Ayneyn (Cebelu'r Rumat) Təpəsi (ərəb : جبل الرماة); Uhud dağının cənub tərəfində yerləşən kiçik bir təpədir. Tarixi qaynaqlara görə, Uhud döyüşündə Məhəmməd düşmən ordusunun arxadan hücuma keçərək Mədinəyə daxil olmasının qarşısını almaq məqsədilə bu təpəyə Abdullah ibni Cübeyrin başçılığı altında bir oxatan dəstəsi yerləşdirmişdi.
Ayneyn təpəsi | |
---|---|
Yerləşməsi | |
24°29′ şm. e. 39°35′ ş. u.HGYO | |
Ölkə | |
|
"Cebelu'r Rumat" (oxçular təpəsi) kimi də tanınan Ayneyn təpəsi Uhud dağının cənubunda yerləşən kiçik bir təpədir. Təpənin uzunluğu təqribən 150 metr, eni isə 40 metrdir.[1]