Aynur Səfiyeva

Aynur Səfiyeva (31 mart 1974) — Azərbaycan alimi, ümumi cərrah, 2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibi və Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir.

Aynur Səfiyeva
Doğum tarixi 31 mart 1974(1974-03-31) (49 yaş)
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti alim, cərrah
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Mükafatları "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Aynur Səfiyeva 1974-cü ilin 31 martında anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə ilə bitirmişdir. 1997–1998-ci illərdə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında internatura keçmişdir. 1999-cu ildə Gürcüstanda Tbilisi Mərkəzi Xəstəxanasında diplomdan sonrakı təhsil təcrübəsi əldə etmişdir. 2004–2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə ixtisası üzrə təhsil almışdır. 2007-ci ildə Səudiyyə Ərəbistanın Əbu Ariş Mərkəzi Xəstəxanasında ultrasəs müayinəsin üzrə təlim keçmişdir. 2009-cu ildə Türkiyənin Ankara Universitetində kolorektal cərrahiyyə ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetdə GIS endoskopiyası üzrə ixtisaslaşma keçmişdir. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında kolorektal cərrahiyyə üzrə ixtisas təhsili almışdır. 2013-cü ildə İstanbulda CAPA xəstəxanasında Anorektal fiziologiya üzrə kurs keçmiş, daha sonra Avstriyanın Vyana Tibb Universitetində Kolorektal cərrahiyyə üzrə ixtisasartırma etmişdir. 2015-ci ildə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində Çoxölçülü yanaşma Obstetric Anal sfinkter zədəsi və anorektal ultrasəs üzrə təlim keçmişdir.[1][2]

Aynur Səfiyeva həmçinin Avstriyanın Zalsburq şəhərində travma və təcili cərrahiyyə proqramının ilk hissəsini 2008-ci ildə, 2-ci hissəsini 2009-cu ildə, 3-cü hissəsini isə 2011-ci ildə bitirərərk məzun olmuşdur.

2022-ci ilin aprelin 12-də tibb elmləri doktoru elmi adını almaq üçün "Kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti" mövzusunda elmi işini ATU-da müdafiə etmişdir.[2]

Aynur Səfiyeva 29 yanvar 2022-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aynur Səfiyeva əmək fəaliyyətinə 1998-ci ildə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında cərrah kimi başlamış və 2004-cü ilə kimi bu vəzifəni icra etmişdir. Həmin ildən 2007-ci ilə kimi əmək fəaliyyətini Səudiyyə Ərəbistanda Əbu Ariş Mərkəzi Xəstəxanasında davam etdirmişdir. 2007–2009-cu illərdə Bakıda Mediclub Klinikasında məsləhətçi, koloproktoloq kimi işləmişdir. Daha sonra 2009-cu ildə Türkiyənin Ankara Tibb Universitetində lolorektal cərrahiyyə, 2010-cu ildə isə aşağı və yuxarı endoskopiya prosedurları üzrə çalışmışdır. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında laparoskopik kolorektal cərrahiyyə üzrə, 2013-cü ildə isə Türkiyənin İstanbul Universitetinin Tibb Fakültəsinin cərrahi endoskopiya şöbəsində anal kanalının fizioloji tədrisi üzrə fəaliyyət göstərmişdir.

Hazırda 2009-cu ildən Mərkəzi Gömrük Xəstəxanasında ümumi cərrah vəzifəsini icra edir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aynur Səfiyeva karyerası boyunca müxtəlif tibbi mövzularda, xüsusilə kolorektal poliplər, kök hüceyrələr və mədə-bağırsaq xəstəlikləri ilə bağlı çoxsaylı tədqiqat işləri və araşdırmalar aparmışdır.

Onun kolorektal poliplərlə bağlı tədqiqatlarına onların yayılması, risk faktorları, diaqnoz və müalicə ilə bağlı araşdırmalar daxildir. O, həmçinin kolorektal adenomaların inkişafında kök hüceyrələrin rolunu, eləcə də kolorektal poliplərdə kök hüceyrələrin proqnostik əhəmiyyətini araşdırıb. Bundan əlavə, o, kolorektal poliplərin kanserogenezində CD 133 və ya prominin-1 kimi xüsusi markerlərin istifadəsini araşdırmışdır.

