Azər Qasımov (mətbuat katibi)

Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (22 iyun 1966, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi.

Azər Qasımov
bayraq
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
bayraq2
Vəzifədədir
13 mart 2004-cü ildən
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1966(1966-06-22) (58 yaş)
Doğum yeri
Təhsili

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət UniversitetiniÇenq Du Universiteti (Çin) bitirmişdir.[1]

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994–1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996–1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997–1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999–2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, AfrikaLatın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.

  1. "ADMİNİSTRASİYA: Struktur: Qasımov Azər Məhəmməd oğlu" (az.). president.az. 2014. 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.