İsmayıl xan Ziyadxanov

İsmayıl xan Ziyadxanov və ya İsmayıl xan Ziyadxanlı (15 avqust 1867, Yelizavetpol, Tiflis quberniyası1920, Gəncə) — Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.

İsmayıl xan Ziyadxanov
6 noyabr 1918 – 26 dekabr 1918
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəməd bəy Mehmandarov
26 dekabr 1918 – ?
ƏvvəlkiAdil xan Ziyadxanov
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906
Seçki dairəsiYelizavetpol quberniyası
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1867(1867-08-15)
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk Ədəmi-Mərkəziyyət Firqəsinin və "Müdafiə" təşkilatının qurucularındandır. Mart soyqırımı dövründə Şamaxı və Göyçay qəzalarında daşnak qüvvələrinə qarşı mübarizə aparıb. 1918-ci ilin sentyabr ayında başlamış Qarabağ hərəkatında iştirak edib. Aprel işğalından sonra bolşeviklər tərəfindən məhkəməsiz güllələnib.

İsmayıl xan Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. Çar ordusununAzərbaycan Cümhuriyyəti Ordusunun zabiti olmuş Şahverdi xan ZiyadxanınAzərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olmuş Adil xan Ziyadxanovun qardaşıdır.

Çar Rusiyası dövründə

[redaktə | mənbəni redaktə et]

İsmayıl xan Ziyadxanov 1867-ci il avqustun 15-də Gəncə şəhərində anadan olub.[1] İlk təhsilini Gəncə Kişi Gimnaziyasında alıb, daha sonra isə Moskva İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.[2][3] Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləməyə başlayıb.[1] 1904-cü ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olub.

1906-cı ildə İsmayıl xan Yelizavetpol quberniyasından Rusiya imperiyası I Dövlət Dumasına seçilib.[4][5] O Dumaya seçilən 5 azərbaycanlı deputatdan biri olub.[6] Burada o, dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub.[1][7] Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, Rusiyanın azərbaycanlılara qarşı münasibətini kəskin tənqid edib.[8][9] İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib.[10] İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların Vıborq bəyannaməsini imzaladığına görə Dumaya seçilmək hüququndan məhrum edilməklə üç aylıq həbs cəzasına məhkum olunub.[11][12] Həbsini 3 ay Şəki həbsxanasında çəkib.[13]

İsmayıl xan Ziyadxanov tələbəlik illərində XIX əsrin sonları

1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınıb.[14][15] 1907-ci ilin may ayında isə İsmayıl xanın rəhbərliyi ilə məqsədi, müsəlmanlar arasında maarif və mədəniyyəti yaymaq, hüququ qorumaq, ədaləti və vicdanı tapdalayanların hamısını cəzalandırmaq olan, "Müdafiə" təşkilatı yaradılıb.[14][16]

Birinci Dünya Müharibəsi dövründə rus komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini artırmaq məqsədilə Azərbaycandan da əsgər cəlb etməyi və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməklə bağlı qərar verir.[17] Bu qərara mane olmaq üçün Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Ələkbər bəy Rəfibəylidən ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz general-qubernatoru ilə danışıqlar aparırlar.[17][18] Nəticədə, azərbaycanlıların orduya məcburi qaydada deyil, könüllü cəlb edilməsi qərara alınır.[18]

1917-ci il Rusiya Fevral inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib.[19] Həmin dövrdə Gəncə şəhərinin asayişi onun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.[20][21] 1917-ci ildə yaradılmış "Türk Ədəmi-Mərkəziyyət Firqəsi"nin qurucularındandır.[21]

1918-ci il martın 18-də Stepan Lalayevin başçılğı altında daşnaklar Şamaxını mühasirəyə alaraq hücum ediblər.[22] Burada minlərlə sivil insanı öldürüb, evləri yandırıb, tarixi abidələri dağıdıblar. Lalayevin əsgərləri uşaqları və qocaları öldürüb, qadınları zorlayıb binaların eyvanlarından atırdılar. Şəhərin məscidlərində gizlənən qadınları və uşaqları məscidləri yandıraraq öldürürdülər.[22][23] Bölgədəki insanlara kömək etmək məqsədilə 1918-ci il martın 28-də İsmayıl xan Gəncədə topladığı 500 nəfərlik süvari dəstəsi ilə Şamaxıya gələrək şəhəri molokan və erməni silahlılarından təmizləyib.[24][25] Şəhəri tərk edən erməni dəstələri Mədrəsə kəndinə qaçırlar. İsmayıl xan onları kəndə qədər qovub daha sonra burada mühasirəyə alır.[26] Kəndin ətrafında baş vermiş döyüşdən sonra erməni dəstələri Mədrəsə kəndini də tərk edərək malakanların yaşadıqları Qozluçay kəndinə qaçırlar.[26][27]