Qəbizliyi olan xəstələrdə obstruktiv defekasiya sindromu, onun diaqnostikası və müalicəsi ilə bağlı elmi araşdırmalar etmişdir. Bundan əlavə onun tədqiqatında dimunitif poliplərdə xərçəngləşmə riski, xərçəng riski yüksək olan giqant poliplərdə endoskopik müdaxilələr də yer almışdır.[4]

O həmçinin anal fistulalarda lazerlə müalicə üsulları üzərində araşdırma etmişdir. Trombofibrinogen tərkibli gelin hazırlanma texnikası və pararektal fistulların müalicəsində tətbiqi və trombofibrinogen gel müalicə vasitəsi kimi və onun pararektal fistullarda tətbiqi üzərində elmi fəaliyyət göstərmişdir.[5]

2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibidir.[4][6]

2009-cu ildən Türk Cərrahi Dərnəyinin və Türk Kolorektal Cərrahi Dərnəyinin, həmçinin ABŞ-Avstriya Davamlı Təhsil Mərkəzinin üzvüdür.

2018-ci ildən Azərbaycan Kolorektal Cərrahi Dərnəyinin İdarə heyətinin üzvü, elmi katibi və 2021-ci ildən AMEA-nın Əlaqələndirmə Şurasının üzvüdür.[4]

Aynur Səfiyeva həmçinin Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir.

Nəşr edilmiş bəzi elmi işləri[redaktə | mənbəni redaktə et]

