Ağqoyunlu

Ağqoyunlular (az.-əski. آغ‌قویونلولار‎) (fars. آق‌ قویونلو‎, translit. Āq Quyūnlū) (türk. Ak Koyunlu) və ya Bayandurlular — 1378–1503-ci illərdə şərqi Anadolunu, Azərbaycanıİranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.[13]

Konfederativ sultanlıq
Ağqoyunlular
آق قویونلو
Bayanduriyyə[1]
Bayraq Gerb
Bayraq Gerb
Ağqoyunlular Uzun Həsənin dövründə (1477)
Ağqoyunlular Uzun Həsənin dövründə (1477)
 
 
 
1378 — 1501

Paytaxt

Diyarbəkir[2]
(1401–1468)
Təbriz[3]
(1468–1501)

Bağdad
(1500–1503)
Ən böyük şəhər Ərzurum, İrəvan, Naxçıvan, Kərkük
Dilləri fars dili, Azərbaycan dili
Rəsmi dilləri Azərbaycan türkcəsi (sülalə, poeziya dili, ordu dili)[4][5][6][7]
fars (rəsmi məhkəmə, poeziya dili)[8][9]
Dövlət dini İslam (Sünni)[10]
Valyuta Təngə
İdarəetmə forması Mütləq monarxiya
Dövlət başçıları
Bəy
 • 1340–1362 Turəli bəy (ilk)
 • 1444–1451 Cahangir bəy (son)
Sultan[11] , Padşah[12]
 • 1451–1477 Sultan Həsən (ilk)
 • 1499–1503 Sultan Murad (son)
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.[14]

Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.[15]

Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan XəlilSultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[16]

Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[2] 1503-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra[17] Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.

Bayandur sülaləsinin mənşəyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: Bayandur eliBayandur (tayfa)

Ağqoyunlular hələ erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu , Qərbi İran, DəcləFərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar.[18]

Ağqoyunlular Oğuzların Bayandur boyuna mənsub idilər. Adları türkdilli qaynaqlarda "Bayandur xan oğlanları", farsdilli qaynaqlarda isə "Bayanduriyyə" olaraq verilir.[19] Qədim türk dilində "Bayandur" sözü "Daim nemətlə dolu olan yer" mənasına gəlir.Bayandur adı, Oğuz xanın oğullarından Göy xanın ən böyük oğlu Bayandurdan gəlir. Ağqoyunlular özlərini Bayandur xanın nəslindən sayırdılar.

Həmzə bəy dövründə Bayandur damğası, Ağqoyunlu sikkələrinin üzərinə vurulurdu. Uzun Həsən və xələfləri dövründə Bayandur damğası yenə dövlətin əlaməti olaraq sikkələrin üzərinə vurulurdu. Ağqoyunlu bayrağı və yazılarda da bu damğadan istifadə olunurdu.[20] Bayandurların damğası budur:[21]

Quruluş dövrü

[redaktə | mənbəni redaktə et]

Turəli bəy (1340–1362)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əlaəddin Turəli bəy

Ağqoyunlu dövlətinin ilk tarixi şəxsiyyəti Əlaəddin Turəli bəydir. Elxani hökmdarı Əbu Səidin ölümündən sonra dövləti ara müharibələri və feodal çıxışları bürüdü. Sutayoğulları və Çobanilər hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu mübarizədə Ağqoyunlular Mosul və Diyarbəkirdə hakimiyyət quran Sutayoğullarının, Qaraqoyunlular isə İraqdakı Cəlarilərin tabeliyində idilər. Sutayoğulları bu mübarizədə məğlub oldular və Mosulla, Diyarbəkiri itirdilər. Turəli bəy bundan sonra Mardində hökm sürən Artuqoğulları ilə ittifaq qurdu.[22]

Turəli bəy dövründə Ağqoyunluların Trabzon ilə əlaqələri yaxşı deyildi. 1340-cı Turəli bəyin başçılığı ilə Ağqoyunlular Trabzon yaxınlığında bir yaylaqda yerləşmişdilər. Bu vaxt Trabzon dövlətinin ordusu hücuma keçərək Ağqoyunluların heyvanlarını ələ keçirmiş, bir qismini isə öldürmüşdü.Buna cavab olaraq Ağqoyunlular 1341-ci böyük ordu ilə Trabzona hücum edərək qarşılarına çıxan ordunu məğlub etdilər və yaxşı qənimətlə geri döndülər.[23] 1348-ci ildə Əlaəddin Turəli bəy, Ərzincan hakimi Qiyasəddinahi Ayna bəy və Bayburt hakimi Mahmud Riqabdar birləşərək Trabzonu mühasirəyə aldılar. Ancaq buranı tuta bilmədilər və geri qayıtdılar.[24]

Lakin müttəfiqlər imperator III Alexiosun gözünü qorxurda bildilər. Türkmanlardan çəkinən III Alexios 1352-ci ildə bacısını Turəli bəyin oğlu və xələfi Qutlu bəylə evləndirərək nikah diplomatiyasına əl atdı.[25]

Qutlu bəy (1362–1389)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fəxrəddin Qutlu bəy

Turəli bəydən sonra Fəxrəddin ləqəbini daşıyan Qutlu bəy Ağqoyunluların hökmdarı oldu. Fəxrəddin Qutlu bəyi dindar və səmimi bir hökmdar olaraq təsvir edən Əbu Bəkr Tehrani, Kitab-i Diyarbəkriyyə əsərində onun Axısqanı ələ keçirdiyini və böyük qənimətlə geri döndüyünü yazır.[26]

Qutlu bəyin dövründə Ağqoyunlular, Ərzincan hakimi Müdahhardən, Ərətnalılar, Qazi BürhanəddinMəmlüklər arasındakı mübarizələrdə fəal rol oynadılar.

Ərətna hökmdar Əlaəddin Əli bəyin 1380-ci ildə ölməsindən sonra hakimiyyət onun az yaşlı oğlu gəldi. Əslində isə dövləti vəzir Qazi Bürhanəddin idarə edirdi. Bir müddət sonra isə Qazi Bürhanəddin Sivasda özünü müstəqil hakim elan etdi.

Qazi Bürhanəddinin qüvvətlənməsindən narahat olan Ağqoyunlu-Müddahardən ittifaqı, Qutlu bəyin oğlu Əhməd bəyi Sivasa hücuma göndərdi. Əhməd bəy, əvvəlcə Qazi Bürhanəddinin komandirlərindən olan Yusif bəyi məğlub edərək öldürsə də,[27] Qazinin böyük qoşunla Sivasa yaxınlaşdığını xəbər tutduqdan sonra mühasirədən əl çəkib geri çəkildi.

1387-ci ildə Məmlüklərin Malatya hakimi Mintaş, mərkəzi hakimiyyətə qarşı çıxdı və Qazi Bürhanəddindən yardım istədi. Bunun qarşılığında Malatyanı Qazi Bürhanəddinə təklif etdi.[28] Bu zaman Əhməd bəy Bürhanəddinin hüzuruna gələrək Ağqoyunluların tabeliyini bildirdi və Malatya yürüşünə qatıldı.[29]

Lakin nə Ağqoyunlular, nə də Qazi Bürhanəddin bu yürüşdən heçnə əldə edə bilmədilər. Əlavə olaraq Məmlüklərin də düşmənliyini qazandılar.1389-cu ildə Qutlu bəy vəfat etdi.[30] O, Bayburtda dəfn edildi.

Əhməd bəy (1389–1403)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əhməd bəy Bayandur

Fəxrəddin Qutlu bəyin ölümündən sonra hakimiyyətə oğlu Əhməd bəy gəldi. Əhməd bəyin dövründə Müdahhardən ilə ittifaq pozuldu. Bunun səbəbi isə Ərzincan əmiri Müdahhardənin Qutlu bəyin ölümündən istifadə edərək, Ağqoyunlulara hücumlara başlaması idi. Lakin Əhməd bəyin əks hücumu ilə geri otuzduruldu.[31][32]

Bu məğlubiyyətdən sonra Müdahhardən Qaraqoyunlu Qara Məhəmməddən kömək istədi. Bu istəyi qəbul edən Qara Məhəmməd, Ağqoyunlulara qarşı hücuma keçərək Əhməd bəyi ağır məğlubiyyətə uğratdı.[33] Qaraqoyunluların güclü rəqib olduğunu başa düşən Əhməd bəy Qazi Bürhanəddin bəy ilə ittifaq yaratdı.[34]

1386-cı ildə Əhməd bəyə qarşı üsyan qaldıran[35] Osman bəy, Əhməd bəydən ayrılaraq Kəmax qalasına hücuma keçdi. Qazi Bürhanəddin qoşunu ilə Kəmaxa gəlib Osman bəyin qarşısını kəsdi və onu geri oturtdu.Sonradan Osman bəy Qazi Bürhanəddin ilə sülh bağladı.[36]

1396-cı ildə Qara Yuluq Osman bəy Qazi Bürhanəddinin də köməyi ilə Əhməd bəyi hakimiyyətdən saldı[37] və faktiki olaraq Ağqoyunluların başçısı oldu. Əhməd bəy 1403-cü ildə Paluda vəfat etdi.

Bəylik dövrü

[redaktə | mənbəni redaktə et]
Hasankeyf, Ağqoyunlu dövlətinin ilkin əraziləri.

Qara Yuluq Osman bəy (1403–1435)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qara Yuluq Osman bəy

Ağqoyunlu bəyliyinin ən böyük və güclü hökmdarlarından biri də Qara Yuluq Osman bəy olmuşdur (və yaxud Osman bəy). 1353-cü ildə Fəxrəddin Qutlu bəyin Trabzon İmperatorunun qızı Mariyadan olan oğludur. Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər.

Əmir Teymur və Qazi Bürhanəddin ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Bir müddət sonra Qazi Bürhanəddin ilə Osman bəy arasında ittifaq pozuldu. Dövrün mənbələri bu müharibəni bir cür işıqlandırmır, səbəbini müxtəlif cür yazırlar. Sivas yaxınlığında hər iki ordu üzləşdi. Qəfil hücuma keçən Qara Yuluq Osman bəy, Qazi Bürhanəddini məğlub etdi. Qazi Bürhanəddin döyüşdə öldürüldü.[38][39][40][41]

Qazi Bürhanəddinin ölümündən sonra əyanlar onun oğlu Əlaəddin Əli Çələbini hökmdar elan etdilər. Qarışıqlıqlardan istifadə edən Osman bəy Sivası mühasirəyə aldı.[42] Sivaslılar şəhərin alınmasından sonra şəhərin qarət edilməsindən qorxdular, bu səbəbdən Osmanlılardan kömək istədilər. Osmanlı sultanı İldırım Bəyazid, büyük oğlu Süleyman Çələbini böyük ordu ilə Sivasa göndərdi. Osman bəy döyüşdə məğlub oldu. Beləliklə, Qazi Bürhanəddinin torpaqlarının çoxu Osmanlıların əlinə keçdi.[43]

Qara Yuluq Osman bəy Müdahhardənin vasitəçiliyi ilə 1399-ci ildə Əmir Teymurun Qarabağdakı qışlağına gedərək, ona tabeliyini bildirdi.[44][45] 1400-cü ildə yenidən Teymurun hüzuruna gedən Osman bəy onun Anadoluya olan yürüşlərində iştirak etdi. Ağqoyunlu qüvvələrinin başçılıq etdiyi Teymuri ordusu əvvəl Sivası sonra isə, ƏlbistanMalatyanı tutdu.[46][47] Əmir Teymur,Qara Yuluq Osman bəyin xidmətlərinə qarşılıq olaraq Malatyanı ona verdi.[48]

Teymurun Məmlüklərə qarşı yürüşündə iştirak edən Ağqoyunlular, HələbŞam yaxınlığında olan döyüşlərdə xüsusilə fərqləndilər. Əmir Teymur, 1401-ci ildə Diyarbəkiri(Amidi) Osman bəyə verdi.[49][50][51] 1401-ci ildə Qara Yuluq Osman bəy Əmir Teymurun əmri ilə Artuqlu hakimiyyətində olan Mardin qalasını mühasirəyə aldı. Mardin Osman bəydən aslı vəziyyətə düşdü.

Əmir Teymurun 1402-ci ildə Anadoluya II yürüşü zamanı Qara Yuluq Osman bəy qardaşları ilə yenidən Əmir Teymurun ordusuna qatıldı.[52] 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazid ilə Əmir Teymurun arasında baş verən Ankara döyüşündə, Ağqoyunlu qüvvələri Teymuri qoşunun mərkəzində yer almışdılar.Bu döyüşdə Teymurilər Osmanlılara qalib gəldilər və İldırım Bəyazid əsir alındı.

Məmlüklərlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Məmlük hökmdarı Sultan Fərəc, 1405–1406-cı illərdə Əmir Çəkəmi Hələbə hakim təyin etdi və Tripolinin idarə edilməsini ona tapşırdı. Sultan olmaq niyyətində olan Əmir Çəkəm Sultan Fərəcə qarşı üsyan qaldırdı. Dəməşq hakimi Şeyxi məğlub edərək Suriyanı ələ keçirdi. 1407-ci ildə Sultan Fərəc Əmir Çəkəmin üzərinə qoşunla gəlsə də, heç bir uğur qazana bilmədi. 1407-ci ilin mart-aprel aylarında Əmir Çəkəm "əl-Məlik əl-Adil" ləqəbi götürərək özünü sultan elan etdi.[53][54][55][56] Fəratdan, Qəzzəyə qədər olan torpaqlarda öz adına sikkə vurdurdu. Divriğ, Malatya Hələb, Şam, Humus, Hama və Trablus torpaqlarını özünə tabe etmişdi.[57]

Əmir Çəkəm Məmlük ordularını məğlub etdikdən sonra şimala irəliləməyə can atırdı. Əmir Çəkəmin məqsədi şimaldakı strateji əhəmiyyətli Ağqoyunlu ərazilərini ələ keçirmək və oradan başqa dövlətlərin ərazisinə soxulmaq idi. Bunun üçün bəhanə axtaran Əmir Çəkəm, Mardin hökmdarı əz-Zahir ilə Osman bəy arasında olan münaqişədən istifadə etdi. Osman bəyin qarşısında duruş gətirə bilməyəcəklərini başa düşən Mardin hökmdarı əz-Zahir və kürdlər Əmir Çəkəmdən kömək istədilər.Əmir Çəkəm bu təklifi qəbul etdi. Hərəkətə keçən Əmir Çəkəm Birəciyi tutdu, şəhər hakimi Gözəli öldürdü.[58][59] Qara Yuluq Osman bəy Əmir Çəkəmə sülh təklif etsə də, Çəkəm bunu qəbul etmədi.

Əmir Çəkəm Mardinə dogru irəlilədi şəhərin yaxınlığında Xarzəm[a][60] adlı ərazidə baş vermiş döyüşdə Osman bəy məğlub oldu.Oğlu İbrahim döyüşdə öldürüldü. Ibrahimin ölümündən[61][62][63][64] sonra Osman bəy Diyarbəkir qalasına çəkildi. Qalanı qorumaq üçün ətrafda bataqlıqlar yaradan Osman bəy Əmir Çəkəmin süvarilərini geri oturtdu. Əmir Çəkəm özü palçıqda ilişib qaldı və Türkman(Ağqoyunlu) əsgərləri palçığa ilişən Əmir Çəkəmi daşlayaraq öldürdülər. Döyüşdə məğlub olan Çəkəm ordusu böyük sərkərdələrini də itirdi.[65][66]

Bu döyüşdə Qara Yuluq Osman bəy, oğlu İbrahimi itirsə də böyük bir qələbəyə imza atdı. Bu qələbədən sonra Osman bəy Ağqoyunlulara qatılmış Döğərli oğuz tayfası ilə 1408-ci ildə Ruha[b] şəhərini tutdu.[67]

1426-cı ildə Osman bəy Malatyaya hücumlar etməyə başlamışdı. Osman bəyin Malatya yaxınlığında çoxlu sayda Məmlük əsgərini öldürdüyü xəbər sultana çatdıqda sultan, Ağqoyunlulara qarşı yürüş etməyi qərar verdi.[68] Bu yürüşə Əmir-i Kəbir Yaşbək əl-Ərəc, Əmir Özbək əd-Dəvadar və s. kimi sərkərdələr başçılıq edirdilər. Amma sonradan bu yürüş ləğv edildi. Osman bəy Ərzincan və ətrafını sonra isə, Bayburtu tutdu.

Osman bəyin 1429-cu ildə Məmlüklərdən aslı vəziyyətdə olan Zülqədəroğulları bəyliyinə hücum edərək Harputu tutması Ağqoyunlu-Məmlük münasibətlərini müharibə vəziyyətinə gətirib çıxartdı.[69][70] Məmlük sultanı Barsbay, 1429-cu ildə Əmir Tanrıvermişin başçılığı ilə Ruhaya qoşun göndərdi. Məmlük ordusu şəhəri ələ keçirdi, Aynal əl-Əcrud şəhərə hakim təyin edildi. Məmlükərin bu yürüşü Ağqoyunluların sərhədyanı bölgələrə yürüşlərinin qarşısını ala bilmədi və tezliklə Ruha yenidən Ağqoyunluların əlinə keçdi.

1432 ilin martında Osman bəy Mardini Qaraqoyunlu hakimi Nasirəddindən alaraq ən böyük qalibiyyətlərindən birini qazandı.[71][72] Buranın idarəsini oğlu Həmzə bəyə verdi. Həmzə bəy həmin ildə Məmlük dövlətinə tabe olan Heysəmi(Haytam) tutdu. Buranın əhalisini Mardinə köçürdü.[73] Qara Yuluq Osman bəy Barsbayın hücuma keçməməsi üçün dostluq mənasında, Mardin qalasının açarlarını sultana göndərdi.[74][75]

Lakin Barsbay, 1433-cü ildə Ağqoyunluları darmadağın etmək üçün böyük və yaxşı silahlanmış ordu göndərdi.[76] Ruhanı tutan Məmlük ordusu bir həftə sonra Diyarbəkiri mühasirəyə aldı.[77][78] Qara Yuluq Osman bəy Diyarbəkirin müdafiəsi üçün qüvvə qoyaraq özü Ərgani qalasına çəkildi və tez-tez qaladan çıxaraq Məmlük ordusuna zərbə vurmağa başladı.Sultan Barsbay həm Diyarbəkir, həm də Ərgani qalalarındakı Ağqoyunlu qüvvələrinə qarşı iki cəbhədə mübarizə aparmağa məcbur oldu. Pis vəziyyətdə qalan Barsbay, Osman bəyin sülh təklifini qəbul etdi. Müqaviləyə görə Məmlük dövləti, Ağqoyunluların Ərməniyyə[c] və Diyarbəkirdəki hakimiyyətini tanıyırdı, qarşılığında Osman bəy Barsbayın adına xütbə oxutmalı və sikkələrin üzərində Barsbayın da adını vurdurmalı idi. Həmçinin Ağqoyunlular həcc və tacir karvanlarının keçməsini asanlaşdırmalı, Məmlük dövlətinin sərhədlərini pozmamalı idi.[79][80] Ancaq Məmlük sultanı da daxil olmaqla heç kəs Ağqoyunluların bu şərtlərə icra edəcəyinə inanmırdı. Osman bəy tezliklə bu sülhü pozdu.

1434–1435-ci ildə Qara Yuluq Osman bəy əsgər toplayaraq Ruhanı yenidən elə keçirdi və ordusu oğlu Əmir Osmanın başçılığı ilə Malatyaya qədər irəlilədi.[81][82][83]

Qaraqoyunlularla münasibətlər

[redaktə | mənbəni redaktə et]

1409-cu ildə Urfanı tutan Osman bəy Mardinə doğru irəlilədi və şəhəri mühasirəyə aldı. Mardin Artuqluları Osman bəyə müqavimət göstərə bilməyəcəklərini görüb Qara Yusifdən kömək istədilər. Qara Yusif bu təklifi qəbul edərək, Mardinə doğru Ağqoyunlulara qarşı yürüşə çıxdı. 1409-cu ildə baş verən döyüşdə Ağqoyunlular məğlub oldular.[84][85][86][87] Mardin Qaraqoyunluların əlinə keçdi. Bununla da Mardin və ətrafında 3 əsrlik Artuqoğlu hakimiyyətinə son qoyuldu.[88][89]

Qara Yusif 1410-cu ildə Ərzincanı tutdu. Bayburt, Tərcanİspiri də tutan Qara Yusif bu ərazilərə Pir Öməri hakim təyin etdi. Qaraqoyunlulara qarşı müqavimət göstərməyən Osman bəyin əlində Diyarbəkir, UrfaƏrgani şəhərləri qaldı.[90][91] Beləliklə, Qara Yusif Ağqoyunluları hər iki tərəfdən mühasirəyə aldı. Bu mühasirəni qırmaq istəyən Osman bəy Əmir Teymurun sərkərdələrindən olan Şəmsədinin əlində olan Kəmax qalasını tutdu. TeymurilərMəmlüklərdən dəstək alan Osman bəy Qaraqoyunlularla döyüşə davam etdi.

Qaraqoyunlular 1417-ci ildə Ağqoyunlular üzərinə hücuma keçdilər. Qaraqoyunlu ordusu Ağqoyunluları məğlub edərək Malatyaya qədər olan əraziləri qarət etdi. Nəhayət Osman bəylə, Qara Yusif arasında sülh müqaviləsi imzalandı. Osman bəy Savur qalasını Qaraqoyunlulara verdi, bunun əvəzində Qara Yusif Ağqoyunlulara bir milyon dirhəm, 100 at verdi.[92][93][94] Amma, bu sülh müqaviləsi tezliklə pozuldu.

1418-ci ildə, Qara Yuluq Osman bəy, Mardini mühasirəyə aldı ətrafını isə qarət etdi. Qara Yusifə məxsus səkkiz qalanı tutdu, 220 kəndin əhalisini öz torpaqlarına köçürdü.[95][96][97][98] İki Türkman dövlətinin mübarizəsi hər ikisini zəiflədirdi, bu isə Məmlük və Teymuri dövlətlərinə sərf edirdi.[99] Bunu eşidən Qara Yusif Ağqoyunlulara qarşı hücuma keçdi, Diyarbəkir yaxınlığında Osman bəyi məğlub etdi. Osman bəy Məmlük dövlətinin ərazisinə qaçdı. Qara Yusif onu təqib etsə də, tuta bilmədi.

1420-ci ildə Qaraqoyunluların Ərzincan hakimi Pir Ömər, Osman bəyin oğlu Yaqub bəyin hakim olduğu Kəmaxa hücuma keçdi. Kəmax qalası yaxınlığında döyüşdə Yaqub bəy əsir alınaraq Təbrizə göndərildi. Qalanı tuta bilməyən Pir Ömər, Ərzincana geri döndü.[100] Pir Ömər, Osman bəyin hücum edəcəyini bilirdi, buna görə də Qara Yusifdən kömək istədi.[101][102] O, Bayram bəyin başçılığı ilə Pir Ömərə 20 minlik qoşun göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy, bu qoşunun Pir Ömərlə birləşməməsi üçün tələsik Ərzincana hücuma keçdi. Pir Ömər ələ keçirilərək öldürüldü, Osman bəy onun başını Məmlük sultanına göndərdi.[103][104][105][106][107][108] Qara Yusif sevimli sərkərdəsinin ölüm xəbərini etşitdikdə Ağqoyunlulara qarşı hücuma keçmək isdəsə də, Teymuri Sultan Şahruxun hücum xəbəri buna imkan vermədi. Sadəcə olaraq kiçik oğlu Əbu Səidi Ərzincana hakim təyin etməklə kifayətlənməyə məcbur oldu.

Qara Yusifin ölümündən sonra Qaraqoyunlu dövləti zəiflədi. Teymuri Şahrux Azərbaycana hücuma keçdi, Qaraqoyunlu hökmdarı İskəndər Ərzuruma çəkilməyə məcbur oldu.Osman bəyə məktub yazan Teymuri Sultan Şahrux ondan Qara İsgəndərin qarşısını kəsməsini istədi.[101][102] 1435-ci ilin avqustunda Ərzurum yaxınlığında Qaraqoyunlular və onların yollarını kəsən Ağqoyunlular arasında toqquşma oldu.Bu döyüşdə Ağqoyunlular məğlub oldular, 80 yaşlı Osman bəy atdan yıxılaraq öldü. O, Ərzurumda dəfn edildi.

Əli bəy (1435–1438) və Həmzə bəy (1438–1444)

[redaktə | mənbəni redaktə et]

Osman bəyin ölümündən sonra Ağqoyunlu bəyliyində pərakəndəlik yarandı. Belə ki,o müxtəlif ərazilərə öz oğulları və qohumlarını hakim təyin etmişdi. Onun ölümündən sonra hakimlər müstəqilliyə can atır, mərkəzi hakimiyyətlə hesablaşmırdılar. Əli bəy Harputda, böyük oğlu Yaqub bəy Kəmaxda və Hisarda,Həmzə bəy Mardində, Məhəmməd Çəmikəzəkdə, Şeyx Həsən Ərzurumda, Qılıc Arslan Paluda, Piltən Kişıda, Qutlu Bayburtda, Musa isə Tərcana hakim idilər.[109] Cəlaləddin Əli bəy Sultan Şahruxun işə qarışmasıyla Ağqoyunlu hökmdarı oldu.[110] Əli bəy bacısı Xanımı, Teymuri Sultan Şahruxun oğlu Cuki ilə evləndirdi.[111] Beləliklə həm Ağqoyunlu-Teymuri əlaqələrini möhkəmləndirdi, həm də tayfa ittifaqı içində nüfuzunu gücləndirdi. Onun vəliəhdliyi qəbul edildi və ona tabe oldular.[112]

Cəlaləddin Əli bəy Məmlüklərlə əlaqələrin yaxşı olmasını istəyirdi. Buna görə də oğlu Hüseyni Qahirəyə göndərdi. Amma Məmlük sultanı nəinki Hüseyni yaxşı qarşılanmadı, hətta onu həbs etdi.[113][114] Osman bəyin ölümündən sonra baş vermiş qarışıqlıqdan istifadə etməyə çalışan Məmlük sultanı Barsbay, Diyarbəkirə Əli bəyin üzərinə qoşun göndərdi. Məmlük ordusu Diyarbəkiri tuta bilməsə də, Əli bəyin oğlu Cahangir Mirzəni ələ keçirərək paytaxta göndərdi.[115][116][117]

Bu hadisələrdən sonra Əli bəy Yaqub bəy, Şeyx Həsən, Mahmud bəy, Məhəmməd bəy və Pir Əli bəy Harputda şura keçirdilər. Şurada Qaraqoyunlulara qarşı birgə mübarizə və daxili çəkişmələrə son qoymaq qərarı alındı. Lakin şuranın toplanmasının bir nəticəsi olmadı.