Azərbaycan Cümhuriyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin may ayının 28-də Azərbaycan Cümhuriyyətində yaradılan ilk kabinetdə müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Xosrov bəy bu vəzifəni iyunun 11-dək daşıyıb. Həmin il oktyabrın 6-dan dekabrın 26-na qədər isə hərbi işlər üzrə məsələlər İsmayıl xan Ziyadxanova tapşırılıb.[28][29][30] Azərbaycan Cümhuriyyəti ordusunda podpolkovnik rütbəsini daşıyıb.[31] Azərbaycan Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil, daha sonra isə Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib.[32][33]

1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[34] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb.[35] Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi.[36] Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib və 1918-ci il oktyabrın 8-də Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənib.[37] Bu döyüşlərdə Azərbaycan hökumətinin müvəkkili İsmayıl xan Ziyadxanov da iştirak edib.[38][39]

1919-cu il martın 25-də Qacar dövləti ilə danışıqlar aparmaq üçün Azərbaycan Cümhuriyyəti tərəfindən Tehrana göndərilmiş Fövqəladə diplomatik missiyaya rəhbərlik edib.[40][41] Onlara Azərbaycan Cümhuriyyətinin Tehranda, Təbrizdə, Rəştdə, Məşhəddə diplomatik nümayəndəliklərinin açılması haqda[42], ticarət, poçt-teleqraf, gömrük, həmçinin dəniz, dəmir və avtomobil yollarına dair gələcək konvensiyaların bağlanması üçün ümumi müddəaların hazırlanması və sərhəd xətlərinin qorunması üçün qarşıqlılı tədbirlərin görülməsi haqda ilkin danışıqlar aparmaq tapşırığı verilib.[43][44] 1919-cu il iyunun 4-də İsmayıl xan Ziyadxanov ilə Qacarlar dövlətinin XİN-nin nümayəndəsi Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı.[45] Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və Qacarlar dövlətinin bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırıldı.[33][46]

İsmayıl xan Ziyadxanovun öldürülməsi ilə bağlı müxtəlif fikirlər mövcudur. Ənvər Çingizoğlu yazdığı "İsmayıl xan Ziyadxanov" monoqrafiyasında qeyd edib ki, Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra İsmayıl xan Qırmızı Ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnib.[33] 1920-ci il mayın 5-i Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə isə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilib.[33][47] İltifat Əliyarlı və Tahir Behbudova görə isə İsmayıl xan Ziyadxanov Aprel işğalına qarşı Gəncədə baş vermiş, Gəncə üsyanından sonra həbs olunaraq XI Qızıl Ordunun Siyasi İdarəsinin Xüsusi Şöbəsinin rəisi, Semyon Pankratovun əmri ilə 1920-ci il iyun ayının 6-da Nargin adasında güllələnib.[48]

İsmayıl xan Ziyadxanlı gənclik illərində XIX əsrin sonları

Atası Əbülfət ağa Ziyadxanov 1843-cü ildə doğulub və Cavad xanın nəvəsidir.[49] Əbülfət ağa, Bəhmən mirzə Qovanlı-Qacarın qızı Azərhümayun xanım Qovanlı-Qacar ilə ailə qurub[50] və bu evlilikdən, İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları dünyaya gəlib.[50]

İsmayıl xan Ziyadxanov Naxçıvan xanlığının sonuncu xanı Ehsan xan Kəngərlinin nəvəsi, polkovnik Əmanulla xan NaxçıvanskiXurşidbanu Natəvanın qızı şairə Xanbikə xanımın qızı Sənubər Naxçıvanski ilə ailə qurub.[51] Bu evlilikdən Əbülfət xan, Cavad xan, Məleykə və Xurşid adlı övladları dünyaya gəlib.[51]

