Aydın Xanhüseyn oğlu Həsənov (7 noyabr 1942, Astarxanbazar – 15 sentyabr 2017, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Aydın Həsənov | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 67 saylı Cəlilabad şəhər |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Malik Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 15 sentyabr 2017 (74 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
Aydın Həsənov 7 noyabr 1942 tarixində Cəlilabad şəhərində anadan olmuşdur. O, Bakı Ali Hərbi Ümumqoşun Məktəbi və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
Aydın Həsənov 1961-ci ildən Cəlilabad Rayon Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1969-cu ildən Biləsuvar rayonunda hərbi komissarın köməkçisi, Hərbi Komissarlığın şöbə rəisi işləmişdir. 1974-cü ildən Sabirabad Rayon Hərbi Komissarlığında şöbə rəisi, 1978-ci ildən Ağsu rayonunun, 1980-ci ildən Şamaxı rayonunun hərbi komissarı olmuşdur. 1987-ci ildən Azərbaycan Respublikasının Hərbi Komissarlığında 2-ci şöbənin və Respublika toplanış məntəqəsinin rəisi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun şöbə prokuroru, 1995–1997-ci illərdə Respublika toplanış məntəqəsinin rəisi vəzifələrində çalışmışdır.
Evli idi, 3 övladı var.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var