Aydınlanma səyahəti (kitab)

Aydınlanma səyahətiCeylan Mumoğlunun 2016-cı ildə Bakıda nəşr olunmuş ilk kitabı.

Aydınlanma səyahəti
Kitabın II nəşri
Kitabın II nəşri
Müəllif Ceylan Mumoğlu
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2016
Seriya Kitabsevərlər. 12-ci kitab (2016)
Nəşriyyat Kitabsevərlər (2016)
Platanus Publishing (2020)
Səhifə 316 (2016)
247 (2020)
ISBN ISBN 978-9952-8142-6-2 (2016)
ISBN 9786257121910 (2020)
ISBN 9038577438576 (2021)
Kitabın 2016-cı il nəşrinin üz qabığı (Arkadiy Pankeviç)

Kitab 14 avqust 2016-cı ildə təqdim edilib. Kitabın təqdimatı "Kitabevim.az" kitab evində keçirilib. Tədbirdə müəllifin dostları, qələm yoldaşları, media nümayəndələri, eləcə də oxucular iştirak edib, öz ürək sözlərini bölüşüblər.[1]

"Aydınlanma səyahəti" insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub"- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib.[2]

Bu kitab Kitabsevərlər qrupu və qadin.net saytının birgə işi, müəllifin isə ilk kitabı olaraq çapa hazırlanıb.[1][3]

Kitab 2-ci dəfə 2020-ci ildə Türkiyədə Platanus Publishing tərəfindən 247 səhifədə təkrar nəşr edilib.[4]

  1. 1 2 Cavid Qədir. ""Aydınlanma səyahəti" təqdim edildi" (az.)). 525.az. 2016-08-16. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  2. "Aydınlanma səyahəti" (az.)). ceylanmumoglu.com. 2018-11-01. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  3. ""Aydınlanma səyahəti" işıq üzü gördü" (az.)). 525.az. 2016-07-17. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  4. Aydınlanma Seyahati — (2. Baskı)[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]