İsmayıl xan Ziyadxanovun ortancıl qardaşı Şahverdi xan Ziyadxan, Çar OrdusununAzərbaycan Cümhuriyyəti Ordusunun zabiti olub.[52][53] Kiçik qardaşı Adil xan Ziyadxanov isə Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olub.[54][55]

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İsmayıl xan Ziyadxanovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.[56]

Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra Gəncə şəhərinin küçələrindən birinə İsmayıl Xan Ziyadxanovun adı verilib və Adil xan Ziyadxanovun mülkünün divarına İsmayıl xan Ziyadxanovun barelyefi quraşdırılıb. Bu mülkdə 1972-ci ildən Gəncə Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.[57][58]

2014-cü ildə Qubada tikilmiş və Mart soyqırımına həsr olunmuş Quba Soyqırımı Memorial Kompleksində Şamaxı qəzası ilə bağlı olan bölmədə İsmayıl Xan Ziyadxanovun fotoları və o dövrdə daşnaklara qarşı apardığı mübarizə haqqında məlumatlar qeyd olunub.[59]

2021-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə müəllifləri Ənvər Çingizoğlu və Aydın Ziyadxanlı olan, "İsmayıl xan Ziyadxanov" adlı monoqrafiya çap olunub.[60]

  1. 1 2 3 Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 38.
  2. Mahmudov, Yaqub. "Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi". Xalq Qəzeti (ingilis). 2016-05-31. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  3. Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab (PDF). Bakı: Mütərcim. 2018. səh. 86.
  4. Боиович, Милан Михайлович. Члены Государственной думы : (портреты и биографии) : Первый созыв, 1906-1911 г. (rus). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 455. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  5. "Азербайджанцы - депутаты в Государственной Думе России 4-х созывов". ourbaku.com. 2011-01-30. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  6. Seyidzadə, Dilarə. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar (PDF) (az.). Bakı: Ulduz Poliqrafiya Servisi. 1998. 99. 2024-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 26. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  8. Tarixi vә millimәnәvi dәyәrlәr kontekstindә. Azərbaycan Milli Kimliyi (PDF) (az.). Bakı. 2014. 337. Archived from the original on 2019-08-19. İstifadə tarixi: 2024-05-08.
  9. Baykara, Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi (az.). Bakı: Azərnəşr. 1992. 126. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  10. Seyidzadə, Dilarə. Азербайджанские депутаты в Государственной Думе России (rus). Bakı: Azərnəşr. 1991. 37. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  11. Seyidzadə, Dilarə. Азербайджанские депутаты в Государственной Думе России (rus). Bakı: Azərnəşr. 1991. 40. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  12. Rüstəmova-Tohidi, Solmaz. "Azərbaycan Parlamenti necə yarandı". Azərbaycan qəzeti. 2013-12-05. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  13. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 63.
  14. 1 2 Seyidzadə, Dilarə. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar (PDF) (az.). Bakı: Ulduz Poliqrafiya Servisi. 1998. 94. 2024-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  15. Əzizov, Eldar. Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri (PDF) (az.). Bakı. 2009. 56. Archived from the original on 2014-06-29. İstifadə tarixi: 2024-05-08.
  16. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 73.
  17. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 302. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  18. 1 2 Fərhadov, Əli. Azərbaycan Birinci Dünya müharibəsi dövründə. Elmi məqalələr toplusu (PDF) (az.). Bakı: Ziya nəşriyyatı. 2014. 165. 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  19. Əfəndiyev, Timuçin. "Şərəfli nəslin təmsilçiləri". 525-ci qəzet. 2022-10-17. Archived from the original on 2022-10-17. İstifadə tarixi: 2024-05-07.
  20. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 148. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  21. 1 2 Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 78.
  22. 1 2 Baberovski, Yorq. Враг есть везде. Сталинизм на Кавказе (rus). Moskva: Российская политическая энциклопедия. 2010. 136. ISBN 978-5-8243-1435-9.
  23. Rüstəmova-Tohidi, Solmaz. Азербайджанские погромы в Шемахе. 1918 год. (На основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики) (rus). Moskva: Столица. 2016. 179. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  24. Mirzəliyev, Məmməd. "Cavad xanın nəticələri-Ziyadxanov qardaşları". Hüriyyət qəzeti. 2019-06-29. səh. 14. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  25. "Cümhuriyyət fədailəri: Ziyadxanovlar". Milli.Az (az.). 2012-09-27. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  26. 1 2 Rüstəmova-Tohidi, Solmaz. Азербайджанские погромы в Шемахе. 1918 год. (На основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики) (rus). Moskva: Столица. 2016. 176. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  27. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 81.
