Azər İsayev

İsayev Azər Əli oğlu ({{DVTY}} şablonu boşdur) — Azərbaycanlı şəhid.

İsayev Azər
İsayev Azər Əli oğlu
Şəxsi məlumatlar
Doğum yeri Gədəbəy rayonu, Əliismayıl kəndi
Vəfat tarixi
Vəfat yeri Gədəbəy
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu,
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1990-1992
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

İsayev Azər Əli oğlu Gədəbəy rayonu, Əliismayıl kəndində anadan olub. Azər Qazaxıstanda yaşayırdı. 1990-cı ildə Azərbaycan Respublikasında yaranmış vəziyyət zamanı Azər Azərbaycana qayıtdı. Sentyabrın 2-də Azər üç yoldaşı ilə kəşfiyyata çıxmışdı. Kəşfiyyat vaxtı düşmən əsgəri ilə döyüş baş verdi. Bu Azər üçün sonuncu döyüş oldu. Ayağından və onurğa sümüyündən ağır güllə və qəlpə yaraları alan Azəri ilkin əməliyyatdan sonra helikopterlə Bakıya gətirdilər. Oktyabrın 6-da Azər həyatını itirdi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycana qayıtdıqdan sonra tankçı olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarıda qoşulmaq istəyib. Daxili çaxnaşmalara görə Azər Şınıx bölgəsinə təyin edildi. Şınıx bölgəsində xidmət müddəti qurtarandan sonra Qarabağa yollandı. Azər İsayev Lənkəran batalyonunun tərkibində Qarabağ cəbhəsinə yola düşdü. 1992-ci ilin avqust ayında Drombon, Mehmanə, Çıldıran kəndləri uğrunda aparılan ağır döyüşlərdə iştirak etdi. Artıq onlar Xankəndi yolunda sonuncu strateji əhəmiyyətli Vənkli kəndinə çıxmışdılar.Azər və silahdaşları ilə birlikdə “Qızılbaşlar” dəstəsində birləşdilər. Çıldıran ətrafındakı qanlı döyüşlər isə təzədən bərpa olunmuşdu. Sentyabrın 2-də Azər üç yoldaşı ilə kəşfiyyata çıxmışdı. Kəşfiyyat vaxtı düşmən əsgəri ilə döyüş baş verdi. Bu Azər üçün sonuncu döyüş oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).