Ayzpute (latış. Aizpute, ⓘ; alm. Hasenpoth) — Latviyanın qərbində yerləşən şəhər, Ayzpute diyarının inzibati mərkəzi (tarixi Kurzeme rayonu). 1 iyul 2009-cu ilə qədər Liepaya rayonunun bir hissəsi idi. Əhalisi 5,346 nəfərdir (2007). Tebra çayı üzərində, Liepayadan 48 km şimal-şərqdə yerləşir.
Ayzpute | |
---|---|
Aizpute | |
56°43′16″ şm. e. 21°36′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1248 |
Sahəsi | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | LV-3456 |
Digər | |
aizpute.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Alman səlibçilərinin Hazenpot qalasının əsası 1248-ci ildə qoyulmuşdur. Şəhər 1378-ci ildən Kurland yepiskopluğunun inzibati mərkəzidir. Kurland yepiskopu ilə yanaşı, qala müxtəlif dövrlərdə Danimarka kralı, Holşteyn hersoqu Maqnus, Brandenburq marqravı, Kurland hersoqu və Polşa kralına məxsus olmuşdur.[4] 1585-ci ildən Pilten rayonunun inzibati mərkəzi, 1795-ci ildən Rusiya imperiyasının tərkibində olmuşdur. 1917-ci ildən şəhər rəsmi olaraq indiki adını daşıyır.[5] 1918–1940-cı illərdə Latviya Respublikasının tərkibində, 1940–1990-cı illərdə Latviya SSR-in tərkibində olmuşdur.