Aygün Mübariz (tam adı:Qurbanova Aygün Mübariz qızı;1979, Bakı) — Azərbaycan Respublikası əməkdar artisti[1]
Aygün Zeynalova | |
---|---|
Doğum tarixi | 1979 |
Doğum yeri |
Zeynalova Aygün Mübariz qızı 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə "The British Council Training Centre"- ində təhsili yüksək balla, 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin bakalavr, 1998-2000-ci illərdə həmin Universitetin magistratura pillələrini "fərqlənmə diplomu" ilə bitirmişdir. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycanın Xalq artisti, prof. Xuraman Qasımovanın "solo oxuma" sinfini yüksək qiymətlərlə bitirmişdir. Üzəyir Hacıbəyovun "Arşın mal alan" operettasında baş rol – Gülçöhrə obrazını özünəməxsus ustalıqla yaratmışdır. 2007-ci ildə SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və gənc vokalçının ifası onun tərəfindən yüksək qiymətləndirilmişdir.
3 övladı var.
2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışır. Bülbül adına orta ixtisas Musiqi məktəbində dərs deyir.[2]
2006-cı ildə Avstiyanın Vyana şəhərində keçiriləcək vokalçıların Beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə Juri nümayəndəsi tərəfindən Bakıda dinlənilib, bəyənilərək "25th International Hans Gabor Belvedere Singing Competition" II turunda iştirak etməyə dəvət almışdı, lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.
2007-ci ildə A.Zeynalova Bül-bül adına "Vokalçıların IV Beynəlxalq müsabiqəsində" iştirak etmiş, nüfuzlu münsiflər heyəti onun ifasını çox saylı iştirakçılar arasından fərqləndirərək, çox bəyənmiş, laureat adına layiq görülmüşdür.
2007-ci ildə Fransada Parisdə - Senatda solo-konsert proqramı ilə parlaq ifası Elit auditoriya tərəfindən böyük diqqət və hərarətlə qarşılanmışdır.