Ayodxya


Ayodxya (hind. अयोध्या; tələffüzü) — Hindistanda zəvvarlıq mərkəzi kimi tanınan qədim şəhər. Bir zamanlar II Çandraqupta dövlətinin, sonra isə Audun paytaxtı olmuşdur. Hazırda Hindistanın Uttar-Pradeş ştatının Fayzabad mahalında yerləşir. Hindlilər Ayodxyanı 7 müqəddəs şəhərdən biri sayırdılar. Rəvayətə görə şəhər I minilliyin ortalarında əfsanəvi Koşala dövlətinin paytaxtı olmuş, "Ramayana" eposunun qəhrəmanı Rama burada doğulmuş, yaşamış və padşahlıq etmişdir.[2] Şəhər Qxaqxra çayının sahilində yerləşir.

Ayodxya
hind. अयोध्या, ing. Ayodhya
26°48′13″ şm. e. 82°12′02″ ş. u.HGYO
Ölkə
Ştat Uttar-Pradeş
Rayon Fayzabad
Tarixi və coğrafiyası
Sahəsi 10.24 km²
Mərkəzin hündürlüyü 93 m
Saat qurşağı UTC+5:30
Əhalisi
Əhalisi 49 650[1] nəfər (2001)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 5278
Poçt indeksi 224123
Nəqliyyat kodu UP-42
Xəritəni göstər/gizlə
Ayodxya xəritədə
Ayodxya
Ayodxya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Census of India". 2001. 2004-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
  2. Ајодхја // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 196.