Aydın Rəcəbov

Aydın Məhəmməd-Ağa (Məmmədağa) oğlu Rəcəbov (9 aprel 1944, Bakı) — xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri, Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Aydın Rəcəbov
Doğum tarixi (80 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti xalçaçı, rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2021 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2006 "Soltan Məhəmməd" mükafatı — 2007

Aydın Rəcəbov 9 aprel 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və həmin il Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. İkinci kursdan M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun xalça kafedrasında təhsilini davam etdirmiş və buradan 1972-ci ildə məzun olmuşdur.[1]

Rəssam 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü, 1991-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü seçilmişdir. O, 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunmuşdur.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aydın Rəcəbov xalçaçı-rəssam Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsidir.[3] Bununla yanaşı o, öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış və yaradıcılığını ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslandırmışdır.[2] Onun xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tutur. Rəssamın bu qəbildən olan əsərlərinə "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və başqaları daxildir.[4]

Bundan əlavə, "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Günəş gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca", "Mücərrəd Qımıl", "Dünya ağacı və ya badam ağacı", "Simurq", "Faytonçu", "Həmsöhbət kişilər" kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur.[5]

Aydın Rəcəbovun 2005-ci ildə BakıdaStokholmda fərdi sərgiləri keçirilmişdir.[5]

O, respublika və beynəlxalq sərgilərində müəllifi olduğu xalçaları ilə iştirak etmişdir. Xalçaçı rəssamın əsərləri Azərbaycan muzeylərində və Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Qaliboğlu, E. "Azərbaycan xalçasının dünyada analoqu yoxdur" ("Xalq Cəbhəsi" qəzeti). Azərbaycan Milli Kitabxanası. 15 mart 2008. 18 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2020.
  2. 1 2 3 "Aydın Rəcəbovun 70 illik yubileyinə həsr olunmuş fərdi sərgi". museumcenter.az. iyun 2014. 18 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2020.
  3. Mədəniyyət TV. "Azərbaycan xalça sənətində bənzərsiz yeri olan Xalq rəssamı Aydın Rəcəbov 80 yaşını qeyd edib" (az.). Youtube.com. 22.04.2024. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  4. "Əməkdar Rəssam Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi açılmışdır". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 3 iyun 2014. 18 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2020.
  5. 1 2 Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 105–106.
  6. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  7. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2020.