Ağqoyunlu şahzadələri daxili çəkişmələrdə Qaraqoyunlulardan da kömək istəyirdilər. Bu fürsəti dəyərləndirən Qara İsgəndər, Ağqoyunlu şahzadəsi Qılıc Arslana kömək edərək, tayfa daxili çəkişməni daha da gücləndirdi. Əli bəy tək qaldı və Qaraqoyunluların hücumları qarşısında Diyarbəkirə çəkildi.[118][119] Qara İsgəndər Ərzurum, Ərzincan bölgələrini qarət etdi.[120][121]

Ərməniyyədə Yaqub, Mardində Həmzə bəy müstəqil hakimlik edərək mərkəzi hakimiyyət ilə hesablaşmırdılar. Ərzurumun da Qaraqoyunlular tərəfindən tutulması, Ağqoyunlular arasında Əli bəyin nüfuzunu getdikcə aşağı salırdı. Bir neçə düşmənlə birgə mübarizə aparmağın çətin olduğunu başa düşən Əli bəy, Məmlükərlə sülh müqaviləsi bağlamaq üçün danışıqlara başladı. Əli bəy, həm də, bu yolla Məmlük əsirliyindəki iki oğlunu geri qaytarmaq istəyirdi. Məmlük sultanı oğullarının qaytarılmasına qarşılıq olaraq vaxtilə Osman bəy tərəfdən ələ keçirilmiş Harputun geri qaytarılmasını istədi.[27] Əli bəy bu şərtlərlə razılaşaraq Harputu Məmlüklərin vassalı Zülqədəroğullarına təhvil verdi.[122][123][124]

Sultan Barsbayla sülh müqaviləsinə başı qarışan Əli bəy, qardaşı Həmzə bəyin fəaliyyətlərindən xəbərsiz idi. Qaraqoyunluların Bağdad hakimi Əmir İsfahan Ağqoyunluların daxilindəki ara müharibələrindən istifadə edərək sərhədlərini genişləndirmək istəyirdi. Həmzə bəy 1437-ci ilin yazında İsfahan bəyi məğlub edərək Ağqoyunlular arasında nüfuzunu qaldırdı.[125] O, böyük ordu toplayaraq Qaraqoyunlu qüvvələrini Diyar-i Rəbiyyədən və Şimali Cəzirədən çıxardı. Əli bəy isə, Həmzə bəyə qarşı Qara İsgəndərlə əlaqə quraraq tamamilə nüfuzunu itirdi.

Həmzə bəy hücuma keçərək Diyarbəkiri tutdu.[126][127][128] Bu qələbədən sonra Həmzə bəy əyanlar tərəfindən "Ulu Bəy" adlandırılmağa başlandı.[129]

Diyarbəkirin Həmzə bəy tərəfindən tutulmasından sonra Əli bəy, oğulları ilə birlikdə Kəmax-Ərzincan-Qarahisar hakimi Yaqub bəyin yanına getdi.Yaqub bəydən istədiyi köməyi ala bilməyən Əli bəy Osmanlılara sığındı.[128][130][131] Sultan İskilip ərasizisini ona verdi.[132][133]

Əli bəy, İskilipdə çox qalmadı Ərzincana oğullarının yanına geri qayıtdı.Əli bəyin oğlu Cahangir Mirzə Diyarbəkiri yenidən ələ keçirmək üçün Qahirəyə, Məmlüklərdən kömək istəməyə getdi.[131][134] Məmlük sultanı bu təklifi qəbul edərək,50 minlik Atabəkül-Əsakir Tanrıvermişin başçılığı ilə Diyarbəkirdəki Həmzə bəyin və Azərbaycandakı Qaraqoyunlu Cahanşahın üzərinə göndərdi.1438-ci ildə Məmlük sultanı Barsbayın ölümü bu yürüşün baş verməsinə mane oldu və Məmlük ordusu geriyə qayıtdı.

Həmzə bəy, Yaqub bəyin əlindəki Ərzincanı da tutaraq vəziyyəti yaxşılaşdırdı və daxili mübarizəni zəiflətdi.[135][136] Əli bəyin oğlu Cahangir Mirzə şəhəri geri almaq istəsə də, buna nail ola bilmədi.

1444-cü Əli bəy Hələbdə öldü. Qardaşı Həmzə bəy də onun ölümündən biraz sonra xəstələnərək öldü.[137][138][139]

Cahangir Mirzə (1444–1451)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Cahangir Mirzə

Həmzə bəy Bayandurun ölümündən sonra Ağqoyunlular 2 yerə bölündülər. Pornak, MosulluQoca Hacılu tayfaları Həmzə bəyin qardaşı Şeyx Həsəni, Mamuşlu tayfası isə Urfa hakimi Cahangir Mirzəni dəstəkləyirdilər. Cahangir Mirzə daha tez Diyarbəkirə çataraq özünü Ağqoyunlu hökmdarı elan etdi, Şeyx Həsən geri qayıtmaq məcburiyyətində qaldı.[140][141][142]

Ağqoyunluların böyük dəstəkçisi Teymuri Sultan Şahruxun ölümü Cahangir Mirzənin vəziyyətini pisləşdirdi. Teymurilərin köməyindən məhrum olduqdan sonra Osmanlı, MəmlükQaraqoyunlu dövlətləri Ağqoyunlu torpaqlarını ələ keçirmək istəyir və daxili münaqişələrdən yararlanmağa çalışırdılar.

Bu dövrdə Qaraqoyunluların Bağdad hakimi İsfahan bəyin ölümü, İraqda qarşılıq yaratdı. 1446-cı ildə Qaraqoyunlu Cahanşah Bağdaddakı ara müharibələrini yatırdaraq burada Qaraqoyunlu hakimiyyətini möhkəmləndirdi.[143][144] Mosulu Qara İsgəndərin oğulları Əlvənd, Rüstəm və Tehrana verdi. Əlvənd bəy daha çox torpağın verilməsini tələb etsə də, Cahanşah bu tələbi rədd etdi. Əmisinə qiyam qaldıran Əlvənd bəy, məğlub edildi və Cahangir Mirzənin yanına qaçdı.[145][146][147][148] Cahanşah Əlvənd bəyi geri istəsə də, Cahangir Mirzə bu təklifi qəbul etmədi.[149][150]

1450-ci ildə Qaraqoyunlu Cahanşah, Ağqoyunlulara qarşı yürüşə başladı. Ağqoyunlu əmirləri Şeyx Həsən, Musa bəy və Rüstəm bəy Tərxan Cahanşahın tərəfinə keçdilər. Cahanşah, Mahmud bəyin hakimlik etdiyi ƏrzincanBayburtu tutdu. Mardin və Urfaya böyük qoşun göndərdi.[151][152][153] Cahangir Mirzə Qaraqoyunlulara qarşı müqavimət göstərmək istəsə də ordusundakı Pörnək, Hacılu və Mosullu tayfalarından olan əsgərlərin Şeyx Həsənin tərəfinə keçməsi[154] , Cahangir Mirzəni Məmlük dövlətinin nəzarətində olan Suriyaya çəkilməyə məcbur etdi. Məmlük sultanı Cahangir Mirzəyə narazılığını bildirirək, Məmlük torpaqlarından çıxmasını tələb etdi.

Cahangir Mirzə 1451-ci ildə Diyarbəkirə doğru geri çəkildi. Qaraqoyunlu qüvvələri də onun arxasınca şəhəri mühasirəyə aldılar. Dövlət içərisində nüfuzunu tamamilə itirən Cahangir Mirzənin bütün tərəfdarları əmisi Şeyx Həsənin tərəfinə keçmişdilər. 1451-ci ildə Qardaşı Cahangir Mirzənin köməyinə çatan Uzun Həsən, az miqdarda qüvvəylə Ruha qalasına daxil olaraq əmisi Şeyx Həsəni qətlə yetirdi və tərəfdarlarının çoxunu öldürdü.[155][156] Ardınca Uzun Həsən Diyarbəkiri mühasirəyə almış Qaraqoyunlu qüvvələrinə hücum edərək, Rüstəm bəyi geri otuzdurdu.[155][157],

1452-ci ildə Cahangir Mirzə, Qaraqoyunlu Cahanşahla sülh müqaviləsi imzaladı. Bu müqavilədən narazı olan Uzun Həsən, qardaşının kürdlərə qarşı vuruşmaq üçün paytaxtdan çıxmasından istifadə edərək Diyarbəkiri ələ keçirdi.[158] Bununla da Cahangir Mirzənin hakimiyyəti devrildi, o, 1469-cu ildə vəfat etdi.

İmperiya dövrü

[redaktə | mənbəni redaktə et]

Uzun Həsən (1453–1478)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Uzun Həsən

Uzun Həsənin hakimiyyətinin ilk dövrlərində qardaşı Cahangir Mirzə onun hakimiyyətini tanımadı. Cahangir Mirzə digər qardaşı, Urfahakimi Üveyslə ittifaq quraraq Uzun Həsənə qarşı qoşun yığmağa başladı. Uzun Həsən onları qabaqlayaraq məğlub etdi və Ruhadan çıxardı.[159][160] 1457-ci ildə Sara xatunun araya qarışması ilə sülh bağlansa da, bu sülhün müddəti çox çəkmədi. Mardinin hakimliyi Cahangir Mirzəyə tapşırıldı.[161][162][163] Sülh müqaviləsinə məhəl qoymayan Cahangir Mirzə hakimiyyəti yenidən ələ keçirmək üçün əlverişli vaxtı gözləyirdi. Nəhayət, 1458-ci ildə Uzun Həsənin Ərzincan yürüşü zamanı atdan yıxılaraq yaralanmasından istifadə edən Cahangir Mirzə Diyarbəkiri mühasirəyə aldı. Uzun Həsənin qüvvələri, Cahangir Mirzənin qoşununun yenidən məğlubiyyətə uğratdılar, Cahangir Mirzə Qaraqoyunlu Cahanşaha sığındı.[164][165][166] Dövrün tarixçisi Əbubəkr Tehrani Kitab-i Diyarbəkriyyə əsərində yazır:

" Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan zəfərlərindən qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi və Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçilikdən uzaq olacağıq. Bizimlə qaraqoyunlular arasında qədim ədavət olduğuna görə, ona birləşmək münasib deyildir.[167] "

Cahangir Mirzənin Mardinə qayıdışından xəbər tutan Uzun Həsən şəhəri mühasirəyə aldı. Qaraqoyunlu Cahanşah, Cahangir Mirzəyə kömək üçün Rüstəm bəyin başçılığı ilə böyük ordu göndərdi. 1457-ci ilin mayında, Fərat çayı yaxınlığında baş vermiş döyüşdə Uzun Həsən qalib gəldi, Rüstəm öldürüldü.[168][169][170][171][172][173] Uzun Həsən yenidən Mardininin mühasirəsinə başladı. Anaları Sara xatun yenidən işə qarışmasıyla tərəflər arasında yekun sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən Cahangir Mirzə, Uzun Həsənin hakimiyyətini tanıdı və oğlu Əli xanı onun yanına göndərdi.[174][175][176] Beləliklə Qara Yuluq Osman bəyin ölümündən sonra başlayan ara müharibələrinə son qoyuldu.

Qaraqoyunlu və Teymuri dövlətləri ilə münasibətlər, Muş döyüşü

[redaktə | mənbəni redaktə et]
Uzun Həsənin oğlu Yusif Mirzə

Qaraqoyunlu hökmdarı Cahanşah 1457-ci ildəki məğlubiyyətin qisasını almaq üçün həm də, Ağqoyunluları tabe etmək üçün yürüşə başladı. 1467-ci ildə Qaraqoyunlu ordusu Diyarbəkir üzərinə hücuma keçdi.[177][178][179][180][181] Uzun Həsən qayalıqları çəkilərək, müdafiə olunmağa başladı. Qayalıqlara çəkilmiş Ağqoyunlular ilə mübarizənin çətinləşməsi, həm də qış ayı olduğu üçün Cahanşah geri çəkilərək, yazda geri dönməyi qərara aldı. Əsas qüvvələri Təbrizə göndərən Cahanşah özü az qüvvəylə düşərgədə qaldı.Bu fürsətdən istifadə edən Uzun Həsən düşərgəyə hücuma keçərək Cahanşahın böyük əmirlərini və Cahanşahın özünü öldürür.Həsən bəy Rumlu yazır:

" O (Cahanşah), evdə(düşərgədə) yatdığı və qoşunu başqa düşərgəyə yollandığı zaman Həsən bəy fürsət tapıb altı min süvari ilə onun üstünü aldı və həmin ilin rəbiüssani ayının 12-də (30.10.1468) qaçarkən naməlum bir şəxs tərəfindən öldürüldü. Oğlanları Məhəmmədi və Əbu Yusif əsir düşdü. Məhəmmədi öldürüldü və o biri kor edildi.[182] "

Uzun Həsən 1468-ci ildə Qaraqoyunlu dövlətinin daxilindəki ara müharibələrindən qalib çıxan Həsənəlinin üzərinə yürüşə başladı. 1468-ci ildə Xoy yaxınlığında baş vermiş döyüşdə Həsənəli məğlub oldu.[183]Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı.

