Aynur Mustafayeva

Aynur Abbasova (qızlıq soyadı: Mustafayeva; 13 fevral 1998) — Azərbaycanı təmsil edən bədii gimnast.

Aynur Abbasova
Şəxsi məlumatlar
Tam adı Aynur Abbasova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
İdman növü Bədii gimnastika

Aynur Mustafayeva 1998-ci il fevralın 13-də olub.[1]

2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana DomanSiyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra Aynur Mustafayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə AbbasovaSiyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu.

Aynur Mustafayeva 2015-ci ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Əbdüsəlimova, Səbinə AbbasovaSiyana Vasilevadan qrup ümumi turniri 32.532 balla 12-ci, 6 gürz+2 halqa turnirini isə 16.566 balla 8-ci pillələrdə başa vurdu.

  1. Fédération Internationale de Gymnastique. "AYNUR ABBASOVA". www.gymnastics.sport (ing.)). 22.08.2022. 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.