Aymani Aydəmirova

Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi[1]. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri[2]. Milləyyətcə çeçendir[3].

Aymani Aydəmirova
Doğum tarixi 8 mart 1965(1965-03-08) (58 yaş)
Vətəndaşlığı
Fəaliyyəti müğənni

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir.

Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir.

1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur. Qrupu ilə ilk Ümumrusiya yarışması olan "Rusiyanın Səsləri" üçün Smolensk şəhərinə gedir. Qrupun cəmi dörd aylıq olmasına baxmayaraq, Aymani Aydəmirova və "Jovxar" yarışmanın qalibi olur. Elə həmin il "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti" adına layiq görülür.

1992-ci ildə Qroznı Mədəniyyət İdarəsinin müdiri təyin edilir. 1995-ci ildə Çeçenistan Milli Dirçəlişi Hökuməti Sədrinin əmri ilə mədəni və humanitar əməkdaşlıq məsələlərini həll etmək üçün Türkiyəyə göndərilir.

2000-ci ildə yeni bir "Nur-Jovxar" vokal qrupunu qurur.

2002-ci ildə Çeçenistan Respublikasının Xalq artisti adına layiq görülür. Eyni zamanda İnquşetiya Respublikasının xalq artistidir[4].

Hal-hazırda Adnan Şahbulatov adına Çeçen Dövlət Filarmoniyasının bədii rəhbəridir. İndi özü musiqi bəstələyir, əsərlərinin aranjimanı ilə məşğul olur. Aymani Aydəmirovanın repertuarında rus, ərəb, qumuq, türk xalq mahnıları vardır.

Mükafatlar və titullar[redaktə | mənbəni redaktə et]

Çeçenistan Respublikasının xalq artisti (2002);

İnquşetiya Respublikasının xalq artisti;

Rusiya Federasiyasının əməkdar artisti (2008);

Çeçenistan Respublikasının əməkdar artisti;

Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi;

"Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı;

"Əməkdə Uğur və Çalışqanlığa görə" medalı;

Əməd Kadırov adına orden;

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir. Dörd uşaq anasıdır. Məşhur çeçen müğənni Məryəm Aydəmirovanın əmisi qızıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Хеда Хачукаева. "Аймани Айдамирова - популярная артистка и многодетная мама". grozny-inform.ru. Информационное агентство «Грозный-информ». 2014-12-01. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  2. "Айдамирова Аймани Шамсудиновна". filarma.ru. Чеченская государственная филармония. 2014-04-08. 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  3. Рассыпался чеченский жемчуг[ölü keçid]
  4. "Аймани Айдамирова". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.