1468-ci ildə Həsənəliyə kömək etmək üçün Teymuri hökmdarı Əbu Səid böyük orduyla Azərbaycana yürüşə başladı. Uzun Həsən Teymurilərin qüvvəsinin çox olduğunu bildiyi üçün sülh təklifi etsə də, Əbu Səid bunu qəbul etmədi.[184][185][186][187] Mahmudabadda düşərgə salan Teymuri ordusu Uzun Həsənin yolları bağlanmasına görə aclıq çəkməyə başladı. Əbu Səidin vəziyyətinin get-gedə pisləşməsindən xəbər tutan Uzun Həsən 1469-cu ilin yanvarın 30-da Əbu Səidin düşərgəsinə hücum edərək onu darmadağın etdi, Əbu Səid öldürüldü.[188][189][190]

Beləliklə, Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi[191][192] və yerində yeni bir Azərbaycan dövləti olan Ağqoyunlu dövlətinin əsası qoyuldu. Teymurilər isə böyük zərbə alaraq Xorasana sıxışdırıldılar. Uzun Həsən dövlətin paytaxtını Təbrizə köçürdü.

Osmanlı dövləti ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Osmanlılar ilə Ağqoyunlular arasında ilk toqquşma Qara Yuluq Osman bəy dövründə baş vermişdi. Qazi Bürhanəddini öldürən Osman bəy onun tabeliyində olan Sivası mühasirəyə aldı.Lakin Osmanlıların böyük qüvvə ilə buraya gəlməsi ilə Ağqoyunlu ordusu geri çəkilməyə məcbur olur və Sivas Osmanlıların əlinə keçir. Qisas almaq üçün Əmir Teymurun Anadoluya yürüşü zamanı onun qüvvələrinə qoşulan Osman bəy, Əmir Teymur ilə Osmanlı sultanı İldırım Bəyazid arasında baş vermiş Ankara döyüşündə öz qüvvələri ilə birlikdə Əmir Teymurun ordusunun mərkəzində yer tutdu. Döyüşdə Osmanlılar məğlub edildilər və İldırım Bəyazid əsir alındı.

Ağqoyunlular-Osmanlı münasibətlərində Trabzon imperiyası da böyük rol oynayırdı. Trabzon imperiyası ilə Ağqoyunlu dövləti arasında sıx əlaqələr mövcud idi. Ağqoyunlu dövləti üçün Trabzon çox böyük əhəmiyyətə malik idi.

Trabzon imperatoru David Ağqoyunlu sarayına elçi göndərərək, Osmanlılara hər il ödədikləri xəracın əfv edilməsi üçün kömək istədi. Ağqoyunlu elçiləri 1459-cu ildə İstanbula çataraq II Mehmedə Uzun Həsənin təkliflərini çatdırdılar. Elçilər həmçinin, Trabzon imperatorunun qızına cehiz olaraq verilmiş Kapadokyanı geri istədilər.[193][194] II Sultan Mehmet bu təklifi qəbul etmədi.Bunun qarşılığında 1459-cu Uzun Həsən oğlu Uğurlu Məhəmmədin başçılığı ilə ordu göndərərək Qoyluhisarı tutdu.

Qoyluhisarın Ağqoyunlular tərəfindən tutulması Sultan Mehmedi sülh danışıqlarına başlamağa məcbur etdi. Sultan II Mehmedin sülh təklifinə müsbət cavab verən Uzun Həsən, öz elçilərini Osmanlı sarayına göndərdi. Bununla da sülh müqaviləsi imzalandı[195] və bir müddət bu sülh qüvvədə qaldı.

1461-ci ildə II Mehmed hücuma keçərək Trabzonu mühasirəyə aldı. Həmin dövrdə Ağqoyunlu dövləti Qaraqoyunlularla da vəziyyətin gərginləşməsi səbəbindən sülh danışıqlarına başlamağa məcbur oldu. İmzalanan sülh müqaviləsinə görə, 1461-ci ildə Trabzon Osmanlıların əlinə keçdi[196][197][198][199][200][201] və Trabzon xəzinəsinin bir hissəsi qohumluq münasibətlərinə görə Ağqoyunlulara verildi.[181][202]

1472-ci ildə Təbrizdə Osmanlı dövləti əleyhinə Venesiya Respublikası ilə Ağqoyunlu dövləti arasında sülh müqaviləsi imzalandı.Bu koalisya planına uyğun olaraq, 1472-ci ilin yazında Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə Ərzincandan Qaraman istiqamətində hərəkət edən ağqoyunlular parlaq qələbə çalaraq Aralıq dənizi sahilinə çıxdılar. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirəcək Venesiya gəmiləri yox idi. Venesiya Respublikası isə vəziyyətdən istifadə edərək, ticarətdə üstünlüyü ələ almaq üçün gizli diplomatik danışıqlar aparırdı.

1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi.Bu döyüşdə Osmalı qüvvələri ağır məğlubiyyətə uğradıldı.Uzun Həsən Osmanlı qüvvələrini Fəratın sol sahilinə çəkərək darmadağın etdi.Sultan II Mehmed geri çəkilərək qaçmağa başladı. Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi.Lakin Uzun Həsən sülh təklifini qəbul etmədi.[203][204]

Malatya qələbəsindən sonra Uzun Həsən Bayandur öz sərkərdələrinin Osmanlı qoşunlarına qarşı yenidən hücuma keçmək haqqında təkliflərini dəfələrlə rədd etmişdi. Ağqoyunlu hökmdarı yaxşı bilirdi ki, uzun sürən açıq vuruşmada onun süvariləri odlu silahlara malik olan, xüsusilə ağır toplarla silahlanmış Osmanlı piyadasına – yeniçərilərə davam gətirə bilməz. Lakin sərkərdələrin təkidi ilə Osmanlı qoşunlarını təqib etmək qərara alındı. Əvvəlcədən hazırlanmış döyüş planına uyğun olaraq Malatya döyüşündən 10 gün keçmiş, 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qabaqladılar. Otluqbeli adlanan bu döyüşdə üstünlük Ağqoyunluların əlində olsa da, Osmanlıların düzənlik sahəyə çıxaraq topları işə salması vəziyyəti dəyişdi.Döyüş Osmanlıların qələbəsi ilə başa çatdı.[205]Otluqbeli vuruşmasının iştirakçısı olan Katerino Zeno bu döyüş haqqında belə yazır:

" "Həmin gün saat 9-a işləyəndə o(Uzun Həsən), ata minib Osmana(II Mehmede) qarşı hücuma başladı və həmişə üstünlüyü əldə saxladı. Osmanı(II Mehmeti) qaçmağa məcbur etdi. Hər iki tərəfdən çox adam qırıldı... Lakin qüdrətli hökmdar(Uzun Həsən) Osmanın döyüş arabasına yaxınlaşdıqda ona toplardan elə atəş açdılar ki, hökmdarın adamları qaçmağa üz qoydular" "

Ağqoyunlular qarğı, qılınc, şeşbər, altı dilimli toppuz, xəncər, yay-ox, gürz və s. nisbətən dövrü keçmiş olan ənənəvi silahlarla silahlandığı halda, Osmanlı ordusu ən müasir odlu silahlara, xüsusilə ağır toplara malik idilər. Bunu Osmanlı mənbələri də təsdiq edir. Mehmed Neşrinin fikrincə, Ağqoyunlular Otluqbelidə ona görə məğlub oldular ki, onlar "belə top-tüfəng davası görməmişdilər"

Məmlüklərlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Ağqoyunluların ərazilərini cənub-şərqə doğru genişləndirmələri, Məmlüklərlə də münasibətlərə təsir edirdi. Uzun Həsənin hakimiyyətinin ilk illərində Məmlüklərlə əlaqələr yaxşı olsa da, sonradan onun dəniz sahillərində torpaq ələ keçirmək niyyətləri Məmlüklərin şimal sərhədlərində tez-tez təhlükələrə yol açırdı.

Ağqoyunlularla Məmlüklər arasında sərhəd Fərat çayı boyunca uzanırdı.Uzun Həsənin Məmlük sərhədlərinə basqınlara başlamasının bir səbəbi də, Venesiya gəmilərini qəbul etmək və Venesiya tərəfindən göndərilmiş topları götürmək üçün idi. Uzun Həsən bu məqsədlə, Aralıq dəniz sahillərinə-Məmlük dövlətinin şimal sərhədlərinə yürüşə çıxsa da, Osmanlı təhlükəsinə görə və Məmlüklərin şimal sərhədlərinin çox böyük olması səbəbindən geri çəkildi.[206]

1463-cü ildə Məmlüklərə tabe olan əsas sərhəd qalalarından biri olan Gərgər qalası[d] kürdlər tərəfindən hiylə yolu ilə ələ keçirildi.Sitat səhvi: </ref> teqi üçün bağlanma <ref> yoxdur[207] Uzun Həsən Gərgər qalasına öz qüvvələrini yerləşdirdi. Məmlük sultanı Xoşqədəm, Ağqoyunlu sarayına elçi göndərərək qalanın geri verilməsini tələb etdi.[208] Uzun Həsən Gərgər qalasının qarşılığında Harputu və 10 min dinar verilməsini istədi.[209][210] Sultan Xoşqədəm Harputun verilməsinə razı olmadı. Ağqoyunlu elçisini 1000 dinar və çoxlu hədiyyələrlə Diyarbəkirə göndərdi.[211] Uzun Həsən Gərgər qalasının açarlarını Məmlük sultanına göndərdi və beləliklə Gərgər qalası Məmlük qarnizonuna təhvil verildi.[212]

1467[213]−1468-ci[214] illərdə Dulqədiroğlu Şahsuvar bəy Məmlük ordusunu bir neçə dəfə məğlub edərək, Məmlüklərin əsas rəqibinə çevrilmişdi. Məmlüklərlə- Dulqədiroğulları bəyliyi arasında başlanan mübarizədən istifadə etməyə çalışan Uzun Həsən, Məmlük dövlətinə qarşı siyasətini dəyişdi.

1472-ci ildə Uzun Həsən Fəratı keçərək Malatya, Qəhta, Gərgər və Ayntabı tutdu.[215][216] Hələbə doğru irəliləyən Ağqoyunlu ordusu Birəni də tutdu.[217] Uzun Həsən buraya Uğurlu Məhəmmədi təyin edərək, Fəratın şimalına geri döndü. Uzun Həsən həm də Dulqədir bəyliyinin torpaqlarının çoxunu ələ keçirərək Toros keçidində möhkəmləndi.

Həmin ilin mart ayında Məmlük qoşunu, Yəşbəyin başçılığı ilə Birədə az qüvvəylə müdafiə olunan Uğurlu Məhəmmədi yaxaladı, Ağqoyunlu şahzadəsi ağır yaralandı və Ağqoyunlu ordusu Ruhaya geri çəkilməyə məcbur oldu.[218][219] Ağqoyunlular Məmlüklərdən ələ keçirdikləri torpaqların çox hissəsini itirsələr də Dulqədiroğullarından ələ keçirdikləri torpaqlarda möhkəmlənə bildilər.

