Ayvaini mağarası— Türkiyənin Bursa ilində Nilüfer rayonu və Mustafakemalpaşa şəhəri arasında Uluabat gölünün cənub şərqində yerləşən mağaradır. Mağara biri Ayvaköy kəndində , digəri Doğanalan and Kazanpınar kəndləri arasında yerləşən iki girişə malikdir.[1][2][3] Mağara yaxınlıqdakı Ayvaköy kəndinin şərəfinə adlandırılıb.[4]
Ayvaini mağarası | |
---|---|
türk. Ayvaini mağarası | |
Ümumi məlumatlar | |
Uzunluğu | 5500 m |
Kəşf tarixi | 1970 |
Tipi | karst |
Giriş sayı | 2 |
Yerləşməsi | |
40°07′35″ şm. e. 28°42′25″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Region | |
|
Mağaraya bir girişdən daxil olaraq, digər girişdən tərk etmək mümkündür. Ümumiyyətlə, mağaraya 17 metr aşağı enməklə Doğanalanıdakı giriş vasitəsilə daxil olunur.[4] Mağara cənubi Mərmərə bölgəsinin ən uzun yeraltı keçididir.[3] Uzunluğu 5,5 kilometr olan mağaranın içində ölçüsü 3-4 metrə çatan 60 ədəd gölməçə yer alır, mağaranın çıxışındakı gölün uzunluğu isə təxminən 400 metrə yaxındır.[5] Gölməçələrdəki suyun səviyyəsi və göllərin müxtəlifliyi mövsümi təsirlərdən asılı olaraq dəyişir.[3]
Yer qabığının parçalanaraq ayrı-ayrı qitələrə bölünməyə başladığı Mezozoy zamanından günümüzə gələn Ayvaini mağarası, 1970-ci ildə 3 nəfərlik bir İspan qrup tərəfindən kəşf edilmişdir.[4] Ayvaini mağarası 2008-ci ildən etibarən ictimaiyyət üçün açıqdır.[4]