Azçiçəkli yovşan

Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Azçiçəkli yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır. Səbətləri xırda (diametri 2,5 mm-dək), 1-4 çiçəkli, təxminən oturaq, çiçək qrupunun oxuna bitişik budaqlarda yerləşir. Tacı sarı və ya qırmızıdır. Avqustda çiçəkləyir, oktyabrda toxum verir.

Şoran çöllərdə, şoran çəmənlərdə bitir. Əsasən otlaqlarda üstünlük təşkil edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də rast gəlinir.

Yem, yağ və dərman bitkisidir.

  1. The Plant List (ing.). 2010.