Ceyhun Bayramov

Ceyhun Əziz oğlu Bayramov (25 iyun 1973, Bakı) — Azərbaycan diplomatı və dövlət xadimi, Azərbaycan Respublikasının xarici işlər naziri (2020-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2018–2020).

Ceyhun Bayramov
Vəzifədədir
16 iyul 2020-ci ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiElmar Məmmədyarov
23 aprel 2018 – 16 iyul 2020
(i. e. 8 dekabr 2017 – 23 aprel 2018)
Prezidentİlham Əliyev
Baş nazirNovruz Məmmədov
Əli Əsədov
ƏvvəlkiMikayıl Cabbarov
SonrakıEmin Əmrullayev
bayraq
Azərbaycan Respublikası təhsil nazirinin müavini
bayraq2
12 avqust 2013 – 23 aprel 2018
NazirMikayıl Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1973(1973-06-25) (51 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti dövlət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.

2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.

Evlidir, 2 övladı var.

Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.[1]

  1. "Prezidentdən nazirin qardaşı ilə bağlı QƏRAR". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.