Gürcüstan yürüşləri

[redaktə | mənbəni redaktə et]

Uzun Həsən Osmanlılara qarşı başlayacağı müharibədə arxasını etibarlı şəkildə möhkəmləndirmək üçün niyyətində idi. O, 1472-ci ildə Gürcüstana beşinci yürüşə çıxaraq mühüm uğurlar qazandı.[220][221] Uzun Həsən bu yürüşə çıxmadan öncə Osmanlı şahzadəsi II Bayəzidə göndərdiyi məktubunda hazırda Qum şəhərində qışladığını, baharda Gürcüstan səfərinə çıxacağını, "kilsələrin yerinə məscidlər tikdirəcəyini" bildirmişdi. Uzun Həsən bu yürüşü zamanı Samsxeyə daxil oldu, bir neçə qalanı fəth etdi və Tiflisi ələ keçirdi.[222]

Uzun Həsən Tiflisi böyük əmirlərindən Sufi Xəlil Bektaşa iqta olaraq verdi. Gürcü sərhəd bölgələrinin idarəsi də ona həvalə olundu. Uzun Həsən Gürcüstanı tərk edən zaman çar Baqratın elçisi onun yanına gəldi. Elçinin əlində 19 misqal ağırlığında bir yaqut və 12 misqal ağırlığında bir ləl vardı. Baqrat bu hədiyyələri verərək əvəzində taxt-tacını geri almaq niyyətində idi, lakin Uzun Həsən bu təklifi rədd etdi və onları geri qaytardı. Gürcüstanı böyük qənimət və 3 min əsirlə tərk etdi.[223]

Uzun Həsən 1477-ci ildə Gürcüstanda hakimiyyəti möhkəmləndirmək üçün 26 minlik qüvvə ilə şimal-qərb istiqamətində yürüşə başladı. Gürcüləri duyuq salmamaq üçün Ağqoyunluların Osmanlılara qarşı yürüşə çıxması ilə bağlı xəbərlər yayıldı. 7 günlük yürüşdən sonra sağa — Gürcüstan istiqamətinə dönüldü.[224] Ağqoyunlu ordusu gürcü torpaqlarına yaxınlaşdıqca, keçidlər meşələrlə örtülü olduğundan Uzun Həsən 5 minlik süvari dəstəsini ordunun hərəkətini təmin etmək üçün irəli göndərdi. Bu qüvvələr çətin keçilən bölgələrdən ordunun keçməsini təmin etdi. İki günlük yürüşdən sonra ordu Tiflisə daxil oldu. Şəhər əhali tərəfindən tərk edildiyi üçün müqavimətsiz ələ keçirildi.[224][225]

Tiflisdə möhkəmlənən Ağqoyunlular gürcüləri itaət altına aldılar. Burada süvari dəstə saxlayaraq Qoriyə doğru irəlilədilər. Qorinin əhalisi dağlara qaçdığı üçün Ağqoyunlular boş şəhərə daxil oldular. Beləliklə, Tiflisdən sonra Qori də Uzun Həsənin əlinə keçdi. Ağqoyunlu hökmdarı 15 gün ərzində meşələrə sığınmış gürcüləri əsir aldı. Bu zaman çar Baqrat Radşaya qaçdı. Öz qərargahını Muxranda quran Uzun Həsənin ətrafa göndərdiyi dəstələr Tiyanetiyə kimi irəlilədilər. Kaxetiya şahzadəsi I Georgi Ağqoyunlu hökmdarına hədiyyələr göndərərək itaət edəcəyinə təminat verdi.[226] Çar Baqrat və Kvarkvare yeddi nəfərlik elçi heyətini Uzun Həsənin yanına göndərərək ildə 16 min qızıl duka vergi vermək şərti ilə sülh bağlamağı təklif etdilər. Ağqoyunlu hökmdarı bu təklifi qəbul etdi. Sülhün şərtlərinə görə Tiflis də daxil olmaqla şərqi Gürcüstan Ağqoyunlu dövlətinə tabe edildi. Uzun Həsən 1477-ci ilin sonunda ələ keçirdiyi 5 min əsirlə Təbrizə qayıtdı.[226]

Sultan Yaqub (1478–1490)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: Sultan YaqubSultan Xəlil
Sultan Xəlil saray adamları ilə.

Uzun Həsən Gürcüstan yürüşündən sonra xəstələnmiş və dövlət işlərindən uzaqlaşmışdı. Buna görə baş xatun Səlcuqşah bəyim Fars hakimi olan, oğlu Xəlil mirzəni Təbrizə çağırdı. Xəlil mirzə Təbrizə gəldikdə, qardaşı Uğurlu Məhəmmədin Sivasdan paytaxta gəlmək istəyindən xəbər tutdu. Xəlil mirzə Ərzincana doğru hərəkət edərək, Uğurlu Məhəmmədin ordusunu qarşıladı. Döyüşdə Uğurlu Məhəmmədin qüvvələri məğlubiyyətə uğradıldı, özü isə öldürüldü.[227] Qardaşı Maksudu da həbs elədikdən sonra qarşısında heç bir maneə qalmayan Xəlil mirzə 1478-ci yanvarında Təbrizdə sultan elan edilir.[228][229]

Atası Uzun Həsənin mərkəzləşdirmə siyasətini davam etdirən Sultan Xəlil həm əmisi Cahangirin oğullarının, həm də qardaşlarının müqaviməti ilə üzləşdi. Ona qarşı ilk müqavimət Savə hakimi əmisi oğlu Muraddan gəldi. 1478-ci ildə Sultan Xəlilin şəxsən başçılıq etdiyi döyüşdə Murad məğlub edildi. Muradın özü isə əsir götürülərək edam edildi. Qardaşı Ibrahimi də həbsə atan Sultan Xəlil hakimiyyətini möhkəmləndirdi.[230][231]

Yaqub bəy isə saray qarışıqlıqlarından kənar qalmaq üçün qardaşı Sultan Xəlildən icazə alaraq Diyarbəkirə getdi.[232][233][234] Qısa bir zamanda Diyarbəkirə Sultan Xəlilin müxalifləri yığışmağa başladılar. Yaqub bəyin başçılığı altında böyük Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy, və böyük din adamı Qazi Isa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu[229][235][236] və öldürüldü.[235][237]

Sultan Yaqub saray adamları ilə.

Sultan Yaqub Təbrizə gəldikdən sonra ölkədəki birliyi qorumaq üçün Xoy döyüşünə qatılanları bağışladı.[238] Sultan Yaqubun hakimiyyətinə qarşı olan əyanlar, Sultan Xəlilin oğulları Əli və Əlvəndin ətrafından yığışmağa başladılar. Əli və adamları çox keçməmiş mərkəzi hakimiyyətə tabe olsalarda, Əlvənd tabelik göstərmək istəmirdi, amma Əlvənd bu müxalifəti çox apara bilmədi Şirazda xəstələnərək öldü. Bununla da Fars vilayətində olan üsyan təhlükəsi aradan qalxdı.[239]

Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi.[240][241] Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı.[242][243] Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy BicanoğluXəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi.[244]

Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi.[245] Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır məğlubiyyətə uğradılaraq, darmadağın edildilər.[246] Əmir Yaşbək, Qansu Yəhyəvi və Özdəmir əsir alındılar, məşvərət keçirildikdən sonra hər üçü edam edildilər.[247][248] Əmir Yaşbəyin başı Sultan Yaquba göndərildi. Məmlük dövləti bu döyüşdən sonra ağır zərbə aldı və böyük sərkərdələrinin itirərək sarsıldı.[249]

Sultan Yaqub 1482-ci ildə Gürcüstanda Ağqoyunlu hakimiyyətini möhkəmləndirmək üçün yürüşə başladı. Axıska və Xatun qalaları ələ keçirildi.[250][251] Ağqoyunlular bu yürüşdən böyük qənimət əldə etdilər.

Uzun Həsənin hakimiyyəti dövründə Bayandurlar sülaləsinin Səfəvilərlə münasibətləri yaxşı idi, lakin Sultan Yaqub Səfəvi şeyxləri ilə münasibətdə atasının siyasi xəttini dəyişdi. Şeyx Heydər, 1488-ci ildə atasının qisasını almaq üçün Şirvana hücuma keçdi. Şirvanşah I Fərrux Yasar qüvvələrinin çoxluğuna baxmayaraq, Sultan Yaqubdan kömək istədi.[252] Sultan Yaqub bu təklifi qəbul edərək Süleyman bəy Bicanoğlunun başçılığı ilə Şeyx Heydərə qarşı qoşun göndərdi. Döyüşdə Şeyx Heydər öldürüldü, qüvvələri isə dağıdıldı.[234][253][254]

1489-cu ildə Van gölü yaxınlığında kürdlərin Ağqoyunlu dövlətinə qarşı böyük üsyanı oldu. Həmin ildə Süleyman bəyin sərkərdəlik etdiyi ordu kürdləri Van yaxınlığında məğlub etdi.[255]

Ağqoyunlu dövlətinin qüdrətli hökmdarlarından biri olan Sultan Yaqub 1490-cı ilin 24 dekabrında, 20 yaşında olarkən vəfat etdi.[256][257] Sultan Yaqubu Nəsriyyə məscidində dəfn etdilər.

Sultan Baysunqur (1490–1492) və Sultan Rüstəm (1492–1497)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: Sultan BaysunqurSultan Rüstəm

Sultan Yaqubun ölümündən sonra boş qalmış taxta kimin keçməsi barəsində qarışıqlıqlar oldu. Taxt uğrunda mübarizəyə qoşulan şahzadələr dövlətin siyasi görünüşünə də zərbə vururdular. Baysunqur mirzə Sufi Xəlillə birləşərək döyüşlərdə öz sülaləsinin digər üzvlərinə qalib gəldi və Təbrizdə özünü sultan elan etdi.

Sultan Baysunqurun atabəyi olan Sufi Xəlil hökmdarın azyaşlı olmasından istifadə edərək, hakimiyyəti öz əlində cəmləşdirmək istəyirdi.[258][259] Apardığı döyüşlərdə çoxlu düşmən qazanan Sufi Xəlil, köhnə düşməni Süleyman bəyə qisas almaq üçün şərait yaradırdı. Beləliklə Sufi Xəlil Süleyman bəy tərəfindən öldürüldü. Süleyman bəy Bicanoğlu Sultan Baysunqurun yeni atabəyi oldu.[260][261]

Süleyman bəyin hakimiyyəti əlində cəmləşdirmək istəməsi Ağqoyunlu əmrlərini narahat edirdi. Həm də Süleyman bəyin əyanlara qarşı haqsız tədbirləri hərbi əyanları ona qarşı hərəkət etməyə məcbur edirdi. Qacar, MosulluPörnək tayfaları birləşərək Əlincə qalasına salınmış Rüstəm bəyi həbsdən azad etdilər. Sultan Baysunqur Təbriz yaxınlığında darmadağın edildi. Baysunqur Şirvana, Süleyman bəy isə Diyarbəkirə qaçdı.[259][262]

Rüstəm bəy Baysunqurun Şirvana qaçması ilə, 1492-ci ilin mayın 28-də Ağqoyunlu taxtına oturdu.[260][263][264] Süleyman bəyi də öldürən Sultan Rüstəm hakimiyyətini möhkəmləndirdi. Sultan Rüstəm Ağqoyunlu taxtında tamamilə möhkəmlənmək və ara müharibəsinə son qoymaq üçün islahatlar keçirdi. İlk növbədə Baysunqurun sığındığı Şirvanşah I Fərrux Yəsarla sülh müqaviləsi imzalandı. Şeyx Məhəmmədi və Mahmud Deyləmliyi saraydakı vəzifələrinə qaytararaq maliyyə işlərini onlara tapşırdı, lakin islahatlar ölkəni bürümüş olan ara müharibələrindən tam qurtara bilmədi. 1492-ci ilin payızında Astrabadda Hüseyn Bayqaranın dəstəyi ilə Qasım bəyin üsyanı qalxdı. Üsyan tezliklə yatırıldı

Hakimiyyətini möhkəmləndirdikdən sonra Sultan Rüstəm Baysunqura qarşı hərəkətə keçməyə başladı. Baysunqurla tək bacarmayacağını bilən Sultan Rüstəm Sultan Yaqub dövründə həbs edilmiş Səfəvi sülaləsinin üzvlərini həbsdən çıxararaq, onlarla müttəfiqlik etməyə başladı.[265][266] Səfəvi şeyxi Şeyx Sultan Əlinin və Sultan Rüstəmin birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığında, Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürdü.[264][267]

Sultan Rüstəm əyanların rəğbətini qazanmaq üçün çoxlu sayda soyurqallar paylayırdı. Hərbi əyanlar ilk əvvəllər ona rəğbət bəsləslər də, sonradan qüvvətləndilər və mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. Narazı əyanlar Sultan Rüstəmə qarşı çıxaraq,Osmanlı sarayına məktub yazdılar. Əyanlar Uğurlu Məhəmmədin oğlu şahzadə Əhmədin Ağqoyunlu dövlətinə təhvil verilməsini tələb edirdilər.[268]

Nurəli bəy Gödək Əhmədi Ərzincanda qarşıladı. 1497-ci ildə Diyarbəkirdən Təbrizə doğru hərəkətə başlayan Gödək Əhmədin tərəfdarları və Sultan Rüstəmin qoşunu üz-üzə gəldi. Ağqoyunlu əyanlarının Gödək Əhmədin tərəfinə keçməsi ilə Sultan Rüstəm məğlub edildi. Gürcüstana qaçan Sultan Rüstəm tezliklə elə keçirilərək öldürüldü.[269]

Gödək Əhməd hakimiyyətə gəldikdən sonra dövləti əvvəlki iqtisadi vəziyyətinə gətirmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün islahatlara başladı. Vergiləri qaydaya salmağa çalışan Sultan, İslami vergilərdən başqa bütün vergiləri ləğv etdi.[270]

Gödək Əhmədin dövründə sarayda Pörnək tayfasının nümayəndələri çox idi. Bu isə mərkəzi hakimiyyət üçün böyük təhlükə yaradırdı. Bu təhlükəni aradan qaldırmaq, pörnəkləri sarayda zəiflətmək siyasəti yeridən Gödək Əhməd, onların güclü sərkərdələrini Hüseynəli xanı və Müzəffər bəyi edam etdirdi.[268]

Gödək Əhməd hakimiyyətə gəlməsində böyük rol oynayan Eybə sultanı Kirman hakimi təyin etdi. Gödək Əhməd Eybə sultanı Kirmana təyin etməklə onu mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Onun bu siyasətindən narahatlıq keçirən Eybə sultan Fars hakimi Qasım bəy ilə birləşdi. Müttəfiqlər Sultan Yaqubun Şirvandakı oğlu Muradı hökmdar elan edərək, mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. Sultan Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərə qarşı hərəkətə başladı. 1497-ci ilin dekabrın 14-də, İsfahan döyüşündə Gödək Əhməd məğlub edildi və öldürüldü.[271][272]

Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətində ara müharibələri yenidən başladı. Hər şahzadə bir vilayətdə özünü müstəqil hakim elan edir və Təbrizi elə keçirməyə çalışırdılar. Məhəmməd Mirzə Yəzddə, Əlvənd Mirzə Azərbaycanda, Murad Mirzə isə Şirvanda dəstəklənirdi.

