Azər Ələkbərov (tam adı: Azər Nəsib oğlu Ələkbərov; 9 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Azər Ələkbərov | |
---|---|
Azər Nəsib oğlu Ələkbərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Nəsib |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Fəaliyyəti | Tələbə |
1967-ci il avqustun 8-i Bakıda anadan olmuşdur.[2] 172 nömrəli orta məktəbi bitirmiş, daha sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Şəhidlik ərəfəsində III kurs tələbəsi idi.[3]
Azər bədii fəaliyyətlə də məşğul olmuşdur. Qısa heykələrindən Bahar sevinci və Yol ayrıcında hekayələri məlumdur.
Subay idi. Ailənin yeganə oğlu idi.
Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur.[4]
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı, İnşaatçılar prospekti, 583-cü kvartal, ev 1, mənzil 9.
Respublika İncəsənət Gimnaziyası onun adını daşıyır.