  • N. Bayramov, A. Səfiyeva Kolorektal poliplərin epigenetikası. Azərbaycan Onkologiya Jurnalı. 2019/1 81–83
  • Safiyeva A, Bayramov N. The Ki-67 immunohistochemically expression of colorectal polyps // Balneo Research Journal DOI: http://dx.doi.org/10.12680/balneo.2020.335 Vol.11, No.2, may 2020 // p: 169–173
  • Aynur Safiyeva. Gender disparites in colorectal polyps. S-45. MWIA 100. Medical Women: Ambassadors of change in a challenginc global world. 25–28 July. 2019. NYC.
  • Safiyeva A., Bayramov N., Mustafa C. A. The prognostic importance of CD 133 marker in the carcinogenesis of colorectal adenomatous colorectal polyps // J. Ponte, 2020, v. 76 (8) doi: 10.21506/j.ponte.2020.8.
  • Safiyeva A. The feauteres of large intestinal polyps in women. (original article) / Actual Topics on Women’s Health // Journal is published with the support of the Georgian Medical Women’s Association (GMWA), 2020, N 12/, p 42–50
  • Safiyeva A. K. Gender disparities in colorectal polyps // Klinicheskaia Khirurgiia, 2021, N 88 (1–2), p. 57–60 https://doi.org/10.26779/2522-1396.2021.1-2.57
  • Сафиева A. K. Чувствительность стволовых клеток при новообразованиях толстой кишки // Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2021, N 2, s. 123–126
  • Safiyeva A., Bayramov N. Advances in Health and Disease Volume 35. // chapter 5. Colorectal polyps: prevalence, risk factors and treatment. Nova Science Publishers 2021.
  • Safiyeva A. K. immunohistochemically expression of Ki-67 in colorectal polyps / Abstracts of the XVIII international Euroasian congress of surgery and hepatogastroenterology. Baku, 2019, p 269–270
  • Safiyeva A., Jafarli R.. Significance of stem-cell marker in non-adenomatous colorectal polyps / Abstracts of the 16 th Virtual Scientific and Annual Meeting of the European Society of Coloproctology, 2021, p 129–130
  • Safiyeva A., Bayramov N., Avunduk M. C. The role of "prominin-1" marker in adenomatous colorectal polyps // Polish journal of surgery, 2022–02–04.
  • Erol T., Safiyeva A., Elcircevi A., Erkek B., Akyol C., Ayhan Kuzu M. Effect Of Surgical Endoscopy Training Programme On Postgraduate Daily Practice // Turkish Journal of colorectal disease, 2022
  • Prof. N. Bayramov, Safiyeva A. K. The importance of colonoscopy in the treatment of colorectal polyps and colorectal cancer screening. Ann Ital Chir. 2019 Apr 1;8. pi: S0003469X1902966X
  • Aynur Safiyeva, Nuru Bayramov Mustafa Cihat Avunduk. CD 133 Sensitivity in Colorectal inflammatory polyps. World J Surg (2018)42:S1-S41. S25
  • Aynur Safiyeva, Mustafa Cihat Avunduk, Nuru Bayramov. Endoscopic intervention in dimunitive colorectal polyps. Proceeding 1st International conference One health Problems and Solution Khazar University.1–2 June 2018/31
  • Səfiyeva A. K., Novruzov N. Anal fissurlarda Botox tedavisi sonuncları(bizim tecrübemiz). XVII Türk Kolon və Rektum Cerrahisi Kongresi 2019/135. P065
  • Safiyeva Aynur. Role of colonoscopy in colorectal adenomas treatment and colorectal cancer screening. 5 International Medical Congress 1–2november, Baku.2018/38
  • Prof. N. Bayramov, Səfiyeva A. K. Avunduk M. C. Kolorektal poliplərdə xərçəng kök hüceyrlərinin araşdırılması/ Investigation of cancer stem cells in colorectal polyps, Azərbaycan Tibb Juranlı 2018/3 .21–24
  • Сафиева А.К., Байрамов Н.Ю Мелкие колоректальные полипы как предшественники колоректального рака/ Small colorectal polyps as precursors colorectal cancer, Klinicna Xiрургiя 2018\7 21–23
  • Səfiyeva A. K. Dimunitif kolorektal poliplərdə xərşəng riski varmı?/ Are Dimunitic Color Polyps at Risk of Cancer?, Cərrahiyyə 2018/2 55–58
  • Nuru Yusif Bayramov, Aynur Kamal Safiyeva, Namiq Haydar Novruzov. Dev poliplerde cerrahi Deneyemimiz/ Our surgical experience in giant polyps, P-028.2018
  • Novruzov Namig MD. PhD, Safiyeva Aynur MD, PhD, Emin Mammadov MD. Spontaneous intramural esophageal hematoma:Complete healing without surgical intervention. DOI: 10.5455/amaj.2017.03.043