1498-ci ildə Eybə sultan və tərəfdarları Əlvənd Mirzəni dəstəkləyərək Muradı məğlub etdilər. Murad Mirzə tutularaq Marağada həbs edildi.[273] Eybə sultanın qardaşı Nurəli bəy isə Məhəmməd Mirzəni Sultan elan etdi. 1499-cu ildə Eybə sultanın qoşunu məğlub edildi və özü də öldürüldü.[274] Bu məğlubiyyətdən sonra Əlvənd Mirzə Diyarbəkirə çəkilməyə başladı. Boş qalmış Təbrizə daxil olan Məhəmməd Mirzə özünü sultan elan etdi, lakin onun hakimiyyəti çox çəkmədi, Əlvənd Mirzə Diyarbəkirdən Təbrizə qayıdaraq onu məğlub etdi və paytaxtdan çıxardı.

Eybə sultanın digər qardaşı Gözəl Əhməd bəy isə həbs edilmiş Murad Mirzəni azad edərək onu keçmiş Fars hakimi Qasım bəyin yanına gətirdi. Birləşmiş qüvvələr Fars vilayətinə hücum edərək Sultan Məhəmmədin tərəfdarlarını məğlub etdilər döyüşdə Məhəmməd Mirzə öldürüldü.

Sultan Murad, Məhəmməd Mirzəni məğlub etdikdən sonra 1500-cü ilin payızında Əlvənd Mirzənin üzərinə hücuma keçdi. Nəhayət, 1500-cü ildə Dərviş Baba Xeyrullahının vasitəçiliyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə tərəflər arasında sülh sazişi imzalandı.[275] Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycan və Diyarbəkir Əlvəndə, Ərəb İraqı, Əcəm İraqı, Kirman isə Murada qaldı.[276]

Daxili münaqişələr nəticəsində Ağqoyunlu dövləti zəifləmiş, əvvəlki qüdrətini tamamilə itirmişdi. Bu dövrdə Şeyx İsmayıl Lahincandan Ərdəbilə oradan da Ərzincana doğru hərəkətə keçərək tərəfdarlarını öz ətrafına toplamağa başlamışdı. Şirvan qoşununu darmadağın edən qızılbaşlar Əlvənd Mirzənin də narahatlığına səbəb olurdular. 1501-ci ildə Əlvənd Mirzə Təbrizdən çıxaraq qızılbaşlarla döyüşmək üçün hərəkətə başladı. Həmin ildə ildə Naxçıvan yaxınlığında baş vermiş döyüşdə Əlvənd məğlub edildi və Diyarbəkirə qaçdı. Təbriz qızılbaşlar tərəfindən ələ keçirildi və İsmayıl özünü şah elan etdi.[277]

1503-cü ildə Sultan Murad Bağdaddan I Şah İsmayılın üzərinə hərəkətə başladı. 1503-cü ildə Həmədan yaxınlığında baş vermiş Almaqulağı döyüşündə Sultan Murad məğlub edildi. Bağdada geri çəkilən Sultan Murad[278] burada hakimiyyətini 5 il davam etdirdi. 1508-ci ildə I Şah İsmayılın Bağdada hücumu barədə məlumat alan Sultan Murad şəhəri tərk edərək qaçdı. Ərəb İraqı Səfəvilər tərəfindən ələ keçirildi.[279]

Ağqoyunlu döyüşçüsünə aid dəbilqə.

Ağqoyunlu dövlətində ordu sarayın ixtiyarındakı qoşundan və ayrı-ayrı vilayətlərdən toplanan döyüşçü dəstələrindən- çəriklərdən ibarət olmuşdur. Mənbələrdə ordu sözü "ləşgər", "qoşun", ordunu təşkil edən əsgərlər isə "mülazim", "əsgər", "dilavər" adlandırılmışlar.[280] Ağqoyunlu hökmdarlarının bilavasitə mühafizəsi isə məşğul olan alaylara qoruyucular deyilirdi.

Ağqoyunlu ordusunun sağ cinahının "bərənğar", sol cinahının "cəvanğər" və mərkəz hissəsinin-"İluğ" adlandığını və müharibə zamanı mərkəz hissədən önə göndərilən qoşuna "mənqəlay" deyilirdi.[281] Fəzlullah ibn Ruzbehan Xunci 1478-ci ilin 15 iyulunda Sultan Xəlillə Yaqub arasında baş vermiş döyüşdə çərxçi və muçi adlı hərbi dəstələrin də iştirak etdiyini yazır.[282]

Ağqoyunlu qoşunun əsgərləri: puşandarlardan-ağır silahlanmış, zirehli süvarilərdən, tirkəşbəndlərdən-ox atanlardan, qulluqçulardan ibarət olurdu. Puşandarlar gümüş və ya qızıl suyuna çəkilmiş xırda lövhəciklərdən qayrılmış zirehli paltarlar geyirdilər. Tirkəşbəndlər isə möhkəm dəri paltarlar geyirdilər ki, bunları nə qılınc zərbəsi kəsə bilir, nə də ox deşə bilirdi.[283]

Ağqoyunlu ordusu zireh, nizə, qılınc, şeşbər (altı dilimli toppuz) xəncər, ox, kaman və kürzlə silahlandığını silahlanırdı. Orduda təbil, nağara, böyük nağara, nəfır, zurnadan ibarət təbilxana və nağaraçılar heyəti vardı. Hücum vaxtı kərənay (uzun zurna), qələbə çalınanda isə nağara səslənirdi.[281]

Ağqoyunlu hökmdarlarının şəxsi qoşunu 25 min süvari və 10 min piyadadan ibarət olmuşdur. Vilayətlərdən yığılan qoşunları da buraya əlavə edildikdə bu qoşunun sayı 100 min nəfərə çatırdı.[284]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Başqa ŞərqAzərbaycan dövlətlərində olduğu kimi Ağqoyunlu dövlətində də hökmdardan asılı divan fəaliyyət göstərirdi. Divan hökmdarın əmriylə toplanır və daxili məsələri həll edirdi.

  • Əmir əl-üməra — Dövlətdə ikinci şəxs sayılırdı. Divanın ən nüfuzlu üzvü olan Əmir əl-üməra hökmdarın iştirak etmədiyi yürüşlərdə ordunun baş komandanı olurdu. Bu titul dövrün hökmdarı tərəfindən şəxsən verilirdi.[285]
  • SədrVəqf torpaqlarının bütün məsələləri, qazı, müdərris, və ruhani idarələrinin ixtiyarı baş Sədrə məxsus idi. Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanı vardı. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi.[285]
  • Baş Vəzir — Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlətin gəlirlərinə nəzarət edən və maliyyə aparatını idarə edən baş vəzirə məxsus olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-inzibati idarələrə başçılıq edirdi. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə, "Sahib divan" da adlanırdı.[286]
  • Təvaçi — Müharibə gözlənilən təqdirdə tabeliyindəki vilayətlərə gedərək hərbi qüvvə toplayan və ayrı-ayrı hərbi dəstələr arasında əlaqə yaradan əmirlərə deyilirdi. Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini bildirir, döyüşçülərin sayını özünün "təvaçi dəftərinə" qeyd edirdi.[286]

Vergilər və torpaq sahibliyi

[redaktə | mənbəni redaktə et]

Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfıyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu, nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırırdı, hətta ölkənin mədaxilinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən mükəlləfiyyət və vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədiylə vergi işlərini nizama salan "Qanunnamə" tərtib etdirdi. Uzun Həsənin "Qanunnamə"si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri ləvğ etməyə çalışmış, lakin mülki və hərbi idarəçilərin etirazları ilə qarşılaşmışdı.[287]

Ağqoyunlu dövlətində dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi-köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi. Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul vergisi) Uzun Həsənin "Qanunnamə"sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi, əhalidən can vergisi alınırdı.[288]

Sara Xatun məscidi

Uzun Həsəndən başlayaraq Ağqoyunlu hökmdarları elmə və incəsənətə hamilik etmişlər.

Uzun Həsən dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı.[289]

Xəttatlıq (kalliqrafiya) və miniatür rəssamlığı bu dövrün Azərbaycan mədəni həyatının diqqəti cəlb edən sahələrindən olmuşdur. Ağqoyunlu hökmdarlarının saray kitabxanalarında elmi, bədii, fəlsəfi, dini, tarixi məzmunlu əsərlərin üzü köçürülür, əlyazmalarına miniatürlər çəkilirdi. Şair Hidayətin "Divan"ının əlyazmasına çəkilmiş 4 miniatür təsvir Sultan Xəlil tərəfindən 1478-ci ildə tərtib olunmuşdu. Bu əlyazma nüsxəsi Azərbaycan türkcəsindədir.[290]

Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində Mirəli Təbrizi, Mirabdulla Təbrizi, Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili, Cəfər Təbrizi, Əzhər Təbrizi, Əbdürrəhim əl-Yaqubi kimi mahir xəttatlar fəaliyyət göstərmişlər.[291]

Uzun Həsənin sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Uzun Həsən Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[292] Fəzlullah ibn Ruzbehan Xunci 1487-ci ildə TəbrizəSultan Yaqubun sarayına gəlmiş və Ağqoyunlu dövlətinin tarixini yazmağa başlamışdı.[293]

Zeynal bəy türbəsi

Əfsəhəddin Hidayətullah (Hidayət) XV əsrin sonlarınadək Təbrizdə yaşamış, Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin və Sultan Xəlilin sarayında böyük əmir rütbəsinə qədər xidmət etmiş, bir qədər sonra isə onun qardaşı Sultan Yaqubun sarayında yaşamış, fəaliyyət göstərmişdir. Hidayətin şeirlər divanı vardır. O, zəmanəsinə görə sadə Azərbaycan dilində şeirlər yazmışdır. Ədib şeirlərində daha çox Azərbaycan şifahi xalq ədəbiyyatından yararlanırdı. Dövrün tanınmış şairlərindən biri olan Nemətulla Kişvəri dövrün 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldükdən sonra saraydan uzaqlaşmışdı. Kişvəri Azərbaycan türkcəsində və Fars dilində "Divan" yaratmışdı. Onun Əlişir Nəvaiyə həsr olunmuş bir sıra şeirləri var.[294] Sultan Yaqubun özü də Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazan bir şair idi. Onun məclislərində 15-ə yaxın şair və musiqiçilər iştirak edirdi.[295]

Ağqoyunlu dövründə də Azərbaycanda musiqinin geniş yayılması, Təbriz şəhərinin musiqi həyatı Avropa səyyahları və elçilərinin də diqqətini cəlb etmişdi. Musiqi yalnız sarayda deyil, Təbrizin 30 min tamaşaçı tutan "Qurd meydanı"nda təşkil olunan müxtəlif məclislərdə də səslənirdi.[296]

Ağqoyunluların dövründə Təbriz şəhəri sürətlə inkişaf edirdi. Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən 1478–1484-cü illərdə iri saray kompleksi tikdirilmişdi. Sarayda 20 min otaq mövcud idi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir. Saray kompleksi "Həşt behişt" ("Səkkiz cənnət") adlanırdı. Buna görə də, Azərbaycan memarlıq obyektlərinin bir çoxunun bu şəhərdə cəmləşməsi təsadüfi deyildir. Şəhəri müxtəlif təyinatlı memarlıq abidələri bəzəyirdi. Şərq ölkələrində ən gözəl və geniş bazar kimi şöhrət tapmış və əsası Uzun Həsən tərəfindən qoyulmuş "Qeysəriyyə" üstüörtülü və səkkizkünclü idi. Onun üstü günbəz və tağla örtülmüşdü. Bu bazarda qiymətli mallar və cəvahirat satılırdı.[297]

Ağqoyunlu memarlığının şah əsərlərindən biridə Zeynal bəy türbəsidir. Türbə Otluqbeli döyüşündə öldürülmüş, Uzun Həsənin oğlu Zeynal bəy üçün inşa etdirilmişdir. Türbənin girişində yazılır: "Bu türbə, Sultan Həsən Bahadır xanın oğlu məğfur sultan, şəhid xaqan Zeynal bəyindir. Allah qəbrini nur etsin"

