Azər Bayram oğlu Niftəliyev (22 iyul 1957, Zəngəzur – 2 yanvar 1994) — Baş leytenant, "Babək-44" taborunun sıralarında Ağdərə uğrunda gedən döyüşlərdə şücaət göstərmiş, yeni nəslin vətənpərvərlik ruhunda yetişməsində öz qəhrəman mübariz döyüş yolu ilə nümunə olmuş, Qarabağ müharibəsinin "Azərbaycan Bayrağı" ordenli şəhidi.
Azər Niftəliyev | |
---|---|
Azər Bayram oğlu Niftəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zəngəzur mahalı |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Suqovuşan kəndi |
Dəfn yeri | Mingəçevir şəhidlər xiyabanı |
Milliyyəti | Azərbaycanlı |
Azər Bayram oğlu Niftəliyev 1957-ci il iyulun 22-də Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kəndində anadan olmuşdur. Gözlərini müəllim ailəsində açan Azər, ailə peşəsini davam etdirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşdur. Təhsilini tamamladıqdan sonra, müxtəlif illərdə Mingəçevir Poltexnik texnikomunda müəllim, Azərbaycan DRES tikinti quraşdırma idarəsində mühəndis işləyib. 1992-ci il sentaybrın 9-da zabit kimi Milli Ordu sıralarına çağırılıb. Ağdərə rayonu, Suqovuşan kəndi və Sərsəng su anbarı uğrunda döyüşlərdə iştirak edib. İki dəfə mühasirəyə düşüb. Birinci Qarabağ Müharibəsi başlayanda könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollanıb.
1994-cü il yanvarın 2-də Madagiz (indiki adı ilə Suqovuşan) uğrunda gedən döyüşlərdə minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. 4 yanvar 1994-cü ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi, bir oğlu, bir qızı var.