Azər Bayramov

Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin müavini.

Azər Bayramov
bayraq
Azərbaycan Respublikası
Maliyyə Nazirinin müavini
bayraq2
Fevral 2004 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı
Təhsili N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı (1990)
BDU (2000)
İxtisası iqtisadçı, hüquqşünas
Uşağı 2 övladı var

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022

Əslən Gədəbəyin Nərimankənd Kəndindəndir. Azər Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə — İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir.

Ailəlidir, iki övladı var.

Azərbaycanın 7-ci xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.[1]

Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır.

1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur.

2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 6 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[2]
  1. "Prezidentdən nazirin qardaşı ilə bağlı QƏRAR". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
  2. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-22.