Sara xatun məscidi, Sara xatunun əmri ilə 1585-ci ildə inşa edilmişdir. Məscidin mərkəzində onu saxlayan əsas 3 dayaq yerləşir. Minbəri bəzədilmişdir, minarəsi ayrı rənglərdə olan və 2 növ ayrı daşlardan ibarətdir.[298]

Memarlıq obyektlərinin və bitki örtüyünün uzlaşdırılması Təbrizin memarlıq inkişafında önəmli yer tutmuşdur. Təbrizdə böyük bağlar var idi. Uzun Həsən tərəfindən əsası qoyulmuş "Bağı-nəsriyyə" və Sultan Yaqubun tikdirdiyi "Baği-şimal"ı ("Şimal bağı") Fəzli İsfahani "qızıl güllərinin cənnət çırağına bənzətmişdi".[299]

Ağqoyunlular və Qaraqoyunlular özlərini əfsanəvi türk hökmdarı Oğuz Xaqanın varisi hesab edirdi.[300]

  1. Mardinə bağlı A Qızıltəpənin 8 km şimal-qərbində, Zərkan suyu yaxınlığında olar bir kənddir. Artuq hökmdarları Xarzəmdə böyük tikinti işləri görmüşlər.
  2. Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzidir. Ərəblər bu şəhərə "Ər-Ruha" deyiblər. Hazırda "Ər-Ruha" adı Urfada olduqca məşhurdur.
  3. Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik(canişinlik). Ərməniyyənin indiki Ermənistanla (ermənilərlə, yəni haylarla) heç bir əlaqəsi yoxdur.
  4. Gərgər dövrümüzdə Fərat çayı sahilində, Türkiyədə Adıyamanın bir ilçəsidir.
  1. (Xuseyn. "Bedai ul-vekai (Udivitelğnıe sobıtiə). "İzdanie teksta, vvedenii i obşaə redaküiə A.S.Tveritinovoy) Moskva: İzdatelstvo Vostoçnoy Literaturı. v.446a-b ))
  2. 1 2 "Qaraqoyunlu və Ağqoyunlu dövləti". 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  3. "Ağqoyunlu dövləti". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  4. Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // Encyclopaedia Iranica. May 24, 2012. February 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  5. Leube, Georg. Relational Iconography, Representational Culture at the Qaraquyunlu and Aqquyunlu Courts. Brill. 2023. səh. 448. ISBN 978-90-04-54152-8. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27. (page 258)
  6. Şahin Fərzəlibəyli. Azərbaycan VƏ Osmanlı İmperiyası. səh. 36
  7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Azərbaycan Dili. səh.3 [ölü keçid]
  8. "Uzun Həsənin fəthnaməsi". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  9. Erkinov, Aftandil. . Bean, Scott tərəfindən tərcümə olunub. "From Herat to Shiraz: the Unique Manuscript (876/1471) of 'Alī Shīr Nawā'ī's Poetry from Aq Qoyunlu Circle". Cahiers d'Asie centrale. 24. 2015: 47–79.
  10. Michael M. Gunter, Historical dictionary of the Kurds (2010), p. 29
  11. A.Bakıxanov, Gülüstani-İrəm, səh.41
  12. A.Bakıxanov, Gülüstani-İrəm, səh.40
  13. Ağqoyunlular [ölü keçid]
  14. "AZƏRBAYCAN TARİXİ KAYZEN". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  15. "Azərbaycan dövlətçilik tarixi". 2017-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  16. "Azərbaycan dövlətçiliyi islam dininin qəbulundan sonrakı dövrdə (VIII–XV əsrlər)". 2017-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  17. http://forum.hunturk.net/qaraqoyunlu-v-601-agqoyunlu-imperatorluqlari-4783.html Arxivləşdirilib 2018-12-15 at the Wayback Machine Ağqoyunlu dövlətinin yaranması və genişlənərək imperatorluğa"
  18. İradə Nuriyeva. Azərbaycan Tarixi (ən qədim zamanlardan – XXI əsrin əvvəllərinədək), səh.104
  19. Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 270.
  20. Faruk Sümer, "Bayındır", C. III, Diyanet Vakfı İslam Ansiklopedisi , İstanbul, 1992, s. 246.
  21. Atalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, s.56
  22. Çetin Varlık, "Akkoyunlular",VIII, İstanbul, 1988, s. 408.
  23. F. Sümer, "Akkoyunlular", Türk Dünyası Aratırmaları , s. 4
  24. Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 270–271
  25. Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 271.
  26. Ebû Bekr-i Tihrânî, Kitâb-ı Diyârbekriyye, C. I–II, ne- r. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001., s.20–21.
  27. 1 2 Yaşar Yücel, Mutahharten ve Erzincan Emirliği, Ankara, 1982., s. 20
  28. Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.317
  29. Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.323–324
  30. Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.325–335
  31. Esterâbâdî, Bezm u Rezm, s. 342–343
  32. Faruk Sümer, "Akkoyunlular", Diyanet İslam Araştırmaları, s.271
  33. F. Sümer, Kara Koyunlular (Balanğıçtan Cihan-şah’a Kadar), C. I,Ankara, 1992.s. 49
  34. Esterâbâdî, Bezm-u Rezm, s. 343
  35. Esterâbâdî, Bezm u Rezm, s. 438–439.
  36. Tihrânî, Diyârbekriyye, s. 40–43, çev. s. 39–40
  37. J. E. Woods, 300 Yıllık Türk Imparatorluğu Akkoyunlular, Aşiret, Konfederasyon, Imparatorluk, çev. Sibel Özbudun, Milliyet yay., İstanbul, 1993., s.79.
  38. 2 Tihrânî, Diyârbekriyye, C. I, s. 45, çev. s. 42
  39. Yücel, Yaşar,Kadı Burhaneddin Ahmed ve Devleti, Ankara, 1983.,s.156;
  40. J. E. Woods, Akkoyunlular, s. 80;
  41. F. Sümer, "Akkoyunlular", Diyanet İslam Araştırmaları, s. 271;
  42. Yaşar Yücel, Kadı Burhaneddin, s. 160
  43. Yaşar Yücel, Kadı Burhaneddin, s. 160–161.
  44. Tihrânî, Diyârbekriyye, C. I, s. 47–48, çev. s. 43
  45. F.Sümer,"Akkoyunlular", Diyanet Islam Araştırmaları, s. 271
  46. Tihrânî, Diyârbekriyye, C. I, s. 48,çev. s. 43.
  47. N.Şâmi, Zafernâme, çev. N. Lugal, Ankara, 1949, s. 260–263
  48. F. Sümer, "Akkoyunlular",Türk Dünyası Araştırmaları , s. 9
  49. İlhan Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu Kara Yülük Osman Bey’in Hayatı ve Faaliyetleri", XXXIV/1–2, Ankara, 1990, s. 100
  50. W. Hinz,Uzun Hasan ve Şeyh Cüneyd, s.112
  51. F. Sümer, "Akkoyunlular", Diyanet Islam Araştırmaları, s. 271
  52. Tihrânî, Diyârbekriyye, C. I, s. 50, çev. s. 45.
  53. el-Makrîzî, es-Sülûk, C. IV/I, s. 41
  54. İbn Tagrı Birdî, en-Nücûmü’z-Zâhire, , C. XIII, s. 22
  55. Faruk Sümer, "Çukurova Tarihine DairAraştırmalar", Tarih Araştırmaları Dergisi, C. I, Ankara, 1965, s. 42–43
  56. K. Y. Kopraman, "Mısır Memlûkleri", s. 115.
  57. Tihrânî, Diyârbekriyye, C. I, s. 59, çev. s. 49
  58. el-Makrîzî, es-Sülûk, C. IV/I, s. 45
  59. İbn İlyâs, Bedâyiü’z-Zuhûr, C. I/II, s. 772.
  60. Tihrânî, Diyârbekriyye, C. I, s. 61, çev. s. 50
  61. İbn Tagrı Birdî, en-Nücûmu’z-Zâhire, , C. XIII, s. 23
  62. Tihrânî, Diyârbekriyye, C. I, s. 64, çev. s. 52
  63. el-Makrîzî, es-Sülûk, C. IV, s. 46
  64. İbn İlyâs, Bedâyi'ü’z-Zuhûr, C. I/II, s. 772–773
  65. İbn Tagrı Birdî, en-Nücûmû’z-Zâhire, s. 25
  66. İbn İlyâs, Bedâ’i ez-Zuhûr, C. I/II, s. 772–773
  67. Tihrânî, Diyârbekriyye, C. I, s. 67, çev. s. 53.
  68. el-Makrîzî, es-Sülûk, C. IV/II, s. 739.
  69. el-Makrîzî, es-Sülûk, C. IV/II, s. 806
  70. Tihrânî, Diyârbekriyye, C. I, s. 101–104, çev. s. 72–73
  71. İbn İlyâs, Bedâyi'ü’z -Zuhûr, C. II, s. 141
  72. İbn Hacer, İnbâ’ü’l-Gumr, C. VIII, s. 253
  73. İ. Erdem, M. Uyar, "Akkoyunlular’ın Tarih Sahnesine Çıkışı", s. 875
  74. İbn Hacer, İnbâ’ü’l-Gumr, C. VIII, s. 254
  75. İbn İlyâs, Bedâyi'ü’z -Zuhûr, C.II, s. 141.
  76. Tagrı Birdî, en-Nücûmü’z-Zâhire, C. XIV, s. 202–212
  77. İbn İlyâs, Bedâyi'ü’z -Zuhûr, C. II, s. 148–149
  78. el-Makrîzî, es-Sülûk, C. IV/II, s. 895–97
  79. İbn Tagrı Birdî, en Nücûmü’z-Zâhire, C. XIV, s. 220–221
  80. el-Makrîzî, es-Sülûk, C. IV/II, s. 897
  81. el-Makrîzî, es-Sülûk, C. IV/II, s. 938
  82. J. E. Woods,Akkoyunlular, s. 95.
  83. İbn Hacer, İnbâ’ü’l-Gumr, C. VIII, s. 337
  84. Tihrânî, Diyârbekriyye, C. I, s. 68, çev. s. 54;
  85. Cəfər İbrahimov,Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, Bakı, 1958, s. 67
  86. XV. Faruk Sümer, "Karakoyunlular",s. 435
  87. İsmail Aka, İran’da Türkmen Hâkimiyeti (Kara Koyunlular Devri), Ankara, 2001, s. 8.
  88. Tihrânî, Diyârbekriyye, C. I, s. 68, çev. s. 54
  89. F. Sümer, Kara Koyunlular, s. 80
  90. İ. Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu", s. 103.
  91. F. Sümer, "Karakoyunlular", s. 435
  92. İ. Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu", s. 103–104;
  93. F. Sümer, Kara Koyunlular, s. 97
  94. İbn Hacer, İnbâ’ü’l-Gumr, C. VII, s. 264
  95. el-Makrîzî, es-Sülûk, C. IV/I, s. 450
  96. F. Sümer, Kara Koyunlular, s. 99
  97. C. İbrahimov, Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, s. 68.
  98. İbn Hacer, İnbâ’ü’l-Gumr, C. VII, s. 314
  99. F. Sümer, Kara Koyunlular, s. 97–98.
  100. Metin Sözen, "Anadolu’da Akkoyunlu Mimarisi", s. 361
  101. 1 2 F. Sümer, Kara Koyunlular, s. 102–103
  102. 1 2 Tihrânî, Diyârbekriyye, C. I, s. 69, s. 54
  103. J. E. Woods, Akkoyunlular, s. 88
  104. Ibn Ilyâs, Bedâyi'ü’z-Zuhûr, C. II, s. 55
  105. Ibn Hacer, Inbâ’ü’l-Gumr, C. VII, s. 387
  106. el-Makrîzî, es-Sülûk, C. IV/I, s. 535
  107. Tihrânî, Diyârbekriyye, C. I, s. 69–71, çev. s. 55
  108. F. Sümer, Kara Koyunlular, s. 102–10
  109. Tihrânî, Diyârbekriyye, C. I, s. 112–122, çev. s. 78–83;
  110. Tihrânî, Diyârbekriyye, C. I, s. 119, çev. s. 82;
  111. Tihrânî, Diyârbekriyye, C. I, s. 119, çev. s. 82
  112. Tihrânî, Diyârbekriyye, C. I, s. 115, çev. s. 81
  113. Tihrânî, Diyârbekriyye, C. I, s. 120, çev. s. 83
  114. J. E. Woods, Akkoyunlular, s. 127.
  115. Tihrânî, Diyârbekriyye, C. I, s. 121–123; çev. s. 83–84
  116. J. E. Woods, Akkoyunlular, s. 127–128;
  117. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 113
  118. Tihrânî, Diyârbekriyye, C. I, s. 128, çev. s. 88
  119. J. E. Woods, Akkoyunlular, s. 129.
  120. 310 J. E. Woods, Akkoyunlular, s. 129
  121. F. Sümer, Kara Koyunlular, C. I, s. 139.
  122. Tihrânî, Diyârbekriyye, C. I, s. 129, çev. s. 88
  123. F. Sümer, "Akkoyunlular", T. D. A., s. 9.
  124. J. E. Woods, Akkoyunlular, s. 129
  125. Tihrânî, Diyârbekriyye, C. I, s. 130–134, çev. s. 88–91.
  126. Tihrânî, Diyârbekriyye, C. I, s. 136, çev. s. 92
  127. Ibn Tagrı Birdi, en-Nücûmü’z-Zâhire, C. XIV, s.270
  128. 1 2 J. E. Woods, Akkoyunlular, s. 130
  129. F. Sümer, "Akkoyunlular",s. 272.
  130. F. Sümer, "Akkoyunlular", s. 16.
  131. 1 2 Tihrânî, Diyârbekriyye, C. I, s. 140, çev. s. 94
  132. F. Sümer, "Ak Koyunlular", Diyanet İslam Araştırmaları, s. 272
  133. İ. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 189
  134. F. Sümer, "Akkoyunlular", T. D. A., s. 16.
  135. F.Sümer, "Akkoyunlular", T. D. A, s. 17.
  136. Tihrânî, Diyârbekriyye, C. I, s. 158, çev. s. 104
  137. F. Sümer, "Akkoyunlular", T. D. A., s. 17.
  138. İbn İlyâs, Bedâyiü’z-Zuhûr, C. II, s. 243
  139. Tihrânî, Diyârbekriyye, C. I, s. 168, çev. s. 109
  140. Tihrânî, Diyârbekriyye, C. I, s. 168–69, çev. s. 110
  141. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr, C.II, s. 243;
  142. F. Sümer, "Akkoyunlular",s. 18
  143. F. Sümer, "Kara Koyunlular",Diyanet İslam Araştırmaları, s. 436;