  28. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 66. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  29. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 102.
  30. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов) (PDF) (rus). Bakı: Azərnəşr. 1998. 331. 2024-05-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  31. Nəzirli, Şəmistan. Güllələnmiş Azərbaycan generalları (PDF) (az.). Bakı. 2016. 22. 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  32. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 149. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  33. 1 2 3 4 Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 39.
  34. Yaqublu, Nəsiman. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF) (az.). Bakı: Ol nəşriyyatı. 2013. səh. 32. ISBN 978-9952-484-53-3. 2023-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24.
  35. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 106. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  36. Rıhtım, Mehmet; Süleymanov, Mehman. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu (az.). Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 214. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  37. Süleymanov, Mehman. Nuru paşa və silahdaşları (az.). Bakı. 2014. səh. 137. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  38. Süleymanov, Mehman. Nuru paşa və silahdaşları (az.). Bakı. 2014. səh. 138. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  39. Çingizoğlu, Ənvər; Ziyadxanlı, Aydın. İsmayıl xan Ziyadxanov (az.). Bakı: Mütərcim nəşriyyatı. 2021. 99.
  40. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2020. 135. 2022-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  41. Азербайджанская Демократическая Республика (1918—1920). Внешняя политика. (Документы и материалы) (PDF) (rus). Bakı: Azərbaycan nəşriyyatı. 1998. 150. 2024-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  42. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 201. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  43. Göyüşov, Altay. "1919-cu ildə Azərbaycan Cümhuriyyətinin İrana ilk Diplomatik Missiyasının hesabatı". Baku Research Institute (az.). 2022-01-05. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  44. Hikmət, Ramil. "Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları". www.anl.az. 525-ci qəzet. 2016-11-18. səh. 4. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  45. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli (az.). Gəncə: Elm nəşriyyatı. 2020. 136. ISBN 5-8066-1638-4. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  46. "Əliyev M, İsmayıl xan Ziyadxanov, "Odlar yurdu" qəzeti. 1990, № l4; Seyidzadə D.". (#cite_web_url); (#accessdate_missing_url)
  47. "Зиядханов Исмаил-хан Абульфат-ага оглы (1867)". ru.openlist.wik. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  48. Əliyarlı, İltifat; Behbudov, Tahir. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 (az.). Bakı: Mütərcim. 2013. 356. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  49. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli (az.). Gəncə: Elm nəşriyyatı. 2020. 133. ISBN 5-8066-1638-4. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  50. 1 2 Mirzəliyev, Məmməd. "Cavad xanın nəticələri-Ziyadxanov qardaşları". Hüriyyət qəzeti. 2019-06-25. səh. 14. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  51. 1 2 "Самый опасный человек для советской власти в Азербайджане" (rus). 2019-05-01. 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  52. Список ротмистрам армейской кавалерии по старшинству. Составлен по 15 сентября 1916 г. Sankt-Peterburq: Военная типография. 1916. səh. 18. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  53. Atamalı Şahbazov. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: ноябрь 1918 - май 1919 (PDF). I. Bakı: Maarif nəşriyyatı. 2018. səh. 148. ISBN 978-9952-445-20-12. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
  54. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 150. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  55. "ZİYADHAN, Âdil Han - TDV İslâm Ansiklopedisi". web.archive.org. 2019-07-06. Archived from the original on 2019-07-06. İstifadə tarixi: 2024-05-07.
  56. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
  57. Hacıyev, Rauf. "Gəncə Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir-bərpa işlərinə başlanıb". AzərTac. 2020-01-14. İstifadə tarixi: 2024-05-13.
  58. "Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi". mct.az. İstifadə tarixi: 2024-05-13.
  59. "Muzeydə Şamaxı qəzasına aid bölmədə İsmayıl Xan Ziyadxanovun foto-şəkili və fəaliyyəti haqqında məlumat ziyarətçilərə təqdim olunur". Quba Soyqırımı Memorial Kompleksi (az.). 2020-07-30. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  60. ""İsmayil xan Ziyadxanov" adlı monoqrafiya çap olunub". science.gov.az (az.). 2021-09-28. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]