Azər Kərimli

Azər Kərimli (6 iyul 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V çağırış deputatı.[1]

Azər Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1964(1964-07-06) (60 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir.

Ailəlidir. 2 övladı var. Rus və ingilis dillərini bilir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 60 saylı Qax seçki dairəsindən II çağırış, 15 oktyabr 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırışa isə 112 saylı Qaxseçki dairəsindən deputat seçilmişdir.

O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəridir.[2] Azərbaycan Respublikasının Milli Məclisi ilə Avstriya, İngiltərə, Çexiya və Ukrayna parlamentləri arasında işçi qruplarının, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, Avropa İttifaqı — Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvüdür. GUAM Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəridir.

  • İtaliyanın "Cavaler" (cavaliere) ordeni,
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı,
  • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
  1. "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
  2. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.