  144. I.Aka, İran’da Türkmen Hâkimiyeti, s. 26.
  145. F. Sümer, "Akkoyunlular", Türk Dünyası Araştırmaları, s. 18
  146. J.E. Woods, Akkoyunlular, s. 138;
  147. F. Sümer, "Kara Koyunlular", Diyanet İslam Araştırmaları, s. 436
  148. Tihrânî, Diyârbekriyye, C. I, s. 178, çev. s. 114
  149. Tihrânî, Diyârbekriyye, s. 178, çev. s. 114
  150. J. E. Woods, Akkoyunlular, s. 138.
  151. F. Sümer, "Akkoyunlular", Diyanet İslam Araştırmaları, s. 272
  152. J. E. Woods, Akkoyunlular, s. 139
  153. Tihrânî, Diyârbekriyye, s. 179–80, çev. s. 115
  154. Tihrânî, Diyârbekriyye, C. I, s. 180, çev. s. 115.
  155. 1 2 J. E. Woods, Akkoyunlular, s. 140.
  156. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr, C. II, s. 290
  157. Ibn Tagrı Birdî, Havâdisü’d-Duhûr, V. VIII/I, s. 104;
  158. F. Sümer, "Akkoyunlular",Türk Dünyası Araştırmaları, s. 19.
  159. Tihrânî, Diyârbekriyye, C. I, s. 233, çev. s. 143
  160. F. Sümer, "Akkoyunlular",Diyanet Islam Araştırmaları s. 272.
  161. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 115;
  162. J.E. Woods, Akkoyunlular, s. 145–48.
  163. Tihrânî, Diyârbekriyye, C. I, s. 235, çev. s. 144
  164. F. Sümer, "Akkoyunlular", Diyanet İslam Ansiklopedisi , s. 272
  165. F. Sümer, "Karakoyunlular", Diyanet İslam Ansilopedisi, s. 437
  166. C. İbrahimov, Azərbaycanın XV əsr Tarixinə Dair Oçerklər, s. 71.
  167. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000, səh 40.
  168. I. Erdem-M. Uyar, "Karakoyunlular", Türkler Ans., s. 866.
  169. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 115
  170. J. E. Woods, Akkoyunlular, s.151;
  171. Ibn Ilyâs, Bedâyi'ü’z-Zuhûr, C. II, s. 340
  172. Ibn Tagrı Birdî, en-Nücûmü’z-Zâhire, C. XVI, s. 85
  173. Tihrânî, Diyârbekriyye, C. I, s. 280, çev. s. 170
  174. J. E. Woods, Akkoyunlular, s. 151
  175. Tihrânî, Diyârbekriyye, C. I, s. 280, çev. s. 171
  176. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 116.
  177. Tihrânî, Diyârbekriyye, C. II, s. 407, çev. s. 246
  178. W.Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 42.
  179. I. Aka, Iran’da Türkmen Hâkimiyeti, s. 68
  180. C. Ibrahimov, Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, s. 72
  181. 1 2 I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 191
  182. «Tarix-i Qezelbaşan», ©Vivo-Book.com|Bakı - 2015,səh.23
  183. F. Sümer, "Karakoyunlular", Diyanet Vakfı Islam Ansiklopedisi , s. 437
  184. 51 Tihrânî, Diyârbekriyye, C. II, s. 474, çev. s. 287
  185. I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 192
  186. W.Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 45
  187. C. Ibrahimov, Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, s. 75.
  188. F. Sümer, "Akkoyunlular", Türk Dünyası Araştırmaları, s. 23
  189. C. Ibrahimov, Azərbaycanın XV Əsr Tarixinə Dair Oçerklər, s. 78
  190. J. E. Woods, Akkoyunlular,s. 177
  191. Tihrânî, Diyârbekriyye, C. II, s. 424–432, çev. s. 256–261
  192. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 47
  193. S. Tansel, Osmanlı Kaynaklarına Göre, s. 263–264
  194. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 33
  195. Tihrânî, Diyârbekriyye, C. II, s. 392, çev. s. 236.
  196. S. Tansel, Osmanlı Kaynaklarına Göre, s. 269
  197. Cəfər Ibrahimov, XV. Əsr Azərbaycan Tarixinə Dair Oçerklər, s. 86
  198. Tihrânî, Diyârbekriyye, C. II, s. 392, çev. s. 237
  199. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 37
  200. F. Sümer, "Akkoyunlular", s. 272
  201. J. E. Woods, Akkoyunlular, s. 167
  202. S. Tansel, Osmanlı Kaynaklarına Göre, s. 269–270;
  203. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. 52
  204. İradə Nuriyeva. Azərbaycan Tarixi (ən qədim zamanlardan – XXI əsrin əvvəllərinədək), səh.108
  205. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. 53
  206. I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 193.
  207. Ibn Tagrı Birdî, en-Nücûmü’z-Zâhire, C. XVI, s. 257
  208. Tihrânî, Diyârbekriyye, C. II, s. 404, çev. s. 244.
  209. Tihrânî, Diyârbekriyye, C. II, s. 405, çev. s. 244–245
  210. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr , C. II, s. 427
  211. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr , C. II, s. 428
  212. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr , C. II, s.430.
  213. Kâzım Yaşar Kopraman, "Osmanlı-Memlûk Münâsebetleri", Prof. Dr. Kâzım Yaşar Kopraman, Makaleler, Haz. E. Semih Yalçın, A. Çetin, Ankara, 2005, s. 184.
  214. K. Y. Kopraman, "Osmanlı-Memlûk Münâsebetleri", s. 184.
  215. J. E. Woods, Akkoyunlular, s. 195
  216. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr , C. III, s. 80–82
  217. J. E. Woods, Akkoyunlular, s. 195.
  218. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr, C. III, s. 86–87;
  219. Tihrânî, Diyârbekriyye, C. I, s. 569, çev. s. 345
  220. Kirzioğlu F. Kars tarihi. c. I. İstanbul, 1953. səh. 494
  221. Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler. Tarih İncelemeleri Dergisi, c. XXI, sayı 2, 2006. səh. 186
  222. Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler. Tarih İncelemeleri Dergisi, c. XXI, sayı 2, 2006. səh. 186–187
  223. Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler. Tarih İncelemeleri Dergisi, c. XXI, sayı 2, 2006. səh.187
  224. 1 2 Seyyahların Gözüyle Sultanlar ve Savaşlar. Giovanni Maria Angiolello-Venedikli bir tüccar ve Vincenzo D`Aleksandrinin seyahatnameleri. Çeviri ve notlar: Tufan Gündüz. Yedditepe Yayınevi, İstanbul, 2007. səh.65–66
  225. Barbaro J. Anadoluya ve İrana seyahat. Çeviri ve notlar: Tufan Gündüz. Yedditepe Yayinevi, İstanbul, 2005. səh.110–111
  226. 1 2 Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler. səh.188
  227. J. E. Woods, Akkoyunlular, s. 203.
  228. J. E. Woods, Akkoyunlular, s. 231
  229. 1 2 W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 57
  230. J. E. Woods, Akkoyunlular, s. 233–234
  231. I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 195;
  232. J. E. Woods, Akkoyunlular, s. 233
  233. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 57.
  234. 1 2 I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 195
  235. 1 2 J. E. Woods, Akkoyunlular, s. 234
  236. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 99–100
  237. İbn İlyâs, Bedâyi'ü’z -Zuhûr , C. III, s. 161
  238. V. Minorsky, Persia in A. D. 1478–1490, s. 38–39.
  239. Minorsky, Persia in A. D. 1478–1490, s. 40.
  240. Ibn Ilyâs, Bedâyi'ü’z -Zuhûr, C. III, s. 166
  241. J. E. Woods, Akkoyunlular, s. 236.
  242. J. E. Woods, Akkoyunlular, s. 236
  243. V. Minorsky, Persia in A. D. 1478–1490, s. 44
  244. V. Minorsky, Persia in A. D. 1478–1490, s. 45
  245. Ibn Ilyâs, Bedâ’i ez-Zuhûr, C. III, s. 170–173.
  246. F. Sümer, "Çukurova Tarihine Dair Araştırmalar", s. 54
  247. F. Sümer, "Akkoyunlular", D. I. A., s. 273
  248. I. H. Uzunçarşılı, Anadolu Beylikleri, s. 195.
  249. Ibn Ilyâs, Bedâyi'ü’z –Zuhûr, C. III, s. 175.
  250. H. D. Yıldız, "The Akkoyunlu", s. 218
  251. M. H. Yinanç, "Akkoyunlular, İ. A., s. 261
  252. V. Minorsky, Persia in A. D. 1478–1490, s. 75
  253. V. Minorsky, Persia in A. D.1478–1490, s. 80–81
  254. J. E. Woods, Akkoyunlular, s. 248
  255. J. E. Woods, Akkoyunlular, s. 248.
  256. J. E. Woods, Akkoyunlular, s. 250
  257. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 76
  258. Sümer, "Akkoyunlular", s. 28
  259. 1 2 V. Minorsky, Persia in A. D. 1478–1490, s. 113
  260. 1 2 F. Sümer, "Akkoyunlular", s. 28
  261. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 102
  262. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 103
  263. W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s. 80
  264. 1 2 V. Minorsky, Persia in A. D. 1478–1490, s. 114
  265. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 104–105
  266. F. Sümer, "Akkoyunlular", s. 29.
  267. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 105
  268. 1 2 C. Kanat, "Ak-Koyunlular ve Toprak Reformları", s. 875.
  269. George Sale, George Psalmanazar, Archibald Bower, George Shelvocke, John Campbell, John Swinton — An Universal history, from the earliest account of time, 6. cild
  270. F. Sümer, "Ahmed", Türk Dünyası Araştırmaları, s. 11.
  271. C. Kanat, "Ak-Koyunlular ve Toprak Reformları", s. 876
  272. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 109
  273. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 110
  274. F. Sümer, "Akkoyunlular", s. 31.
  275. İradə Nuriyeva. Azərbaycan Tarixi(ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək), səh.111
  276. C. İbrahimov, Azərbaycan Tarixinə Aid Oçerklər, s. 111
  277. E. Woods, Akkoyunlular, s. 265
  278. M. H. Yinanç, "Akkoyunlular", s. 262
  279. J. E. Woods, Akkoyunlular, s. 268.
  280. Şahin Fərzəliyev. Azərbaycan XV–XVI əsrlərdə. "Elm nəşriyyatı", 1983. səh.46
  281. 1 2 Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. səh.32
  282. Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Перевод с английского на русский Т. А. Минорской. Баку, "Элм", 1987, с. 53–54.
  283. Petruşevski İ. P. XV əsrdə Azərbaycan dövlətləri, s. 95
  284. Petruşevski İ. P. XV əsrdə Azərbaycan dövlətləri, s. 96.
  285. 1 2 Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında . səh.31
  286. 1 2 Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında . səh.32
  287. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında . səh.29
  288. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).səh. 114
  289. Əsgər Əhməd. "XII–XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti". səh.7
  290. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. s.160
  291. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.s.158
  292. Əsgər Əhməd. " XII–XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti". səh.8
  293. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.s.24
  294. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.s.156
  295. Uzunçarşılı, Anadolu Beylikleri, s. 196.
  296. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.s.164
  297. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.s.163
  298. "Sarahatun Cami". 2018-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  299. Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. s.163–164
  300. TIMUR & PRINCELY VISION (ingilis). Smithsonian. 1989. 9. Aqqoyunlu and Qaraqoyunlu , they both claimed descent from the legendary Turkic ruler Oghuz Khan of Central Asia and were firmly established in eastern Anatolia by the fourteenth century. (#first_missing_last)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]