Aylin Fazelian

Aylin Fazelian — siyasətçi, millət vəkili.

Aylin Fazelian
Şəxsi məlumatlar
Doğum tarixi (31 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı İsveç İsveç
Partiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aylin Fazelian 14 yaşından siyasətlə məşğuldur. O, 12 ildir ki, “Sosial-Demokrat Partiyası”da fəaliyyət göstərir. O, bundan əvvəl partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü seçilib.[1] 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. Aylin Fazelian İsveç milli parlamentinə seçilən ilk azərbaycanlıdır.

13 yanvar 1992-ci ildə anadan olan İsveç Sosial Demokrat siyasətçidir. 2018-ci il parlament seçkilərindən sonra Vastra-Qotalandın qərb dairəsində parlamentin üzvü seçildi[2].

Aylin Fazelian Xarici İşlər Komitəsinin üzvü və Nordic Şurasının üzvüdür. S-women birliyinin idarə heyətindədir və beynəlxalq məsələlər üzrə birliyin nümayəndəsi. Eyni zamanda Göteborq bölgəsində Sosial Demokratlar şurasının üzvüdür[3].

O, Vestre-Gotaland Regional İnkişaf Şurasında Sosial Demokratlar qrupunun lideri həmçinin SBU rayon şurasının üzvü idi[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Həmvətənlərimiz İsveç parlamentinə seçildilər[ölü keçid]
  2. "Aylin Fazelian". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  3. "Göteborgsområdet". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  4. "Aylin föreslås bli ny gruppledare i Regionutvecklingsnämnden – Göteborgsområdets socialdemokrater". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]