Aykun

Aykun - türk mifologiyasında güc tanrısı. Digər adı Aykoyun Xandır. Gücü və qüvvəti simvolizə edər. İqtidar, nüfuz anlayışlarını ehtiva edər. Qoyun Türk mədəniyyətində gücün simvollarından biridir. Əslində sakit və itaətli bir heyvan olan qoyunun bu şəkildə qəbul edilməsi bir neçə səbəbdən ola bilər. Əvvəlcə qoçun buynuzlarının olması. Çünki buynuz güc simvoludur. İkinci olaraq nə qədər çox qoyuna sahib olunsa o qədər varlı hesab edilmənin, başqa sözlə o qədər çox nüfuzlu olmağın anlaşılması. Bir başqa görüşə görə də qoyunun rənginin əksəriyyətlə ağ olub (nadir olaraq da qara), bu səbəblə bu rənglərin iqtidar və nüfuzu vurğulaması və bunun da altşüurda müəyyən fikirlərin oyanması.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Aykun: Ay və Kun (insan və ya qoyun). Akhun (Ağ-Kun), Ağqoyunlu, Qaraqoyunlu kimi dövlət adları həmişə Kun (Qoyun) ekiyle əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

- Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.