008, Moskva)
  4. Мамед Эмин Расулзаде (1884–1955) (Москва, 2009) [1]
  5. Azərbaycan Türkləri: Milli Şüur prosesləri (Bakı, 2010)
  6. Məmməd Əmin Rəsulzadə 1884-1955 (Bakı- 2012) [2]
  7. Əhməd bəy Ağaoğlu (Bakı-2021)
  1. 1 2 3 "Tanınmış tarixçi alim Aydın Balayev vəfat edib". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]