  • Haladdin Novruz Musayev, Aynur Kamal Safiyeva, Nargiz Adil Mammadova. Inflliksimabı Ulserativ Kolitlerin tedavisinde Yeri P-017/ Infliximab in the Treatment of Ulcerative Colitis, XVI. Türk Kolon ve Rektum Cerrahisi Kongresi 16–20 mayıs. 2017.
  • A. Safiyeva, M. C. Avunduk, N. Bayramov. CD133 expression in colorectal polyps Colorectal Disease, Abstracts of the 12t Scientificand Annual Meeting of the European Society of Coloproctology.20–22, September 2017. T17
  • Prof. N. Bayramov, Səfiyeva A. K. Kolorektal iltihabi poliplərdə CD 133 həssaslığı/ CD 133 sensitivity in colorectal inflammatory polyps, Azərbaycan, Onkologiya Jurnalı. 2017/2 91–93.
  • Prof. N. Bayramov, Səfiyeva A. K. Kolorektal adenomatoz poliplərin makroskopik və histopatoloji parametrlərin təhlili/ Analysis of macroscopic and histopathological parameters of colorectal adenomatosis polyps, Azərbaycan Tibb Jurnalı., 2017/3 43–46.
  • Сафиева А.К. Экспрессия CD 133 в колоректальных полипах. International peer-reviewedjournal Hepatology and Gastroenterology. 2017/2. 22–30.
  • Səfiyeva A. K. Gigant poliplərdə cərrahi təcrübəmiz. Cərrahiyyə 2017/ 2. 56–58
  • SəfiyevaA. K. Endoskopik polipektomiyalar. Erkən və gecikmiş ağırlaşmalarAzərbaycan Təbabətinin Müasir Nailiyyətləri. 2017/1. 56–58
  • Сафиева А.К., Байрамов Н.Ю. Лечение колоректальных полипов. Klinicna Xiрургiя 2017, – № 5,20–22
  • İmanova S., Səfiyeva A. K., Hüseynova M. R., Zeynalov B. Obstruktiv defekasiya sindromunda defekoqrafiyanin rolu. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2016\2 .225 228.
  • Prof. N. Bayramov, Novruzov N. Məmmədov R. Səfiyeva A. K. Kiçik Qaraciyər sindromu, əmələ gəlmə səbəbləri və profilaktikası. Cərrahiyyə Jurnalı 2016\4 4:86–92.
  • Prof. N. Bayramov,. Səfiyeva A. K. Kolorektal poliplər və onların diaqnostikası. Saglamlıq Jurnalı 2017/1 172–176
  • N. Bayramov., Səfiyeva A. K. Novruzov N. Kolorektal poliplərdə kök hücyrələrinin prognostik əhəmiyyəti. Cərrahiyyə Jurnalı 2016/3. 92–95
  • Səfiyeva A. K, Novruzov N. H. Endoscopic management of appendicular abscess. XV Ulusal Kolon ve Rektum Cerrahisi Kongresi 2015. EVB06
  • Səfiyeva A. K. İmanova S., ZeynalovB, Aydinova P. Dev rektosel ve rektal mukozal prolapsus zamanı cerrahi seçim.19Ulusal Cerrahi Kongres 2014PS0658
  • Prof. N. Bayramov, Səfiyeva A, Novruzov N. İmanova S. Rektoselin diaqnozunda defekoqrafiya müayinəsinin rolu. Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenteroloji Günləri 2014/142
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Məmmədov R. Qaraciyər Sirrozu xəstələrdə ezofagus varkozlarından təkrarqanama risklərinin dəyərləndirilməsi. Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenteroloji Günləri 2014/114
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Məmmədov R, Məcidov Z. Spontan İntramural Ezofagus Hematomu. Prof. H. İsayevin 70 illik yubileyinəhəsr edilmiş elmi-praktik konfrans 2014/11
  • Səfiyeva A. K., İmanova S., Zeynalov B., Aydinova P. Rektoselin Cerrahi tedavisində polipropilen Meshlerin kullanimi. XIV Ulusal Kolon ve RektumCerrahisi Kongresi 2013. 102 TP 07
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Cərrahi ağırlaşmaların ağırlıq dərəcələrinə görə təsnifatları. Cərrahiyyə 2012/1 . No 1. S 91–96
  • Prof. N. Bayramov, Safiyeva A. K., İmanova S. Newmethods oftreatment of complex pararectal fistulas. Prof. H. Sultanovun 80 illik yubileyinəhəsr olunmuş elmi-praktik konfrans 2012/71
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Mezenterli safra kesesi : akut taşlı kolesistit için risk faktörü. 19. Ulusal Endoskopik Laparoskopik Cerrahi Dergisi 2011/52. Cilt 18. P08.
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Role of laparoscopic flexiblecholedochoscopy in choledocholithiasis. XVI Annual Meeting of the EuropeanSociety of Surgery 2011/680. PP-479
  • Səfiyeva A. K., İmanova S., ZeynalovB, Aydinova P. Rektoselin diaqnostikasında defekoqrafiyanın rolu. Prof. B. Abbasova həsr olunmuş elmi-praktik konfrans 2013/40
