AzərFoto Foto-İnformasiya Agentliyi

Azərfoto (tam adı: Azərfoto İnformasiya Agentliyi) — 2005-ci ildən Qafqazda fəaliyyət göstərən müstəqil foto və video agentlikdir.

Peşəkar foto və video xidmətlərlə agentlik Azərbaycanın geniş müştəri bazası ilə işləyir. Agentlik həmçinin dünyanın bir çox ölkələrindən olan tanınmış agentliklər və şirkətlərlə də əməkdaşlıq edir. Hər zaman yenilənən son model peşəkar avadanlıqlarla agentlik müştəri məmnuniyyətini qoruyub-saxlamağı özünə borc bilir.

Yaradılmasının əsas məqsədləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanda foto sənətinin inkişaf etdirilməsi
  • Ölkəmizdə fəaliyyət göstərən KİVlərin daha keyfiyyətli və peşəkar fotolarla təmin edilməsi
  • Foto sənətinin təbliği

Gənc fotoreportyorların öz işlərini yerləşdirə bilməsi və ümumiyyətlə foto arxivindən bütün KİV lərin istifadə edə bilməsi üçün www.azerphoto.com adlı veb portal yaradılmışdır. Bu veb portal daima yenilənir və Azərbaycanın ictimai-sosial, iqtisadi, elm, incəsənət, mədəniyyət və sair aspektlərinin işıqlandırılması sahəsində geniş işlər görür. Bu gün Azərbaycan informasiya məkanında bu portal öz yerinə yetirdiyi məqsəd və işlərinə görə yeganə və analoqsuzdur.



Əsas fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • Tədbir, təqdimat, seminar, görüş və konfransların foto və video çəkilişi;
  • Müxtəlif tip foto və video albomların tərtibi;
  • Foto və video montaj;
  • Şirkət və təşkilatlar üçün foto və video arxivlərin yaradılması;
  • Veb və poliqrafik xidmətlər;
  • Foto və video reklamların çəkilişi;
  • Reklam xarakterli foto və video reportajların hazırlanıb mətbuatda yayımlanması;
  • Fotosərgilərin və müsabiqələrin təşkili;
  • Foto və video təlimlər;
  • Təşkilat və şirkətlər haqda tanıtım filmlərinin hazırlanması;
  • Video və foto materiallardan ibarət DVD və CD albomlarının hazırlanması;
  • Multimedia təqdimatları və multimediya disklərinin nüsxələnməsi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Azərfoto İnformasiya Agentliyinin rəsmi sayti - www.azerphoto.com Arxivləşdirilib 2011-02-26 at the Wayback Machine
  2. Azərfotonun Facebook səhifəsi