Malik Həsənov

Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, VVI çağırış deputatı.[1][2]

Malik Həsənov
Vəzifədədir
2010-cu ildən
Seçki dairəsi2010, 2005, 2020 — 67 saylı Cəlilabad şəhər
ƏvvəlkiAydın Həsənov
Şəxsi məlumatlar
Doğum adı Malik Əvəz oğlu Həsənov
Doğum tarixi 15 fevral 1971(1971-02-15) (53 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, müəllim, mühasib

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir.

1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir.

Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikasının Milli Məclisi IV, VVI çağırış deputatı seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az (az.)
  2. "Həsənov Malik Əvəz oğlu". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  3. "https://qaynarinfo.az/az/azerbaycanda-qohum-olan-memur-ve-deputatlar-siyahi/". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  4. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.