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Surgical treatment of the trombosed liver hemangioma complicated with obstructive jaundice. XII international Euroasian congress of surgery and gastroenterology 2011/108
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Laparoscopic resection of sigmoid colon in chronic constipation inital experiment. XII international Euroasian congress ofsurgery and gastroenterology 2011/205
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Acil Karın emeliyyatlarında Optimal "End" kolostomi metodları. XIII Ulusal Kolon ve Rektum Cerrahisi Kongresi 2011/268P30.
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K., Qədirova A. Results of extencive hepatic resections. XII international Euroasian congress ofsurgery and gastroenterology 2011/109
  • Prof. N. Bayramov, Novruzov N. Səfiyeva A. K. Laparoskopik fiberoptik koledok eksplorasyonu. The Turkish Journal ofGastroenterology 2011/226. P228
  • Novruzov N. Səfiyeva A. K., Qədirova A. Qaraciyərin sirrozu olan xəstələrdə anti-viral terapiya ilə induksiyaolunmuş sitopeniya zamanı alternativ müalicə yanaşması kimi dalağın autotransplantasiyası və splenektomiya. Azərbaycan Tibb Universitetinin80illik yubileyine həsr olunmuş Beynəlxalq Elmi Konfransınmaterialları 2010/53
  • Prof. H. Sultanov, Səfiyeva A. K., A. Hümmetov. Kompleks pararektal fistulların müayinesi ve tedavi yöntemleri. 17 Ulusal Cerrahi Kongres 2010/P518.26–29 mayıs.
  • Prof. H. Sultanov. Səfiyeva A. K. Trombofibrinogen tərkibli gelin hazırlanma texnikası və pararektal fistulların müalicəsində tətbiqi. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2010/1.41–43
  • Prof. Sultanov H. Tagıyev S. Səfiyeva A. K. Trombofibrinogen gel müalicə vasitəsi kimi və onun pararektal fistullarda tətbiqi. Prof. İ. M. Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans.
  • Prof. Sultanov, prof. Bayramov N. Səfiyeva A. K. Deneysel pararektal fistüllerde trombo-fibrinogen jelin morfoloji etkileri. The Turkish Journal of Gastroenterology 2009/161.14–18 Oktyabr.
  • Сафиева А.К. Султанов Г. Лечение сложных параректальных свищей гельюс компонентами тромбофибриногена. 321–322. I съезд колопроктологов СНГ. 22–23 октьбрь.2009. Ташкент.
  • Султанов Г., Сафиева А.К. Морфологические измнения экспериментально созданного параректального свища при применении. Клиническая хирургия 2009/345–48
  • Prof. H. Sultanov H. Səfiyeva A. K. Eksperimental pararektal fistullar zamanı dəyişikliklər və onun müalicəsində yeni metodun tətbiqi. Azərbaycan Təbabətinin Müasir Nailiyyəti 2010/141/43.
  • Prof. H. Sultanov H. Səfiyeva A. K. Mürəkkəb pararektal fistulların müalicəsində cərrahi əməliyyat üsulunun seçilməsi. Cərrahiyyə 2009/4 8–11
  • Səfiyeva A. K. Mürəkkəb pararektal fistulların müalicəsində müalicəsində müasir metodların axtarış zərurəti. Azərbaycan Tibb Jurnalı 2009/3 149–152

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aynur Səfiyeva • Mərkəzi Gömrük Hospitalı". customshospital.az (ingilis). 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  2. 1 2 "Mərkəzi Gömrük Hospitalının həkiminin məqaləsi xarici nəşrlərdə dərc olunub". Trend.Az (az.). 2022-04-15. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  3. "DGK Tibbi Xidmət İdarəsinin əməkdaşları Dövlət Gömrük Komitəsinin yubiley medalları ilə təltif olunublar". Trend.Az (az.). 2022-01-31. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  4. 1 2 3 "Aynur Səfiyeva: Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır". 1news.az (az.). 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  5. "Azərbaycanlı cərrah "Springer" nəşriyyatında çap olunan kitabda bir bölmənin müəllifidir". azertag.az (az.). 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  6. "Azərbaycanlı cərrah Avropanın nüfuzlu təşkilatının regional təmsilçisi seçilib". azertag.az (az.). 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.